Ana səhifə


Fəsil 02-03

Terminlər.

 

“Elm dilini, bu kəlməni anlamağa alışdığımız mənadaki dildən ayıran nədir? Elm dilinin beynalxalq olması necə oldu? Elmi anlayışların və elmi dilin birliyi o hal ilə şərtlənmişdir ki, onlar bütün zamanların və millətlərin ən yaxşı ağılları ilə yaradılır. Tək başına və birləşdirilmiş səylər ilə onlar, son əsrlərdə insanlığın həyatını dəyişdirmiş texniki inqilablar üçün mənəvi silahı yaradırdılar. Onlar tərəfindən işlənmiş anlayışlar, qavramaların sarsıdıcı xaosunda yol göstərici bir ulduz kimi qulluq edir və bizə, ayrı müşahidələrdən ümumi həqiqətləri çıxarmağı öyrədir”.

A. Eynşteyn

 

 

İnsanların, etdikləri və ya yaşadıqları şeylərin bildirməsi üçün istifadə etdikləri kəlmələrin mənaları, inanılmaz dərəcədə yayılmışdır. İnsan, belə kəlmələri istifadə edərkən, nəyin haqqında danışdığını “anladığını” düşünür və daha da sarsıdıcı, digər insanların da onu “anlayacaqlarını” ümüd edir! Əslində isə digər insanlar eyni kəlmələr altında, qayda kimi, bir az fərqli və ya tamamilə fərqli şeyləri anlayırlar və ya hətta heç bir şeyi anlamırlar. Məsələn, “yaxşı olardı əgər...” və ya “bunda pis heç bir şey yoxdur” kimi cümlələri necə şifrini açmaq mümkündür? On adamdan belə bir cümləni başqa kəlmələrlə yazmalarını xahiş et və bu qeydləri tutuşduraraq, hər kəsin özünə xas bir şeyi nəzərdə tutduğunu, sabah isə onun artıq başqa bir şeyi “nəzərdə tutacağını”, sən asan kəşf edirsən.

Nəticədə, düşüncəli aydınlığa, qarşılıqlı anlayışa nail olmaq üçün imkan olmur, aydınlıq olmadığı zaman isə sevincli arzular da təzahür olunmurlar, mexaniki arzular qüclənir.

Belə bir mexanizmanın mövcud olduğundan da özünə hesab vermək lazımdır – hər qeyri-müəyyən kəlmə avtomatik olaraq məfhum-kəlmə ilə dəyişdirilir, məsələn, “bu, qeyri-konstruktiv bir həlldir” – “bu, pis bir həlldir” ilə dəyişdirilir və ya “belə davranmaq ədalətli deyil” – “belə davranmaq pisdir, olmaz” ilə dəyişdirilir. Bu, istifadə olunan kəlmənin mənası qeyri-müəyyən bir şəkildə anlaşıldığı və ya, bu ÇOX SIX olduğu kimi, büsbütün məlum olmadığı zaman belə olur. Əgər indi adi bir insanın dilinə baxsaq və onda mənalarını aydın bir şəkildə müəyyənləşdirə bilmədiyi kəlmələri ayırtsaq, onda onları avtomatik olaraq onun tərəfindən dəyişilən kəlmələrə dəyişdirərək, ortaya 99 % parazit-kəlmələrlə, məfhumlarla dolu son dərəcə ən adi bir dil çıxar.

Halbuki, müəyyən kəlmələrə müəyyən mənalar vermək o qədər də çətin deyil. Bunun üçün ayırmaq lazımdır – məhz sən (və başqa insanlar, əgər onlar öz qavramalarını ayırmağa yönəlirlərsə və onları təsbit edə bilirlərsə), bəzi kəlmələrlə adlandırdığın bir şeyi etdiyində, nəyi daha çox yaşayırsan.

Mən, aşağıda belə təyinlərin siyahısını gətirirəm. Bu siyahıdan olan kəlmələri MƏHZ onlara verilən mənalarda istifadə etməyə çalış və bax – sənin düşüncəli aydınlığa nail olmaq qabiliyyətin güclənərmi, sevincli arzular və NQ-lar təzahür etməyə başlayarmı, araşdırmaları aparılma prosesi asanlaşarmı, kəşflərin sayı artarmı.

Əvvəlcə sən tez-tez hıqqanacaqsan, mənaları yaddan çıxaracaqsan, lüğətə baxacaqsan, fəqət zamanla çətinliklər yox olacaq, və nəticədə büllur kimi şəffaf bir dağ çayınin sürəti ilə rezonans edən bir aydınlıq lap daha tez-tez meydana gələcək.

Bu siyahını mən həmişə artıracağam.

(Word və ya html-da kəlmə axtarmasını, “Ctrl + F” klafişına basaraq həyata keçirmək mümkündür).

 

**********

 

*) “Qavramalar” – haqqında “bu qavranılır” deyərək söylədiyimiz mövcud olan hər şeydir.

 

*) “Beş skandx” = şəxsiyyətli qavramaların beş tipi – hisslər [fiziki olanlar] (görmə, dad, toxunulmaqla duyulan, iybilmə, eşitmə, seksual v.s.), emosiyalar (neqativ və pozitiv), fikirlər, arzular, fərqlərdir.

 

*) “Neqativ emosiyalar” (NE) – aşağıdaki əlamətlərə malik olan emosiyalardır:

1) onlar təzahür etdikləri zaman və təzahür etdikdən sonra kütlük (yəni qavramaları ayırmaq qabiliyyətinin və arzusunun ani zəifləməsi) gəlir;

2) onlardan sonra pis fiziki əhval əmələ gəlir;

3) onlardan sonra marağın, qabaqcadan sezmənin, şövqün, digər NQ-ların, sevincli arzuların itkisi əmələ gəlir;

4) onların davam etməsi aydın təfəkkür ilə uyuşmaz;

5) onların davam etməsi NQ-larla uyuşmaz;

6) NE-ları yaşayarkən, sən proqramlanmış bir robota bənzəyirsən – reaksiyaları və davranışları qabaqcadan hesablamaq asandır; sənin davranışların son dərəcə effektivsizdir;

7) NE-ların axımından, inadlı və əzmli bir məşq olmadan, çıxmaq demək olar ki mümkün deyil – onları hər hansı bir vəziyyətdə yaşamağı dayandırmaq istəsən belə, onlar kəsilməyəcək – min dəfə möhkəmlənmiş bir vərdişin gücü belədir.

(Müxtəlif NE-ların ifadə etmə misalları: qısqanclıq, özünə acıma, qorxu, hiddət, qıcıq, məmnuniyyətsizlik, inciklik, quduzluq, heyrət, həqarət, acıq, həsəd, nigaranlıq, narahatlıq, nifrət, utanc, intiqamçılıq, hüzn, həsrət,ümidi kəsilmə).

 

*) “Pozitiv emosiyalar” (PE) – onların əlamətləri:

1) onlar, NE-ların tam əksləridir: acıq – bədxahlıq, məmnuniyyətsizlik – məmnunluq, xüsusi vaciblik hissi (XVH) – xüsusi xələllik hissi (XXH), nigaranlıq – ölüvay bir arxayınlıq və adilik, məğlubiyyət acısı – qələbə “sevinci”, yalqızlıq hüznü – xəstəliklı bir dostluq, yaltaqlanma və sairə;

2) onlardan sonra yorğunluq, üzgünlük, fərqsizlik meydana gəlir;

3) onlardan sonra pis fiziki əhval meydana gəlir, bu, NE-lardan sonra olduğu kimi, o qədər açıq olmasa da;

4) onlar davam etdiyi zaman, tez ya da gec qurtarıb NE-ların meydana gəlmə qorxusu vardır;

5) onların davam etməsi NQ-larla təxminən 100 % uyuşmaz – istisnası, PE-lar müəyyən NE-ları tənzimlədiyi və boş qalan aralıqda NQ-ların əks-sədası birdən görünüb yox ola bilən zamandaki şəraitlər təşkil edir;

6) onlar təzahür etdiyi zaman və sonra kütlük meydana gəlir;

7) onların davam etməsi aydın düşünüş ilə uyuşmaz, bu, NE-larda olduğu kimi, o qədər açıq olmasa da;

8) elə həmin“robota bənzərlik”, PE yaşayan insanın reaksiyalarını və davranışlarını qabaqcadan hesablamasının asanlığı; hərəkətlərin elə həmin effektivsizliyi;

9) PE yaşamaq arzusu daha çox narkotikdən asılılığı xatırladır – alınmamış PE-lardan meydana gələn “sınmalar” son dərəcə “ağrılı” ola bilər, yəni güclü NE-larla müşayiət olunurlar.

 

*) “Nurlu qavramalar” (NQ) – ifadə etmək üçün “incəlik”, “gözəllik hissi”, “meyl”, “sakitlik”, “yaradıcılıq sevinci”, “simpatiya”, “heyranlıq”, “intizar”, “qabaqcadan duyma” v.s. kəlmələri istifadə etdiyimiz qavramalardır (“Təsvirlərlə NQ-ların siyahısıi” fəsilinə bax.).

NQ-ların fərqləndirici xüsusiyyətləri:

1) ancaq onların güclü intensivliyi əsnasında fərqlənirlər – obyektsizlik, “mənə aid olmanın” və “sənə yönəlmiş olanın” yoxluğu.

(Sən, əgər zəif bir incəlik yaşayırsansa,“ona qarşı incəlik yaşadığını” hesab edirsən, lakin, əgər incəlik güclü, hələ ekstaz bir hal alırsa, bu incəliyin “sənin” və “ona qarşı” olmadığı, başqa insanın sadəcə incəlik üçün nurlu bir amil olduğunun aydınlığı meydana gəlir).

2) hər NQ, digər NQ-larla rezonans edir;

3) NQ-lar, kədərlənmələrlə bir araya sığışmazlar – kədərlənmələr nə qədər daha güclü olurlarsa, NQ-lar o qədər daha zəif və seyrək olurlar.

 

*) “Neqativ fon” (NF) – çox zəif intensivliyin NE-ların cəmidir. Onun çox ifadə edilmiş şappıltıları yoxdur, zaman içində çox uzanıb, saatlarla, günlərlə, aylarla, bütün həyat boyunca uzana bilər. Onda konkret NE-ları fərqləndirmək çətindir. NE-ların yatırdılması (sonra bax), NF qüvvətləndirir.

 

*) “Neqativ enerji hal” (NEH) – biz adətən “pis fiziki əhval”, süstlük, həvəssizlik, “heç bir-şey-baş vermir”, “bədəndə bir ağırlıq” v.s. adlandırdığımız xoşagəlməz [fiziki] hisslərin cəmi.

(NEH, NE kimi eynən qüsursuz bir şəkildə aradan qaldırıla bilinər. NEH-lın təzahür xarakteri NF yaxınsa, NF aradan qaldırmaq üçün effektiv olan metodlar, və NEH-lın təzahür xarakteri bu an NE-ya yaxınsa, NE-nın aradan qaldırma metodları daha çox effektivdir).

 

*) “Neqativ münasibət” (NM) – aqressiv NE-ların qısa, zəif şappıltılarıdır (narazılıq, qıcıq, təcavüzkarlıq, nifrət v.s.).

(Zəhərli bir dumanın sıx qatı ilə assosiasiya edən NF-dan fərqli olaraq, ayrı zəhərli hünülərin sıx, sonsuz bir buludu ilə assosiasiya edilir.

NM şappıltısı adi bir insanda demək olar ki hər cür qavramadan meydana gəlir, əsasən fəaliyyət vaxtı, insanlar arasında olduğu, onlarla əlaqə saxladığı, onları düşündüyü zaman).

 

*) “4N” – NE, NEH, NF və NM.

 

*) “İnciklik” – özünə acıma + təcavüzkarlıq + intiqamçılıqdır.

 

*) “Əclafçılıq” – XVH + təcavüzkarlıq + bədxahlıq + altçaltmaq, gülünc yerinə qoymaq, cəzalandırmaq arzusudur.

 

*) “Qavrama”

a) düşüncəli aydınlığı qüvvətləndirən,

b) aydınlıq NQ ilə rezonans edən,

c) digər NQ-larla rezonans edən bir fikirdir.

 

*) “Mexaniki arzu” (“ma”) – elə bir arzudur ki:

a) həm “lazımdır” kimi parazit-kəlmələri, həm də vadaredici ifadələr daxil edən zəhlə tökən məfhum-fikirlərlə şərtləndirilmişdir, bundan sonra da “oraya getmək lazımdır”, “belə etmək lazımdır”, “bu şəkildə davranmaq yaxşı olardı”, “bunu etməmək ədalətli deyil” kimi Frankenşteynlər ortaya çıxır və sən gedirsən, və sevincli arzunun yoxluğuna baxmayaraq, NE-ları (narazılıq, özünə acıma), NEH (yorğunluq, süstlük), PE-ları (özünü bəyənmə, XVH) yaşayaraq, digər məfhumları (“yaxşı ki mən bunu etdim , bu düzgündür, belə etmək lazımdır”) dəstəkləyərək, bunu edirsən;

b) NE (maraqsızlığı və ya ürək sıxıntısını doldurmaq arzusu, qıcığı və NM gücləndirmək arzusu) və PM (XVH, özünü bəyənməni yaşamaq arzusu) ilə şərtləndirilmişdir;

c) mexaniki bir vərdişlə şərtləndirilmişdir – işdən gələrkən sən hər zaman televizoru yandırırsan, və hətta xəbərlər səni tamamilə maraqlandırmırsa da, sən yenə də onları tam bir kütləşmədə baxırsan;

d) NEH ilə şərtləndirilmişdir (süstlüyü yaşayırsan və onu aradan qaldırmırsan, bunun yerinə divana uzanırsan və özünü ona verirsən);

e) digər mexaniki arzularla şərtləndirilmişdir.

 

*) “NQ-lara malik olma arzusu” – digər mexaniki arzuları reallaşdırmaq üçün NQ istifadə etməsinin mexaniki arzusudur (“NQ-ların [sevincli] arzusundan” fərqli olaraq – NQ-ları indi yaşamaq arzusu).

 

*) “Məfhum” – elmdə bu kəlmə, eksperimental məlumatların hipotez və interpretasiyalarının olduqca zidd olmayan sistemini ifadə etmək üçün istifadə olunur. “Düzgün yol təcrübəsi ” (DYT) kontekstində o, danışıq dilində əldə etdiyi mənaya uyğun olaraq istifadə olunur – “mexaniki olaraq, yəni düşünmədən, kor-koranə mənimsənmiş bir məsləkdir, bir iddiadır”.

(Məfhumların mexaniki olaraq mənimsənməsi, mexaniki arzuların, neqativ hisslərin (məsələn, xüsusi xəlillik hissinin (XXH), sıxılmanın, özünə qarşı neqativ münasibət (NM) qorxusunun, təcrid edilmiş olmaq qorxusunun v.s.) təsiri altında, xüsusi düşüncələr olmadan, əsaslar axtarmadan, baş verir. Yəni, iddia inanılır və bundan sonra insan, şübhəsiz həqiqi, əsaslandırılmış bir şey kimi yaşayır).

 

*) “Kədərlənmələr” – NE-lar və PE-lar, [yalan] məfhumlar və mexaniki iç dialoq, mexaniki arzular, neqativ hisslərdir (NEH, qarayaxa hərəkətlər, “pis əhval”).

 

*) “Sevinçli Arzu” (sa) – ən az olaraq intizar, şövq, sevinc, səbat ilə rezonans edən bir arzudur.

(Sevincli arzunu mexaniki arzudan fərqləndirən bir sıra əlamətlər vardır, məsələn, əgər sa-nı reallaşdırmaq olmadısa, NE meydana gəlmır, v.s. – kitabda bax.).

(Hər cür arzu – qavramaları dəyişdirmək arzusudur).

 

*) “Siklon” – elə sa-lardır ki,:

1) intensivliyi 6-7-dən yuxarıdır;

2) çox dayanıqlıdırlar, son dərəcə uzun vaxt təzahür olunublar;

3) intizar, qabaqcadan sezmə, digər NQ-larla müşayiət olunurlar;

4) “fiziki həyəcanlarla” (FH) – məsələn, göbək nahiyəsində “sındırılma”, beldə “qaynama”, boğazda kəskin bir zövq, alnın ortasında təzyiq v.s. ilə – (ən azından hərdənbir) müşayiət olunurlar;

5) “qəzəb” ilə güclü bir şəkildə rezonans edir.

 

*) “Vəzifə” – [qavramaları dəyişdirmək üçün] inadcıl sa-dır.

 

*) “Rezonans” – NQ-nın aydınlığını, intensivliyini (və ya hər hansı digər keyfiyyətin), kədərli olmayan başqa bir qavrama (məsələn, ağac qavraması) və ya NQ təzahür olunduğunda, qüvvətlənməsidir.

 

*) “Nurlu Amil” (NA) – NQ ilə rezonans edən qavramadır.

 

*) “Səmimiyyət” – qavramaları fərqləndirməsi üçün sevincli arzudur.

 

*) “Özünü aldatma” – qavramaların təsbit etməsini [özün üçün] təhrif etməsi üçün mexaniki arzudur.

 

*) “Yalançılıq” – öz qavramaları haqqında təsbit edilmiş məlumatı təhrif etməsi üçün mexaniki arzudur.

(Əgər sən, “qısqanclıq yoxdur” təsbit etdiyini deyirsənsə, lakin qısqanclığı yaşayan bir insanın davrandığı kimi davranırsansa, səndə özünü aldatma və ya yalançılığın mövcud olduğunu təhmin etmək üçün məndə səbəb vardır).

 

*) “Doğruluq” – yalançılığı basmaq üçün mexaniki arzudur.

 

*) “Əminlik [qavramanın varlığından]– həmin qavramanı sabit bir şəkildə fərqləndirməsidir.

(Dolayısilə bu qavramanın fərqləndirilmiş olduğuna, ya “mən [bu qavrama cəmini] fərqləndirirəm”, “[bu qavrama cəmi] mövcuddur” fikrinin var olduğundan, ya da bu qavramanın xatirəsinin var olduğundan, mühakimə etmək mümkündür).

 

*) “Xatirə” – “bu olmuşdur” fikri ilə və bundan əmin olmaqla müşayidə olunan hər cür qavramadır.

 

*) [Qavramanı] Fikirdə tutulan təsbit” – fərqləndirmə + “mən bu qavramanı fərqləndirirəm”, “bu qavrama mövcuddur” fikridir.

 

*) “Termin” – müəyyən bir qavrama cəmini ifadə etdiyim bir kəlmədir.

 

*) [NQ haqqında] Yadda saxlama” – bir dəfəlik şappıltı ilə deyil, az ya da çox sıx bir şəkildə bir müddət ərzində təzahür edən NQ-ları yaşamaq üçün sa-dır (NQsa). Müvafiq olaraq, az ya da çox sıx yadda saxlama haqqında söyləmək, onu bütün vaxtın % təsbit etmələri zaman hesablamaq mümkündür.

(NQsa-nı, “NQ-ları yaşamaq istəyirəm” fikri ilə qarışdırmamalı! Fərqləndirmə incəsənəti, məşqlə yetişdirilir).

Yadda saxlama – sıx bir sa olduğuna görə, onun NQsa-nın və NQ-ların intensivliklərinin əsaslı olaraq güclənməsinə gətirilməsi təəccüblü bir şey deyildir.

Yadda saxlama – düşünmə deyildir, onun üçün onunla HƏR CÜR fəaliyyət növünü, həmçinin intensiv əqli çalışmanı da, müşayiət etməyə öyrənmək mümkündür.

 

*) “Düzgün Yol Təcrübəsi” (DYT) – sənin istəmədiyin qavramaları istənənlərlə ardıcıl olaraq dəyişdirilməsidir. Bunun üçün, belə bir dəyişdirmənin sevincli arzusunu yaşamaq, və yeni yaradılan vərdiş əvvəlkini, bir zamanlar mexaniki bir şəkildə yaradılmış olanına üstün gələnə qədər, onu inadla və əzmlə tətbiq etmək lazımdır. Mən bu yolu  “düzgün” adlandırıram, məhz ona görə ki, onun həyata keçirilməsi üçün yeganə əsaslı şərt tələb olunur – sənin yerində təzahür edən qavramaları dəyişdirmək üçün sevincli arzunun var olması.

 

*) “Səy” - [qavramaları, istənilməyənlərdən istənilənlərə dəyişdirmək üçün] gərgin və intensiv sevincli arzudur. “Gərgin” – deməli, qarma-qarışıq yayındırmalar zəifdir.

(Məsələn, “NE-ları aradan qaldırmaq üçün səy göstərmək” – bu, əzələləri gərmək, dişləri sxmaq və ya xüsusi bir şəkildə nəfəs almaq demək deyildir, bu, NE-ları yaşamağı dayandırmaq, NQ-ları yaşamağa başlamağı çox istəmək və nəticə nail olmanın intizarını yaşamaq, deməkdir).

 

*) [İstənilən] Nəticə” – istənilən qavramaların, bu qavramaları əldə etmə səylərindən sonra, təzahür olunmasıdır.

(Beləliklə, sifətlər ancaq sevincli arzular halında “nəticə” haqqında danışmağa razılaşırlar. Sifətlər üçün bu, məqsədə uyğundur, çünki bir birimizdən və özümüzdən nəticələr haqqında soruşarkən, biz hər zaman, mexaniki deyil, məhz sevincli arzuları nəzərdə tuturuq).

 

*) “Məğlubiyyət” – nəticənin yoxluğu və bunun təsbit edilməsidir.

 

*) “Təcrübə” – nəticələr və məğlubiyyətlər cəmidir.

 

*) “Yekun” – istənilən qavramaların, bu qavramaları arzu etdikdən (həmçinin mexaniki olaraq da arzu etdikdən) sonra, təzahür olunmasıdır.

(Beləliklə, “nəticə”, “yekunun”tipik olmayan hadisəsidir).

 

*) “Nəticələr” – sevincli və ya mexaniki arzuların reallaşdırmasından sonra təzahür olunan hər cür qavramalardır.

(Beləliklə, nəticə və yekun – nəticələrin tipik olmayan hadisələridir).

 

*) [Qavramaların] Çox-bağlı kompleksi” – çox tez-tez, və ya demək olar ki hər zaman, və ya hər zaman eyni vaxt və ya doğrudan-doğruya bir birinin dalınca (çox vaxt müəyyən ardıcıllıqda) təzahür olunan qavramalar cəmidir.

(Məsələn, “mənim rəfiqəm” – qavramaların çox-bağlı kompleksidir, çünki demək olar ki hər zaman mən eyni vaxtda və ya doğrudan-doğruya bir birinin dalınca “onun üzü”, “onun vücudu”, “onun səsi”, “onun sözlərinin mənası” v.s. olaraq ifadə etdiyim şeyləri və çox vaxt “onun ködəkcəsi”, “onun oxşamaları” v.s. olaraq ifadə etdiyim şeyləri qavrayıram).

 

*) [Qavramaların] Bağlı olmayan kompleksi” – seyrək və ya çox seyrək olaraq eyni vaxtda və ya doğrudan-doğruya bir birinin dalınca təzahür olunan qavramalar cəmi, belə ki, onların ortaya çıxmalarındaki sabit qanunauyğunluqları, onların müşahidə analizinin yardımı ilə tapmaq baş tutmur. Belə komplekslərin ifadə etmə misalı: “vəziyyət”, “hadisələrin qarma-qarışıq olaraq bir birinin üzərinə yığılması”, “xaos”, “dərk edilməyən”. Qeyd edirəm ki, nurlu fərqləndirici şüur və NQ-aydınlıq bu müəyyən etmənin çərçivəsi arxasında qalır.

 

*) “Müşayiət edən [qavrama və ya qavramalar cəmi]– elə bir qavramadır ki, “müşayidə edilən” qavramalarla bərabər çox-bağlı kompleksin elementləridir. Termin, ifadələrin strukturunu sadələşdirmək üçün istifadə olunur.

(Məişət dilində “müşayidə etmək” kəlməsini, həm çox-bağlı kompleksləri (inqilab, qan axıtmaqla müşayidə edilir), həm də bağlı olmayan kompleksləri (zəlzələ, yağışla müşayidə edilirdi) ifadə etmək üçün istifadə edirlər. DYT-də mən bu kəlməni sadəcə çox-bağlı kompleksləri ifadə etmək üçün istifadə edirəm. NQ-lar üçün mən “rezonans” terminini istifadə edirəm).

 

*) “Vərdiş” – elə qavramalardır ki, digər qavramaların müəyyən cəminin təzahür etməsi zamanı (və ya bilavasitə sonrasında) təzahür edirlər, elə ki, birlikdə onlar çox-bağlı kompleks təşkil edirlər.

Məsələn – qıcığı aradan qaldırmaq [təbii ki, qıcığın təzahür etdiyi anda] vərdişini yaratmaq, “qıcıq – qıcığı aradan qaldırma səyi” çox-bağlı kompleksini yaratmaq mənasına gəlir.

(Məişət dilində “vərdiş” kəlməsi ilə, tez-tez  təzahür edən hər hansı bir qavramanı da ifadə edirlər, məsələn, “onun qıcıqlanmaq vərdişi vardır” cümləsi o deməkdir ki, o, tez-tez qıcıqlanır. Bu o deməkdir ki, qıcıq“bu insan” çox-bağlı kompleksinə girir).

 

*) “NQ-ları həyata keçirmək” – həmin NQ-ların sıxlığını, intensivliyini və başqa təzahür etmə xüsusiyyətlərini artırmaq üçün olan səylərin reallaşdırılmasıdır.

 

*) “Şəxsiyyət” – bütün 5 skandxdan olan qavramaların çox-bağlı kompleksidir.

 

*) “Akkord” – NQ-ların çox-bağlı kompleksidir.

 

*) “Tək məqsəd” – intizar, səbat və ciddiyyət (tez-tez digər NQ-larda təzahür edir) ilə akkord yaradan intensiv və dayanıqlı bir sevincli arzudur. Qalan sa-lar, əgər onunla rezonans etmirsə, zəifləyirlər.

 

*) “Proses” – bir birinin dalınca gedən qavramaların (“mərhələrin”) çox-bağlı bir kompleks olaraq ayrı tutulan cəmidir.

 

*) “Mərhələ” – prosesin elementidir.

 

*) [Qavramaların] Ardıcıllığı” – bir birinin dalınca gedən qavramaların cəmidir.

 

*) [Arzunun] (ardıcıllıq kimi) Reallaşdırılması” – yekunu arzulamaqla müşayiət edilən, münasibətlərində yekunla bitəcəkləri təhmini mövcud olan qavramaların ardıcıllığıdır.

 

*) “Hərəkət” – arzunun reallaşdırmasının tərkib hissəsidir.

 

*) “NQ-ların doğurulması” – NQ-ların təzahür etməsinə nail olma səyinin reallaşdırılmasıdır.

 

*) “NE-nın aradan qaldırma prosesi” – ən azı aşağıdaki mərhələrdən ibarətdir:

1) “NE” var deyilən qısa, demək olar ki ani bir fikri təsbit;

2) NE-nı dayandırmaq üçün sevincli arzu;

3) NE-nı aradan qaldırma aktı (yəni, sevincli arzunun gərgin, güclü bir şappıltısı);

4) NQ-lar üçün sevincli bir arzu;

5) NQ-ları doğurma səyləri (yəni, NQ-ların lap indi olmaları üçün sevincli arzunun gərgin şappıltısı, NQ-nın içinə “tullanma”, özünü NQ-nın içində “xatırlama”);

6) NQ-nın təzahür etməsi.

6-cı maddənin yerinə yetirildiyindən sonra ancaq aradan qaldırma prosesini tamamlanmış saymaq mümkündür.

(“Aradan qaldırma prosesi”, NE-ları aradan qaldırma təcrübəsi zəif olduğu və ya NE-ları aradan qaldırmaq üçün sevincli arzu, NE-ları yaşamağa davam etmək üçün mexaniki arzuya kifayət qədər üstün gəlmədiyi zaman, mövcuddur – bu halda NE-ları NQ-larla dəyişdirmə yavaş baş verir, və onda yuxarıda sıralanmış mərhələlər aydın görülür. NE-nı aradan qaldırma təcrübəsinin qazanması və NE-ları dayandırmaq və NQ-ları yaşamaq üçün sevincli arzunun güclənməsi müddətincə, ayrı mərhələlər vərdiş olaraq və çox tez həyata keçirilməyə başlayır, belə ki, zamanla biz artıq “proses” deyil, “aradan qaldırma aktı” haqqında danışmağa başlayırıq.

Yuxarıda sıralanan mərhələlərə başqa mərhələlər də, məsələn, NQ-lar üçün olan sevincli arzunu gücləndirmək arzusu və ya “nurlu amillər” olan fikirlər, əlavə oluna bilinir, əcayib şəkilli dövrələr əmələ gələ bilir).

 

*) “NE-nın aradan qaldırma aktı” və ya sadəcə “NE-nın aradan qaldırması ” – elə bir səydir ki, nəticəsində:

a) NE-dan cüzi bir iz belə qalmır,

b) zəif olsa da, ancaq aydın olan bir NQ meydana gəlir.

 

*) “Texnologiya” – arzunu reallaşdırma prosesinin mərhələlərini [onların gedişləri sırası ilə] təsbit etməsidir.

 

*) “Kəşf şövqü” – aşağıdakilərdən ibarət olan akkordur:

1) [təcrübədə] kəşf etməyin sevincli arzusu (yəni, yeni NQ-ların, aydınlıqların təzahürləri, yeni texnologiyaların kəşfi v.s.). Onun rezonans edən başqa bir işarəsi – öyrənməyin sevincli arzusu;

2) sır hissi;

3) ciddiyyət.

 

*) “İstirahət” – nəticəsi yorğunluq olan [fiziki] gərginliklərdə fasilə.

(Nə NEH (süstlük, heç bir-şey-baş vermir v.s.), nə də PE (məmnunluq, sahib olma məmnunluğu, bədxahlıq v.s.) istirahət deyildir. İnsan, PE-nın yardımı ilə “istirahət etmək” istədiyi hər dəfəsində, yorğunluq və 4N-nin qarışığından istənilən yüngüllük yerinə sadəcə 4N-nin çıxartması, onları, 4N-nin tez və qaçınılmaz bir şəkildə güclənməsi ilə bərabər PE-larla dəyişdirilməsi baş verir. İstirahət üçün yeganə üsul – fiziki gərginlikləri dayandırmaq,əgər insan istirahət sözü ilə 4N-dan qurtuluşu anlayırsa, o zaman yeganə üsul, onların aradan qaldırılması və NQ-ların doğurulmasıdır).

 

*) “Yorğunluq” – uzun sürən və ya intensiv fiziki gərginliklərin nəticəsi olaraq meydana gələn [fiziki] hisslərin cəmidir. Gərginliklərdə fasilə etmək arzusu ilə müşayiət olunur. NE, NF və süstlük, hissislik, təmbəllik, adilik kimi NEH-ların yorğunluq olmadıqlarını qeyd edirəm.

Yorğunluq, NQ-larla tam uyğun gəlir, bundan da çox – əgər fiziki gərginliklər sevincli arzu ilə əsaslandırılmışsa, o zaman yorğunluq, xoş bir hissdir.

 

*) “Mövqe” – təsbit edilmiş arzunun reallaşdırılması nəticəsində formalaşmış bir neçə qavramanın cəmidir.

 

*) “Vəziyyət” – təsbit edilən arzulardan başqa formalaşan qavramalar cəmidir.

 

*) [Hal-hazırda istifadə olunan] İntensivlik şkalası” – DYT-də 10 dərəcəli şkala istifadə olunur. Bu şkalaya görə, 1 – qavramanın minimal intensivlik dərəcəsinə, 10 – maksimal dərəcəsinə uyğundur. Təcrübənin aparılması əsnasında qavramaların intensivliyi durmadan azaldığı/yüksəldiyinə görə, hesaba son zamanda (bir ay, bir neşə ay) seçilmiş qavramalar alınır.

 

*) “Şkalanın Sıxlaşdırması” – kədərli qavramaların intensivliklərinin, onların orta intensivliklərinin sabit azaldılması ilə əlaqədar, yenidən qiymətləndirilməsidir. Bundan əvvəl 3-4 olan, indi 10 olur. Bundan əvvəl “4-dən çox” olan, indi artıq “şkalanı keçən” olur. Bundan əvvəl “çox zəif” olan, artıq 1-dən 5 qədər olur.

 

*) “Əhəmiyyətli” – intensivliyi 5-dən yuxarı kimi qiymətləndiriləndir.

 

*) “Önəmli” – intensivliyi 3-dən 5 qədər kimi qiymətləndiriləndir .

 

*) “Etinasızcasına” – sözü gedənə dair önəmli arzular yoxdur.

 

*) “Çətin vəziyyət”, “Çətinlik” – elə bir mövqedir və ya vəziyyətdir ki, onlar varkən, nəticəyə nail olmaq üçün əhəmiyyətli səylər göstərmək lazımdır.

 

*) “Bəsit” – çətin vəziyyətin meydana gəlmədiyi hallardır.

 

*) “Fəal gözləmə” – tərkibinə aşağıdaki sevincli arzuların daxil olduğu bir mövqedir:

1) yeganə hədəf [bəzi nəticələrə nail olmağa yönəlmiş olan];

2) bu nəticəyə nail olmağa yönəlmiş mexaniki arzuları aradan qaldırmaq üçün sevincli arzular;

3) bu nəticəyə nail olmağa yönəlmiş zəif və səbatsız sa-ları reallaşdırmamaq üçün sevincli arzular;

4) yeganə hədəflə rezonans edən və aralıq nəticələrə nail olmağa yönəlmiş intensiv və sabit sa-ların təzahür etmələri üçün sevincli bir arzu.

Fəal gözləmə mövqesi – sa-ların və onlara müşayiət edən NQ-ların həyata keçirmə və gücləndirmə təcrübəsinin nəticəsidir.

(Nəticə olaraq “doldurma effekti” meydana gəlir – sa-ların intensivliyi və sabitliyi artır, səbat, intizar, ciddiyət güclənir, diğər NQ-lar təzahür olunurlar).

(Bununla belə, ara adımların sa-ları təzahür olunmaya da bilərlər! Ancaq bu, məğlibiyyət demək deyil, axı “tək hədəf”, “fəal gözləmə” zamanı qüvvətlənir, mexaniki tərtib olunanlardan təmizlənir, bu da, ara nəticələrə nail olmadan nəticəyə nail olma ehtimalını artırır).

 

*) “Zoraki [hərəkət] – mexaniki arzunun reallaşdırması olan və bu ma zamanı təzahür olunan əsaslı NE-lara baxmayaraq yerinə yetirilmiş [ hərəkət].

 

*) İnsanın “mövzuya yönəldilmiş fəaliyyəti” – bu, çox-bağlı komplekslərin fərqləndirməsi, onların təzahürlərində qanunauyğunluğun axtarışı, istənilən qavramalara nail olmaq üçün onların istifadə etməsidir.

 

*) “Əşya”, “məxluq”, “proses” – qavramaların çox-bağlı komplekslərinin işarələridir.

 

*) Əşyanın, məxluqun və ya prosesin “yıxması”, “yox edilməsi”, “durdurması” – onlardan sonra çox-bağlı kompleksin qavramalarının eyni anda olan (və ya bilavasitə bir birinin arxasından gələn) təzahürünün (xüsusilə əgər bu qayıtmazdısa) itmiş qavramalar cəmidir.

*) “Elementlər” (və ya “tərkib hissələr”), “davranışın xüsusiyyətləri” (və ya “xarakterin, şəxsiyyətin xüsusiyyətləri”), və “mərhələlər” – əşyada, məxluqda və ya prosesdə ayrı tutulan çox-bağlı komplekslərdir.

(Nəzərinizə yetirirəm ki, əgər bu terminlərlə, verilən mənalarda istifadə edilərsə, “əşyanın” – “struktura”, “məxluqun” – “davranışa”, “prosesin” isə – “mərhələlərin ardıcıllığına” eyni olmadığı aydındır və bu, hətta ayrı tutulan çox-bağlı komplekslərin özü ilə çıxış çox-bağlı kompleksində ayrı tutulan qavramaların bütün cəmini əhatə etdikləri halda belə belədir. Başqa cür də söyləmək mümkündür: “ifadə etmək”, “struktur və xüsusiyyətlərin bütün tamamlığını öyrənməyə” eyni deyildir. Əgər bu anda bir sıra qavrama cəminin ayrı tutulması varsa, onda kədərlənmələrin aradan qaldırması və NQ-ların tətbiq etmə təcrübəsi həyata keçirildikcə  (və ya, əşyalara dair söyləsək, onların araşdırılması aparıldıqca), aşağıdaki dəyişmələrin meydana gəldiyi təcrübədə asan təsdiq edilir:

1) fərqlənmələrin yeni təsbitləri meydana gəlir, bununla belə bu fərqlənmənin bundan əvvəl bu yerdə mövcud olmadığının dərk etməsi (yəni, NQ ilə rezonans edən fikir) vardır. Bu, təcrübə nəticəsində fərqləndirici qabiliyyətin güclənməsi misalıdır, həmçinin insanın “inkişafı”, yəni yeni, bundan əvvəl ona məlum olmadığı qavramaların təzahür olunması misalıdır.

(Və ya, əşyaya dair söyləsək, aşağıdakilərin nəticəsində yeni qavramaları kəşf edə bilirik:

a) onu, yeni təsir üsuluna düçar etdilər – bu, adi təbii və elmi  araşdırma misalıdır, bu istər eksperimental fizika sahəsində olsun, istərsə də eksperimental psixologiya sahəsində,

b) eksperimental bazanın gücü (cihazların həll etmə qabiliyyəti v.s.), şəxsiyyəti araşdırma metodlarının effektivliyi güçləndirildi v.s.).

2) fərqləndirmələrin yeni təsbitləri meydana gəlir, bunula belə bu fərqlənmənin bundan əvvəl də bu yerdə olduğu dərk etməsi vardır. Bu, təcrübə nəticəsində səmimiyyətin güclənməsi misalıdır.

3) çıxış kompleksin tərkibində çox-bağlı komplekslərin yeni fərqlənməsinin üsulları təzahür olunurlar, bu da, yeni hipotezlər yaratmaq və qavramaların araşdırmasına davam etmək və yenilərini kəşf etmək üçün əsas təşkil edə bilər.

Beləcə, çox-bağlı kompleksi bu və ya digər adla ifadə edərək, mən, bütün fərqləndirilmiş qavramaları təsbit etdiyimi, və çox-bağlı kompleksin təyininə qoyulmuş şərtlərə uyğun olduqları üçün çıxış çox bağlı kompleksin strukturunun tərkibinə daxil edəcəyim qavramaların yeni fərqləndirmələrinin gələcəkdə ortaya çıxmayacaqlarını, təhmin edə bilmirəm.

Yuxarıda qeyd edilənləri konkret misallar üçün tətbiq etmək çox asandır, mən misallar üzərində durmayacağam, hər kəs bunu öz başına asan edə bilər. DYT təcrübə edənlərlə baş verən, “mən”, “bu yer”, “bu yerdəki qavramaların dəsti” adındaki çox bağlı kompleksin tərkibinin genişləndirilməsinin və dəqiqləşdirilməsinin misalıdır).

 

*) “Struktur”, “xarakter” (“şəxsiyyət”) “ardıcıllıq” – elementlərin, davranışın xüsusiyyətlərinin və müvafiq olaraq mərhələlərin cəmidir.

 

*) “Təsvir” [qavramaların cəminin təsviri]:

a) “struktur-davranışlı təsvir” – bu qavrama qrupunda  fərqləndirilə bilinən çox-bağlı komplekslərin sıralanması (elementlər, bu qavrama cəminin və onun elementlərinin davranış xüsusiyyətləri, mərhələlər) və/və ya

b) “rezonanslı təsvir” – bu cəm ilə rezonans edən qavramaların siyahısıdır. Çox vaxt sözlü, əyani təsvirlər istifadə olunurlar (lakin, sadəcə çox-bağlı kompleksləri məhz bu qavrama qrupları arasında ayırmaq vərdişindən dolayı).

(Struktur-davranışlı təsvirin yoxluğu,bu cümlənin təsvir deyil, “şeriyyət” (sonra bax.) olduğunu təhmin etmək üçün son dərəcə önəmli bir əsas təşkil edir, çünki:

1) əgər insan, həqiqətən onun ayırdığı qavrama cəmini təsvir edirsə, o hər zaman bu qavramaların təzahürlərinin artıq ilk təcrübəsindən sonra olduqca ətraflı struktur-davranışlı təsvirini verə bilər, yəni onların təzahürlərinin bir çox təfsilatlarını təsvir edə bilər,

2) o, sadəcə “təsvir etməklə” qalmaz, bu qavramalar nurlu olduqları və ya tərkibində nurlu elementləri, mərhələləri olduğu halda, onda mütləq belə bir arzu meydana gəlir).

 

*) “ET-rezonans” – NQ-nın təzahürünün və onu təsvir etmək üçün sevincli arzusunun arasında güclü bir rezonansın mövcud olmasından ibarət olan bir hadisənin ifadəsidir.

 

*) “Terminin Təyini” – bu termin ilə ifadə edəcəyim çox-bağlı kompleksin təsviri.

 

*) “Termin təyinin dəqiqləşdirilməsi” = bu termin ilə ifadə olunan çox-bağlı kompleksin təsvirinin dəqiqləşdirilməsi, yəni:

a) çox-bağlı komplekslərin siyahısının dəqiqləşdirilməsi,

b) bu qavrama (qavrama cəmi) ilə çox rezonans edən qavramaların seçilməsi.

 

*) “Terminin kifayət qədər dəqiq təyini” – elə bir təyin ki, bu anda onu dəqiqləşdirmək üçün sevincli arzu yoxdur, istifadə edilməsi isə düşüncəli aydınlığa gətirir (və bəlkə də, NQ-aydınlıqla ilə rezonans edir).

 

*) “Parazit Kəlmə” – termin olmayan, yəni mənası müəyyən  olmayan bir kəlmədir. Danışıqda parazit kəlmələrin istifadəsi, onu avtomatik olaraq əlaqəsiz, mənası olmayan, düşəncəli aydınlıqdan məhrum edilmiş, NQ-aydınlıqlala rezonans etməyən edir.

(Məişət dilində belə kəlmələr demək olar ki yoxdur, çünki “stul”, “masa”, “süpürmək”, “gətirmək” kəlmələrini müxtəlif insanlar çox bənzər bir şəkildə müəyyən edərlər, əgər belə bir məqsədi öz qabaqlarına qoyarlarsa, yəni bu kəlmələr, onların konteksdə istifadə tərzinin özü ilə kifayət qədər dəqiq müəyyən olunmuşdular. Eynisi, fizikçilərin fizika haqqında, mühəndislərin tətbiq etdikləri aparat haqqında, mexaniklərin təmir etdikləri motor haqqındaki danışıqları üçün də tipikdir. Bu, insanların məişət və sənət fəaliyyətlərində nəticəni əldə etmək istədikləri və bir birlərini kifayət qədər dəqiqliyi ilə anlamağa nail olmağa məcbur olduqları ilə əlaqəlidir, axı başqa cür nəticəyə nail olunmayacaq, bu da dərhal hər kəsə bəlli olacaq. Insanın psixiki fəaliyyətinin təsvirinə aid danışıqlarda isə parazit kəlmələrin miqdarı çox böyükdür – çox zaman demək olar ki 100%. Bu da, insanlarda istənilən halların nail olmaq şəklindəki nəticəni əldə etmək arzusunun, və nəticəni bir kimsənin tərəfindən əldə edilib etməməsini nəzarət etmək arzusunun olmaması ilə izah edilir).

 

*) “V-parazitlər” (“viruslu parazitlər”) – elə parazit kəlmələr ki, insanlarda, onların istifadəsi  zaman, bu kəlmələri nəyi ifadə etdiyinə dair əsassız bir əminlik vardır. Misal: “lazımdır”, “yardım”, “yaxşıdır”, “pislik”, “ədalət”, “doğrudur” v.s. yəni insanlar, bu kəlmənin – parazit bir kəlmə olduğundan özlərinə hesab belə vermirlər (və çox zaman özlərinə bundan hesab vermək də istəmirlər, çünki kütlüyü tərəfdar tutmaq istəyirlər, aydınlığı yaşamaq istəmirlər).

 

*) “S-parazitlər” (“standart parazitlər”) – elə parazit kəlmələr ki, insanlarda, onları istifadə etdikləri zaman, çox vaxt bu kəlmələrin konkret heç bir şeyi ifadə etmədiklərinə dair aydınlıq vardır. Misallar: “e”, “necə yəni”, “yəni”, “bu həmin”, “tipi”, “demək”, “əslində”, “sadəcə”, “elə ki”, “ümumi olaraq” kimi zəhlə tökən sözlər.

 

*) “E-parazitlər” ([sözdə] elmi jarqonlar”) – viruslu parazitlərin bir növüdür: onları istifadə edən insanların düşüncələrinə görə söylənənlərə bir mühümlük, bir ağırlıq əlavə edən kəlmələr. E-parazitlər, danışan insanın XVH-ni və özünü bəyənməsini qüvvətləndirir, və həmçinin həmsöhbətinin XXH-ni yaşaması, etiraz etməsi, sərbəst düşünməsi arzusunun bastırması, danışanın məfhumlarını kor koranə mənimsəməsi üçün nəzərdə tutulub. Bəzən e-parazitlər XVH-nin qarşılıqlı bir şəkildə möhkəmləndirməsi, sərsəmlətici özünü bəyənməyə, kütlüyə birgə dalması üçün istifadə olunurlar. Misallar: “əslində”, “ümumiyyətlə”, “demək istəyirəm ki…”, “bəli, amma…”, “demək olar ki belədir”, “hesab edək ki...”, “filan araşdırmalara görə…”, “filosoflardan biri hələ … əsrdə dedi ki…”, hamısına məlumdur ki…”, “mənim subyektiv fikrimə görə…”, “obyektivlik üçün demək lazımdır ki…”, “mən belə sizə deyəcəyəm…”, “icazə verin, amma…” v.s. Milyonlarla insanlar özlərini əqli cəhətdən inkişaf etmiş və əhəmiyyətli şəxsiyyətlər olduğunu hesab edirlər, onun üçün belə kəlmələr dəsti çox böyükdür.

 

*) “K-parazitler” (“kommunikativ parazitlər”) – dilə fonetik, hərəkətverici zəhlə tökən sözlər:

1) cümlədə birinci kəlmənin baş samitinin yüngül ikiqat artırılması: “bbax nə deyirəm…”;

2) danışarkən cümlənin başında gözlərini göz qabağları ilə hər zamankindən daha bərk örtməsi;

3) gözlərini hər zamankindən daha geniş (bərəltməsi) açması;

4) cümlə hissələrin arasında son saitin uzadılması: “mən fikirləşirəm kiii…”;

5) müxtəlif “e…”, “m…”lar;

6) danışma zamanı müxtəlif zəhlə tökən hərəkətlərin sonsuz siyahısı – üzün pozulması, qaşınmalar, gərilmələr və daha bir çox şeylər.

 

*) “Şeriyyət” – viruslu parazitlərin bir müxtəlifliyi: PE və NE yaşamaq üçün tətik (triqqer) olaraq istifadə olunan parazit kəlmələr.

 

*) “Dırnaq arası ilə özünü aldatma” – çox tez-tez özünü aldatma formasıdır, bu zaman parazit kəlmə dırnaq arasına alınır və bu halı ilə eynən daha əvvəl istifadə olunduğu kimi, istifadə olunur! Bunula belə insan belə fikirləşir: “axı bu kəlməni dırnaq arasına aldım, demək, onun heç bir şeyi ifadə etməyini anlayıram”. O halda, heç bir şeyi ifadə etməyən bir kəlməni nə üçün yazmalıyam? Nə üçün, “o mənə yardım etdi” cümləsi yerinə, “o mənə fbşçzq” yazmamalıyam? Bu sualı o özünə vermir və parazit kəlməni istifadə etməyə davam etdiyinə dair düşüncəli aydınlığı basdırır.

 

*) [İnsanın] Təzahürləri” – insanın davranışlarının cəmidir.

(Formulları mürəkkəbləşdirməmək üçün mən, başqa bir insanın təzahürləri haqqında və başqa bir insana dair təhminlər haqqında danışacağam, halbuki eynisini özün haqqında da, özünü xatırladığın zaman, yəni sənin tərəfindən “bu mənimlə oldu” olaraq ifadə etdiyin qavramalar cəmi mövcud olduğu zaman, demək mümkündür).

 

*) [İnsanın] Davranışları” – çox-bağlı kompleks kimi fərqləndirilən [insanın] hərəkətlərinin cəmidir.

 

*) “Xarici amillər” (və ya “şərtlər”, və ya “hallar”) – mənim araşdırdığım çox bağlı komplekslərin tərkibinə daxil olmayan qavramalar cəmidir. Məsələn, əgər mənə qaşqabaqlı üzlə baxmış bir qızın davranışını aydınlaşdırmaq istəyirəmsə, o zaman onun qısqanc ərinin, əlindən dartan uşağının yanında olmasını və sairə və sairə kimi xarici amillərin təsirini nəzərə götürmək lazımdır. Nəticədə, “mən onun xoşuna gəlmirəm” ilk interpretasiya, diametral olaraq zidd olan bir interpretasiya ilə dəyişdirilə bilinər: “o, mənim kimi belə əla bir qızla əylənmək yerinə, tərbiyəli evli bir xanım rolunu oynadığı üçün nə qədər də axmaq olduğunu düşünür”.

 

*) “Əsaslar [interpretasiyalar, təhminlər üçün] – daha əvvəl artıq dəfələrlə (özündə və başqalarında) müşahidə etdiyin və onların az ya da çox tez-tez (o cümlədən bu və ya digər xarıcı amillərin olmasından da asılı olaraq) ya olmalarını təhmin etdiyin qaramalarla müşayiət edildiklərini, ya da olmalarını təhmin etdiyin o qavramaların müşayiət etdiyi digər qavrmalarla müşayiət edildiklərini kəşf etdiyin təzahürlərdir.

 

*) “Təhmin” - [mövcud müşahidələr sırası və məlum qanunlar siyahısı şəklindəki] əsaslar üzərində qurulmuş olan nəticə, bir şeyin yüksək ehtimalı haqqında nəticədir.

 

*) “İnterpretasiya [digər insanın təzahürlərinin interpretasiyası]” – təhminlərin xüsusi hadisədir – hansı qavramaların [digər insanda] hansısa [onun] təzahürlərinə müşayiət etdikləri haqqındaki təhmindir.

Digər insanda bir sıra qavramaları təhmin etmək üçün əsasların olmasını bildirirkən:

a) onun konkret təzahürlərinə işarə etmək,

b) bu təzahürləri və onlara müşayiət edən qavramaları, müşahidələrlə yaxın şərtlərdə müşahidə təcrübəsinə uyğun olaraq, mümkün interpretasiyaları sadalamaq lazımdır.

(“Digər insandaki qavramalar” haqqında danışarkən, “digər insan” anlayışın özünün MƏNİM qavramalarımın ifadəsindən başqa bir şey olmadığına dair aydınlığı itirməməli. Bütün qavramalar – bunlar yalnız “mənim” qavramalarım, yəni yalnız bu yerdə fərqləndirilən və təsbit olunan bir şey və “digər insan”, “digər insanın təzahürləri” – bunlar, çox-bağlı komplekslər olan “mənim” qavramalarımın ifadələridir. Yuxarıda gətirilən düşüncələrdən uzaqlaşaraq, “gerçəklik”, “xəyal”, “yalqızlıq” haqqında dəbdə olan məfhumlar qurmaq səhv olardı, çünki bu kəlmələr – müəyyən bir mənaya sahib olmayan və [yalan, əsassız] məfhumların elementləri olaraq istifadə olunan parazit kəlmələrdir).

 

*) “Adekvat” – mövcud olan təhminlərə, müşahidələrə uyğun olan.

 

*) “Məğlubiyyətin Analizi” – göstərilən səylərin, səylər prosesində qavramalar tərkibinin dəyişməsinin, nəticələrin təsbitidir. Qanunauyğunluqların axtarışı, məğlubiyyətin səbəbləri haqqında təhminlərin təşkili, araşdırmaların aparılması. Məğlubiyyətin analizi – aydınlığa nail olmaq, səyləri daha effektiv etmək, nəticələrə nail olma ehtimalini yüksəltmək üsuludur.

 

*) “Gərəkli [nəticəyə nail olmaq üçün gərəkli olan] – elə bir şeydir ki, o olmadan, təhminlərə görə, nəticəyə nail olmaq mümkün deyildir.

 

*) “Yalan” – öz qavramaların barəsində məlumatı təhrif etmək üçün mexaniki arzunun reallaşdırılmasıdır (metoddan asılı olmayaraq – vurğuların yerinin dəyişdirilməsi, yayğınlığın daxil edilməsi, dəyişdiilrmə v.s.).

 

*) “Yalan məlumat vermə” ” – öz qavramaların barəsində məlumatı təhrif etmək üçün mexaniki arzunun reallaşdırılmasıdır (metoddan asılı olmayaraq – vurğuların yerinin dəyişdirilməsi, yayğınlığın daxil edilməsi, dəyişdiilrmə v.s.).

Yalan məlumat vermənin tipik məqsədləri:

1) başqa bir təcrübəçi üçün təlim halları yaratmaq, onda belə hallar üçün sevincli arzunun olmasını təhmin etmək üçün əsasların güman edildiyi vaxt,

2) özü üçün təlim halı yaratmaq,

3) digər insanların təcavüzkar davranışlarından qorunmaq.

(Tipik bir kədərlənmə: öz yalanını, yalan məlumat vermə yerinə qəbul etmək. Həlli – şəxsi qavramalarını diqqətlə araşdırmaq, səmimiyyəti (arzunu ucadan ifadə etmək səmimiyyətini v.s.) qüvvətləndirmək arzusunu doğurmaq, “mən bu an səmimi deyiləm” mövqesinə keçmək, başqa bir təcrübəçinin, səni araşdırması üçün, köməyinə müraciət etmək).

 

*) “Tikanlar” – insanda, onun barəsində sənin təsəvvürlərinə uyğun gəlməyən qavramaları təhmin etmək üçün əsaslar olan təzahürlər.

 

*) “Giləmeyvələr” – insanda, onun barəsində sənin təsəvvürlərinə uyğun gəlməyən qavramaları təhmin etmək üçün əsaslar olan təzahürlər.

 

*) “Çıxartmaq” – aşağıdaki mexaniki arzuların reallaşdırılmasıdır:

a) insanda “tikanları” fərqləndirməmək arzusu,

b) insanın təzahürləri barəsində xatirələri, əgər nəticədə “tikanların” kəşf ediləcəyi təhminləri və ya hətta əminliyi varsa, basmaq arzusu,

c) insanın təzahürlərinin analizinə dair düşüncəli fəaliyyəti, əgər bu analizin nəticəsində “tikanların” kəşf ediləcəyi təhminləri və ya əminliyi varsa, basmaq arzusu,

d) insanın davranışlarının interpretasiyası zamanı istənilməyən variantlara, bu variantlar nə qədər aydın olsa da, aparan fikirləri basmaq arzusu.

 

*) “Çəkilmə” – aşağıdaki mexaniki arzuların reallaşdırılmasıdır:

a) insanda “giləmeyvələrin” fərqləndirməsinə dair yalan əminliyi yaratmaq.

b) onda “giləmeyvələrin” fərqləndirməsinə dair xatirənin olduğuna yalan əminliyi yaratmaq arzusu.

c) əgər nəticədə insanda “giləmeyvələrin” mövcud olmasına dair “nəticə çıxarılacaqsa”, düşüncəli fəaliyyəti, məntiqi əlaqələrin pozulması ilə (hətta çox aşkar bir şəkildə), başlatmaq.

d) insanın davranışlarının interpretasiyası zamanı yalnız istənilən variantlara aparan fikirləri dəstəkləmək arzusu.

 

*) “Araşdırma” – çox-bağlı kompleks olan “araşdırma obyekti” barəsində düşüncəli aydınlığa nail olmağa yönəlmiş aşağıda müəyyən edilmiş hərəkətlər cəmidir.

“Araşdırma” olaraq adlandırılması üçün, hərəkətlər cəmi ən azı bunları daxil etməlidir:

a) araşdırma obyektinin müəyyən edilməsi,

b) “araşdırma üsulunun” müəyyən edilməsi – hərəkətlərin elə aydın sadalanmasıdır ki, onların yerinə yetirilməsi, mövcud fərzlər və təhminlərə görə, araşdırma obyektinin elə dəyişmələrinə gətirə biləcək ki, bu dəyişmələrin analizi, araşdırma obyekti barəsində düşüncəli aydınlığa nail olmağa izn verəcək,

c) “araşdırmanın aralıq nəticələrinin” təsbiti:

 *) həyata keçirilən hərəkətlər,

 *) araşdırma obyektinin dəyişmələri,

 *) əmələ gələn təhminlər,

d) “araşdırma nəticəsinin” təsbiti – nail olunmuş aydınlıqların sadalanması.

*) “araşdırmanı” müəyyən etmək üçün daha bir üsul – məni maraqlandıran məsələnin xülasə edilməsi və cavabının müşahidələr və sınaqlar yardımı ilə axtarılması.

 

*) “Dəlillər” – elə cümlələr ki,:

1) aydın və zidd olmayaraq qurulmuşdular,

2) müzakirə olunan mövzu ilə əlaqəli müşahidələri və onların analizinin nəticələrini təsvir edirlər,

3) müəyyən mövqeni ifadə edirlər – razılığı, narazılığı, qismən razılığı, əlavəni, yeni nöqteyi-nəzəri, düzəltməni v.s.

 

*) [Mexaniki arzuların] Tükəndirilməsi”:

1) mexaniki arzuların dəfələrlə reallaşdırılması (bəzən doymaya və həddindən artıq doymaya qədər),

2) reallaşdırma prosesinin araşdırılması,

3) nəticələrin təsbiti,

4) nəticələrdə çox-bağlı komplekslərin axtarışı və onların araşdırılması.

 

*) “Arzuların Seleksiyası”:

a) arzuların təsbitidir,

b) onların, sevincli və mexaniki olanlara seçilməsidir,

c) ma-ları aradan qaldırılması və sa-ları qüvvətləndirmə səyinin göstərilməsidir.

 

*) “Yarıdağılma [mexaniki arzuların yarıdağılması] – (tükəndirilmə və seleksiya, kədərlənmələrin aradan qaldırılması və NQ-ların doğurulması təcrübəsinin birgə təsiri nəticəsində) mexaniki arzunun intensivliyinin (orta hesabla) elə bir mərhələyə qədər zəifləməsidir ki, bu mexaniki arzunu aradan qaldırmasının sevincli arzusu müəyyən, sabit olur, və bu mexaniki arzunu hadisələrin çox vaxtında yaşamaq vərdişinə üstün gəlir.

 

*) “Məqsədə uyğun” – istifadəsi, nəticənin əldə etmə ehtimalını artıracağını təhmin etmək üçün əsaslar mövcud olandır.

 

*) “Optimal” – istifadəsi və ya təsiri, nəticəyə nail olmanın ən çox istənilən xarakterinə – məsələn, ən tez və ya ən tam bir şəkildə – gətirəcəyini təhmin etmək üçün əsaslar mövcud olandır. Yəni “optimal” – bu, ən çox məqsədə uyğundur.

 

*) “Qətedici”, “Effektiv” – istifadəsi nəticəyə gətirmiş olandır.

 

*) “Səhv” – səbəbi, düşüncələrdə, lazımi əsasların axtarılmasında və onların analiz etməsində v.s. lazımi məşqlərin yoxluğu olan yanlış bir nəticədir. Ancaq bu yanlış nəticə, NE-lar kimi kədərlənmələrin, mexaniki arzuların, məfhumların nəticəsi deyildir.

 

*) “Kütlük” – qavramaları fərqləndirmək üçün sevincli arzunun (kədərlənmələrin təsiri altında) yoxluğudur və nəticə olaraq, düşüncəli aydınlığın, sevincli arzuların itirilməsidir.

 

*) “Artıq səy” – intensivliyin son dərəcə yüksək olan (sənin cari intensivlik şkalasına görə 9-10 olan və şkalanı keçən) səyidir, bir şeyi, bunu edə bilməyəcəyindən əmin olmana rəğmən, etdiyin (yəni, qavramaları dəyişdirdiyin) zaman.

 

*) “Neqativ dominant” – elə bir NE və ya NF ki, insan, özünü onların xaricində təsəvvür edəməyəcək dərəcədə onlara vərdiş olmuşdur, onların daimi yaşadığını artıq təsbit etmir, və hətta təzahür edilmiş NE və NF-ları kəşf etmək arzusunun olmasını ilə də, onları, uzun sürən özünü araşdırmalar və kədərlənmələri aradan qaldırma səyləri olmadan, ayıra bilmir.

(Neqativ dominantların belə bir xüsusiyyəti təcrübə üçün əngəl deyil, çünki aradan qaldırma prosesində fərqləndirmə bacarıqları möhkəmlənən, neqativ dominantı ayırmaq və aradan qaldırmaq imkanı ortaya çıxan, çox sayda təsbit olunan kədərlənmələr hər zaman vardır).

 

*) “NE-nın qüsursuz aradan qaldırılması” – 0.5 saniyə ərzində və daha tez olaraq həyata keçirilən aradan qaldırılmadır.

 

*) “NE-nın çıxardılması” – bir NE başqa bir NE və ya PE ilə dəyişdirilməsidir. Məsələn, utanc yerinə təcavüzkarlıq və ya istehza yaşamağa başlayırsan. Kədərlənmələrdən qurtuluşa aparmır.

 

*) “NE-nın [xarici] təzahürləri” və ya “NE-nın əlamətləri” – səndə NE-nı təhmin etmək üçün (başqaları üçün və sənin özün üçün) əsaslar olan davranış elementləridir (mimika, intonasiya, əl hərəkətləri, kəlmələrin tərkibi v.s.).

 

*) “NE-nın endirilməsi” – NE-nın, onu aradan qaldırmaq üçün səy göstərməsinin nəticəsində, intensivliyinin tez bir şəkildə (2-3 saniyədən daha az) zəifləməsidir.

 

*) “NE-nın basılması” – aşağıdaki arzular dəstinin nəticəsidir:

1) NE-nı yaşamaq arzusu var və o, NE-nı aradan qaldırmaq arzusundan daha güclüdür (və ya NE-nı aradan qaldırmaq arzusu heç yoxdur),

2) NE-nın əlamətlərini gizlətmək arzusu vardır,

3) səmimiyyət çox zəifdir (və ya heç yoxdur),

4) bəzən NE-nın endirilməsi vardır (əgər NE-nı aradan qaldırmaq üçün zəif bir arzu varsa).

NE-nın basılması, NF və NEH-nın intensivliyinin, NM-nin sıxlığını artırır.

 

*) “Arzunun basılması” – arzunun intensivliyini zəiflətmək və ya arzunu reallaşdırmaqdan vaz keçmək üçün mexaniki arzusunun reallaşdırılmasıdır.

 

*) “Gizlətmə” – şəxsi mövqeni (öz münasibətini) söyləmək, öz qavramalarını bildirmək (həm sevincli, həm də mexaniki) arzusunun basılmasıdır.

 

*) “Qüsursuz hərəkət” – sevincli arzunu reallaşdırma prosesinin hər hansı bir mərhələsidir və ya sadəcə qüsursuz mərhələlərdən ibarət olan hər hansı bir prosesdir.

 

*) “Kütləşməyə qaçış” – NE-nı aradan qaldırmaq yerinə sən NE-nı yaşadığın barəsində fikirləri çıxardırsan, onların təsbitini basırsan, NE-nı, PE-nın yardımı ilə çıxartmağa çalışırsan.

 

*) [Təcrübədə] Enmə” – kədərlənmələr arzusunun NQ-lar arzusundan daha çox güclü olduğu bir haldır.

 

*) [NE-larda] Yapışmaq” – “indi NE var” fikri vardır, NE-nı yaşamasını dayandırmaq üçün zəif bir arzu vardır, lakin onun gücü, NE-nı yaşamaq vərdişinin gücünə və NE-nı yaşamasına davam etmək üçün mexaniki arzusunun gücünə üstün gəlmək üçün, kifayət deyildir.

 

*) “Böyük qırmızı düymə” (“BQD”) – xəyal edilən elə bir hərəkətdir ki, NE-larda yapışmış bir insan onun yardımı ilə, NE-ları aradan qaldırmaq üçün səy göstərmədən, onlardan azad olmağı və NQ-ları yaşamağı xəyal edir. Məsələn, bir pozada oturmaq, mantra oxumaq, indulgensiya  almaq v.s. Lakin, bütün bu hərəkətlər NE-ları aradan qaldırma və NQ-ları doğurma səyləri olmadığına görə, nəticə nail olunmaz.

 

*) “Heç bir-şey-baş vermir böhranı” (“hşbv böhranı”) – güclü NE-ların təsbit olunmadığı, ancaq NQ-ların da olmadığı bir haldır. Sevincli arzular yoxdur, güclü mexaniki arzular da yoxdur. Nəyi etmək istədiyin anlaşılmır. İntizar yoxdur, heç bir şey maraqlı deyildir.

(Hşbv böhranına son vermək üçün, ən “xırda” NE-ları belə ayırmağa və aradan qaldırmağa, və formal təcrübələrin yardımı ilə, NQ-ları doğurmağa başlamaq lazımdır).

 

*) “Mühafizikar təcrübələr” – qavramaları dəyişdirmək üçün elə hərəkətlərdir ki, sən onları yerinə yetirmədə məşq edərək, qavramaları dəyişdirmək və onları dəyişdirməyi istəmək vərdişini möhkəmləndirirsən. Məsələn, siqaret çəkmək vərdişinin aradan qaldırılması, və ya hər hansı bir xırda məişət vərdişinin dəyişdirilməsi, olduqca çətin bir məsələ ola bilər, və yenə də bu, NE-nı aradan qaldırma səyini öyrənməkdən daha çox asandır, çünki, birincisi, NE yaşamaq vərdişinin gücü çox böyükdür, ikincisi, NE yaşamaq mexaniki arzusunun gücü çox böyükdür, üçüncüsü də, NE-lardan asılılıq dərəcəsi çox böyükdür.

 

*) “Formal təcrübə” (“FTƏ”) – elə hərəkətlərdir ki,:

1) dəfələrlə və sıx bir şəkildə, seriyalarla yerinə yetirilir,

2) qüsursuzdurlar,

3) NQ barəsində yadda saxlama ilə müşayiət edilirlər (istənilərdi),

4) məqsədi (düz və ya dolayısilə), NQ-ların doğurulması və ya qüvvətləndirilməsidir,

5) NQ-larla rezonans edirlər (istənilərdi),

6) təsbit olunurlar ( yazılı istənilərdi).

 

*) “Yadda saxlamağa nail olmaq” –yadda saxlamanın daha tez-tez, daha sıx, daha intensiv bir şəkildə təzahür etməsinə kömək edən formal təcrübələrin cəmidir. Bunlara, “arzunun ucadan ifadə edilməsi” (həm fəaliyyət prosesində, həm də onun xaricində), yadda saxlama sıxlığının hər 5 dəqiqədə təsbit olunması v.s. aiddir.

 

*) “Faner təcrübə ilə məşğul olmaq” – sevincli arzularla deyil, mexaniki arzular (məsələn, NQ-lara malik olmaq arzusu, adiliyi tıxamaq, təsir bağışlamaq arzuları v.s.) ilə əsaslandırılmış hərəkətləri edərək (məsələn, arzunu ucadan ifadə edərək), bu və ya digər təcrübə ilə çalışma təqlidini etmək (və ya, “təcrübə ilə məşğul olmaq lazımdır” v.s. kimi “planlar”, məfhumlardan hərəkət edərək təcrübə təqlidini etmək).

 

*) [Hər hansı bir təcrübənin yerinə yetirilməsinə] özünü salmaq” – bu və ya digər təcrübəni o qədər tez-tez təqlid etmək ki, onu yerinə yetirməsinin sevincli arzusu elə zəifləyir ki, mexaniki arzunu, süstlük inersiyasını üstün gələ bilmir və reallaşdırılması dayanır.

 

*) [İnsanı] İstifadə etmək” – bir insana münasibətdə və ya onun iştirakı ilə öz arzularını, sənin bunları etməyini istəmədiyini o insanın açıq bəyan etmədiyindən istifadə edərək, reallaşdırmaq, bununla belə:

1) maraqlanmadan ki, – o adam səni nəyə görə rədd etmir,

2) o adama bildirməyərək ki, öz arzunu, onun səni rədd etmədiyindən istifadə edərək reallaşdırırsan, və nəyə görə məhz onun səni rədd etmədiyini özbaşına aydınlaşdırmaq arzusu səndə yoxdur.

 

*) “Stalkinq” – sənin xüsusi vaciblik hissin (XVH) maksimal dərəcədə təhqir edildiyi zamanki hallarda NE-ları qüsursuz aradan qaldırma və NQ-ları doğurma təcrübəsidir.

 

*) “İctimai eksperiment” – ətrafındakı adamların onlara neqativ yanaşmaq istədikləri hərəkətlərin edilməsi. Bu hərəkətlər, NE-ların, hər şeydən əvvəl NM-in, təcavüzün, insanlar tərəfindən nifrət qorxusunun qüsursuz aradan qaldırılmasını işləməsi məqsədi ilə edilir. Stalkinqdən fərq ondadır ki, bu, öz XVH üzrə bir yerə toplanmış zərbə deyil, zamanda çox məhdudlaşdırılmış nöqtə təsiridir – XVH hücum deyil, savaş ilə kəşfiyyatdır.

 

*) “Asketizm” – intensiv xoşagəlməz (və ya ağrılı) [fiziki] hisslərin olduğu zamanki hallarda NE-ları (hər şeydən əvvəl ÖY) qüsursuz aradan qaldırması və NQ-ların doğurması təcrübəsidir (bununla belə, fiziki bədənə əvəzedilməz zərəri verməməyə diqqət göstərilməlidir, yəni “mənim bədənim” olaraq adlandırdığımız hisslərin həmin çox-bağlı kompleksini dağıtmamağa diqqət göstərilməlidir, buna heç gərək də yoxdur – tamamilə təhlükəsiz sınaqlarda, özündə ÖY-nı sövq edərək, intensiv xoşagəlməz hissləri yaşamaq üçün bir çox imkan vardır).

 

*) [Hər hansı bir insan haqqında] Sifətlərin fikri”. Kiminsə haqqında “sifətlərin fikri” və kiməsə qarşı “sifətlərin münasibəti” haqqında məcburi, partiyalı nöqteyi-nəzər olaraq deyil, statistik həqiqi hadisə olaraq danışmaq imkanı vardır. Sifətlər – son dərəcə sərbəst düşünən və hiss edən məxluqlardılar (kədərlənmələri aradan qaldırmayan adi insanlarla müqayisədə), çünki kədərlənmələrdən azad olmanı, düşüncənin sərbəstliyini, sevincli arzuları, NQ-ları tətbiq edirlər. Sifətlər üçün “partiya xəttinin dalınca getməsi” – ağlasılmaz bir şeydir, bu, təcrübə ilə, NQ-larla uyğun gəlməyən bir kədərlənmədir.

Sifətlərin, hər hansı bir xam və ya potensial bir quyruq və ya potensial bir sifət haqqındaki fikirlərinin 90-100% hallında ümumi olaraq uyğun gəlməsi qəribə və ya şübhəli gələ bilər. Yəni əgər sifətlərin birinə xamın biri maraqlı gəlirsə, onda 90-100% hallda o, digər sifətlərin 90-100%-nə də maraqlı gəlir, və əgər kim isə xamın birinin potensial bir sifət olduğunu düşünürsə, 90% hallda sifətlərin 90-100% də eynən onun kimi düşünür, və nəinki “düşünürlər”, onun təcrübəsinə dəstək vermək üçün sevincli arzunu yaşamaqdadır. Ancaq bu qəribə bir şey deyildir, çünki təcrübə ilə məşq olma nəticəsində sifətlər düşəncəli aydınlığın və NQ-aydınlığın, çəkilmələrdən azad olmanın yüksək dərəcəsini əldə edirlər. Təcrübədə şəxsi təcrübənin yığılması və xamları, quyruqları və sifətləri müşahidəsi ilə insanda tədricən qavramaları fərqləndirmə qabiliyyəti də qüvvətlənir.

 

*) [DYT] Xam” – öz təcrübəsi haqqında hesabatları (sifətlərin izahlarına baxmayaraq) 3 aydan daha az vaxt ərzində göndərən biridir.

(Adətən xamların ilk hesabatları, onlarda müdhiş dərəcədə bir səmimiyyətsizlik, yalancılıq, impotentlik, ibrətlilik, dözülməzlik, nəzakət v.s. üzə çıxarır – başlayanlar üçün adi bir şeydir. Onun üçün sifətlərin, onlar bütün bu kədərlənmələri üzə çıxardıqları zaman, izahları, ümumiyyətlə xamlarda NE-nın fırtınasını çağırır – həm yırtan, həm sıxışdtıran NE-ların. Əgər xam, səmimiyyəti, kədərlənmələrdən qurtuluşu əldə etməyə davam edərək, onların öhdəsindən gəlirsə, onda onun ən azından əbədi xam olmaq şansı vardır. Lakin, çox vaxt xamın güclü NE-ları təzahüri etmədiyi, izahatları illərdir (!) göndərməyə davam etdiyi, sifətlərin isə ona qarşı bir marağın oyanmadığı olur – izahat vermək, təsir göstərmək üçün sevincli bir arzu meydana gəlmir – hesabatlar “ölü”, formaldır, onlarda insanın dəyişmək həvəsi əks edilmir. Bəzən sifətlərin izahatları, bir kərpicin kiselin içinə düşdüyü kimi düşür – kisel, kərpiclərin üzərində bağlanır, və bir dalğa belə yoxdur).

 

*) [DYT-də] Əbədi xam” – bu, elə birisidir ki,:

a) 3 aydan tez bir vaxt ərzində öz təcrübəsi barəsində hesabatları göndərir və/və ya xamların konfranslarına qatılır,

b) sifətlərin fikirlərinə görə, onda məmnunluq arzusu çox güclü və səmimiyyət çox zəifdir (1-2) (o, özünün olduqca səmimi olduğunu düşünür, halbuki, təcrübəçilər və özü üzərində öz “səmimiyyəti” ilə təsir göstərmək üçün əksini də bəyan edə bilir). XVH və ya XXH-nin çox güclü arzusu, tez-tez rəqabət, qorunma mövqesi, çəkmələrdən və məfhumlardan vaz keçməyin istəksizliyi mümkündür (əksini bəyan etməsinə baxmayaraq), bu, daimi çəkmələr (çox vaxt müthiş böyüklükdə), və danışıqda və düşünüşdə məfhumları istifadə etmək üçün maniakal bir meyl özünü göstərir. Çox vaxt sifətlərə qarşı (qoruyucu mövqenin bir hissəsi olaraq, yəni izahatlara, suallara cavab olaraq) 2-5 dərəcəlik bir təcavüzkarlıq təzahür olunur (və o özü tərəfindən hərdənbir müşahidə olunur). Sifətlərə qarşı bir uzaqlaşmada keçirilən zamanın, onlara qarşı simpatiyada, meyldə keçirilən zamana münasibəti, 1-dən daha azdır.

c) təcrübə ilə məşğul olmaq istədiyini ınadla bildirir, və bir çox ay və ya il boyunca hesabatlar hazırlayır, bu və ya digər təcrübələri həyata keçirir.

d) çox yavaş olsa da, ancaq dəyişikliklər meydana gəlir. Bu, öz həbsxanasını yıxmaq təşəbbüslərindən daha çox onun divarlarının bəzədilməsini xatırladır. Sabit, önəmli dəyişiklikləri əbədi xamda yarım ildə-ildə bir dəfə təsbit etmək mümkündür. Təxminən dəyişməməyindən ümidsizlik hiss etmir.

e) hər həmin anda, ümumiyyətlə sifətlərin ancaq 10-20 % əbədi xamların təcrübəsinə dəstək vermək – izahat vermək, suallar vermək, sınaqlar təklif etmək, açıqlamaq, anlatmaq v.s. – üçün sevincli arzunu hiss edirlər. Ancaq onlar üçün bu daha çox kifayətdir – onların dəyişmə tempi, təsirin daha böyük bir həcmini yerləşdirmək üçün çox aşağıdır.

f) NQ-ları, onlarla rezonans edən təsvirləri seçə bilməməsinə qədər nadir hiss edirlər (həftədə bir neçə qısa şappıltı) və onun təsvirləri, sifətlərdiki NQ-larla rezonans etmir. Enmələr həftələrlə, bəzən də aylarla davam edirlər.

 

*) “Quyruq” – elə birisidir ki,:

a) 3 aydan çox bir vaxt ərzində şəxsi təcrübəsi barəsində hesabatları göndərir və/və ya xamların konfranslarında iştirak edir və/və ya şəxsən sifətlərlə görüşür,

b) sifətlərin fikrinə görə, ondaki səmimiyyət 3-5, şappıltalarla 8 çatan, dərəcədədir (o özü, səmimiyyətinin dərəcəsini 3-5 olaraq hesab edir), əzm və səbat (3-6 dərəcədə) dövrləri (bir neçə gün, bir həftə) uzun (bir neçə gün, 1-2 həftə) çəkən enmələrlə dəyişir.

Məmnunluq arzusu, ortalama olaraq 5, yönəlmə, NQ-ları doğurmaq və kədərlənmələri aradan qaldırmaq qərarlılığı ilə bərabər proporsiyadadır. XVH və ya XXH güclüdürlər, lakin zamanın 20-50 %-də onlarla səmimi mübarizə aparılır.

Çəkilmələri və məfhumları aradan qaldırma çalışması, həvəssiz olsa da, ancaq yenə də aparılır.

Bəzən sifətlərə qarşı bir uzaqlaşma təzahür olunur (qorunma mövqenin bir hissəsi – yəni, izahatlara, suallara bir cavab – olaraq), ancaq quyruq tərəfindən ağır bir kədərlənmə olaraq dəyərləndirilir, bu uzaqlaşmanı aradan qaldırmaq üçün güclü bir arzu vardır. Sifətlərə qarşı uzaqlaşmada keçirilən zamanın, onlara qarşı simpatiya, meyldə keçirilən zamana münasibəti, 0.2-dən daha azdır.

c) təcrübə ilə məşğul olmaq istədiyini ısrarla bildirir və bir çox ay və ya il boyunca hesabatlar hazırlayır, bu və ya digər təcrübələri həyata keçirir.

d) çox yavaş olsa da, ancaq dəyişikliklər baş verir. Bu, öz həbsxanasını yıxmaq təşəbbüslərindən daha çox onun divarlarının bəzədilməsini xatırladır. Sabit, önəmli dəyişiklikləri quyruqda 1-2-3 ayda bir dəfə təsbit etmək mümkündür. Bəzən quyruq tamamilə heç dəyişmədiyi üçün ümidsizlik hiss edir, əzm və səbat şappıltıları yaşayır, və o zaman hücumlar düzəldir, təcrübədə üstün səylər göstərir, bu da, dəyişikliklərin sürətlənməsinə, həpsxananın divarlarının qismən yıxılmasına gətirir.

e) hər həmin anda sifətlərin ümumiyyətlə 20-50 % quyruqların təcrübəsinə dəstək vermək – izahat vermək, suallar vermək, sınaqlar təklif etmək, açıqlamaq, anlatmaq v.s. – üçün sevincli arzunu hiss edirlər. Və onlar üçün bu daha çox kifayətdir – onların dəyişmə tempi, təsirin daha böyük həcmini yerləşdirmək üçün, çox aşağıdır, bundan başqa, təcrübə ilə məşğul olmaq üçün şəxsi sevincli arzunun təzyiqi vardır.

f) NQ-nı nadir yaşayırlar (gündə bir neçə qısa və ya orta sürəklilik şappıltısı), onlarla rezonans edən təsvirləri seçə bilir, və onun təsvirləri, sifətlərdəki NQ-larla sıx rezonans edir.

g) bəzən formal təcrübələrlə, xüsusilə NQ-ları doğurma təcrübələri ilə, məşğul olmaq üçün sevincli arzunu hiss edirlər.

 

*) “Sifət” – elə birisdir ki,:

a) ən azından yarım il quyruqdur,

b) səmimiyyət-5, şappıltılarla 8 qədər, əzm və səbat (3-6) dövrləri (bir neçə gün, 1-2 həftə), bir neçə gün sürən enmələrlə dəyişir. Enmə başladığı zaman, sifət onu “gözləmir”, onu aktiv olaraq araşdırır, aşma metodlarını axtarır və tətbiq edir.

Məmnunluq arzusu ortalama olaraq 2-5 dərəcədə, NQ-ları doğurmaq və kədərlənmələri aradan qaldırmaq qərarlılığından daha çox zəifdir. XVH və ya XXH ortadır və zamanın 50 %  onlarla mübarizə aparılır. Çəkmələri və məfhumları aradan qaldırma çalışması aktiv olaraq aparılır.

Nadir olaraq sifətlərə qarşı uzaqlaşma, onların fikirləri ilə əndişə təzahür olunur, və onun tərəfindən ağır bir kədərlənmə olaraq dəyərləndirilir, bu uzaqlaşmanı aradan qaldırmaq üçün güclü bir arzu vardır. Sifətlərə qarşı simpatiya, bəzən ekstaz dərəcəsinə qədər sədəqət təzahürünə çatır.

Məfhumların baxılmasında sifət üçün “tabu” və qadağan mövzular yoxdur – hər cür məsələni, o, XXH-də və ya uzaqlaşmada və sair NE-larda yapışmadan, baxmağa və araşdırmağa hazırdır.

c) bir çox ay və ya il ərzində hesabatlar hazırlayır, bu və ya digər təcrübələri həyata keçirir. Sifət, hər cür enmələrə baxmayaraq  kədərlənmələrdən qurtulma və NQ-lara nail olma çalışmasını dayandırmayacağından əmindir (və bu anda bu elə belədir).

 d) tez olmasa da, ancaq dəyişikliklər baş verir. Bu, 50 % olaraq öz həbsxanasının divarlarını bəzədilməsini, 50 % isə onu yıxmaq təşəbbüslərini xatırladır. Sabit, önəmli dəyişiklikləri sifətdə 1-2 həftədə, bir ayda bir dəfə təsbit etmək mümkündür. Bəzən sifət  yavaş dəyişdiyi üçün ümidsizlik hiss edir, əzm və səbat şappıltıları (ekstaz dərəcəsinə qədər) yaşayır, və o zaman hücumlar düzəldir, təcrübədə üstün səylər göstərir.

e) hər həmin anda ümumiyyətlə sifətlərin 80 %, sifətin təcrübəsinə dəstək vermək – izahat vermək, sual vermək, sınaqlar təklif etmək, açıqlamaq, anlatmaq v.s. – üçün sevincli arzu yaşayırlar, bununla belə, belə bir təsirin həcmi, quyruqlara və xamlara olan təsirin həcmindən çox daha azdır, axı sifət, təcrübə haqqında və özü haqqında, digər sifətlər, quyruqlar və xamların təcrübələrinin necə cərəyan etdiyi haqqında bir çox şeyi artıq özü bilir, onun təcrübəsi böyükdür və olduqca tez bir şəkildə artmaqtadır, onun üçün digər sifətlərin nadir təsiri daha çox kifayətdir, həm onun təcrübə ilə məşğul olmağa dair şəxsi sevincli arzusunun basqısı da oduqca böyük və davamlıdır.

f) NQ-ları tez-tez, bəzən intensiv və sıx yaşayırlar (gün ərzində çoxlu qısa və ya orta davamlılıqlı şappıltılar, bir neçə dəqiqə davam edən arası kəsilməyən NQ mərhələləri, çox saatlı nurlu fon ola bilər, ekstazlı NQ-lar təcrübəsi meydana gəlir). Sifət, NQ-larla rezonans edən təsvirləri əhəmiyyətli səylərsiz seçə bilər, və onun təsvirləri, çox vaxt sifətlərdəki NQ-larla rezonans edir. Çox vaxt digər sifətlərin, quyruqların, xamların təcrübələrinə dəstək vermək üçün sevincli arzu hiss edir.

(“Birinə qarşı simpatiya hiss etmək” – bu, birinin təzahürlərinin səndəki simpatiya üçün nurlu amil olmaq deməkdir, onun üçün quyruqlara, sifətlərə və əjdəhacıqlara qarşı sifətin, əbədi xamlara qarşı olduğundan daha sıx və intensiv bir simpatiya yaşaması qəribə şey deyildir, ancaq dəstək vermənin sevincli arzusu, müstəqil qavramadır, və hətta təzahürləri həmin an sifətdəki NQ-larla çox zəif olaraq rezonans edən birinə qarşı belə intensiv bir şəkildə təzahür edə bilir.)

g) formal təcrübələr, xüsusilə NQ-ları doğurma təcrübələri, ilə məşğul olmaq üçün tez-tez sevincli arzu yaşayır, və bu təcrübələrdən əsaslı bir nəticə əldə edir. Təcrübələrə yaradıcı sürətdə yanaşır, mövcüd olan sevincli arzulara uyğun olaraq onların asan şəklini dəyişdirir. Təcrübədə sərt bir şəkildə nəticəyə yönəlib, və özünütənqid ruhunda olmanın yüksək dərəcəsinə malikdir. Əgər sifət, birdən digər sifətlərdən təcrid edilmiş bir hala düşərsə, onun təcrübə ilə məşğul olma intensivliyini azaltmamağa gücü vardır.

 

*) “Əjdahacıq” – aşağıdakilərlə sifətlərdən fərqlənir:

a) NQ-ları, o cümlədən ekstazlı, “dözülməz intensivlik” mərhələsindəki NQ-ları da, çox asan, təcrübə ilə məşğul olmanın deyəsən ilk günündən yaşamağa başlayır,

b) asan və tez-tez, ekstaz formasına qədər çatan sədəqət, açıqlıq, digər təcrübəçilərə dəstək vermək arzusunu yaşayır,

c) onda, bütün digər əjdəhacıqların 100 %-nin  ani “tanınması” əmələ gəlir, yəni son dərəcəli açıqlıq, sədəqət, simpatiya, özünü vermə, əjdəhacıqlar arasında “sərhədin yoxluğu” hissi, sanki mən və sən – müxtəlif şəxsiyyətlərdə təzahür etmiş tək bir şeydir. Öz tərəfindən əjdəhacıqların 100 %, əjdəhacığın ani bir “tanınmasını” yaşayırlar.

Həmçinin onda təcrübənin dərhal tanınması meydana gəlir – kitabın deyəsən ilk sərbəst olaraq seçilmiş cümlələrindən – sanki bu, onun həyatı boyunca axtardığı şeydir, elə bilki bu onda NQ-lar atəşini yandıran  qığılcımdır,

d) əjdəhacıq, təcrübə haqqında bir şeylər öyrəndiyi, aydınlığa nail olduğu zaman, o bunu elə asan və tez edir ki, bunu sanki bu an öyrənmir, çoxdan bilir, ancaq unutduğu bir şeyi xatırlayır kimidir (bu, bu aydınlığı möhkəmləndirmək üçün əzmli və səbatlı təcrübənin lüzumundan onu azad etmir),

e) ekstazlı bir əzm, səbat, intizar yaşamağa, formal təcrübələri saatlarla və günlərlə həyata keçirməyə gücü vardır, bu da onun irililəməsini son dərəcə tez edir.

f) əjdəhacıqlara qarşı heç bir zaman uzaqlaşma hiss etmir, onların, ona təsiri nə qədər sərt və rəhmsiz olursa olsun. Arabir sifətlərə qarşı uzaqlaşma hiss edir (onların, onun fikrinə görə, ölüvay səylərinə, aşağı səmimiyyətlərinə və sairəyə qarşı kədərlənmiş bir reaksiya olaraq). Uzaqlaşmanın, neqativ münasibətin bütün formalarını çox ağır bir kədərlənmə olduğunu hesab edir və bu kədərlənməni aradan qaldırmaq və sədaqəti yaşamaq üçün bütün səyini göstərir.

g) kədərlənmələrlə mübarizədə, həbsxanadan qurtuluşa kimi baxır, onlara həddindən artıq yumşaqlıq göstərmir, “sevdiyi qabarları” yoxdur, hər cür kədərlənmələrin üstünə bir pələng kimi atılır – bəzən, onlara qarşı olan öz münasibətində tam bir aydınlığı əldə etməyə izn verən bəzi ölçülüb-biçilmələr, düşünmələrdən sonra.

h) əsaslı və geri dönülməz dəyişikliklər fantastik, inanılmaz bir sürətlə meydana gələ bilərlər – bəzən bir neçə dəqiqə ərzində.

 

*) “Marazm” – hərəkətləri, onların mümkün olan nəticələrini analiz etmədən, meydana gətirmək.

 

*) [bir insanın] Qorunma mövqesi” - [o insanın] qavramaları barəsində aydınlığı əldə etməni əngəl törətmək üçün [onun] hərəkətlərinin cəmidir.

 

*) “Nazikürəklik” – uzun sürən intensiv NQ-ları, intensiv PE-larla tez dəyişdirmə zamanı meydana gələn bir PE-dır.

(DYT ilə məşğul olmayan bir insanın, NE-ları yaşamağa vərdiş olduğu halda NE-ları necə aradan qaldırmağı bilmədiyinə (və çox vaxt da bilmək və öyrənmək istəmədiyinə) görə, nazikürəkliyi meydana gətirmək üçün yeganə üsul, insanın intensiv NE-ları yaşamağa vərdiş etdiyi halın, onun intensiv PE-ları yaşamağa vərdiş olduğu bir halla birdən dəyişdirilməsidir).

 

*) “Uzaqlaşma” – NM içində yapışmaqdır.

 

*) “Məyusluq” – zəif, sıxışdıran NE-ların içində yapışmaqdır.

 

*) “Vərdiş[nəyinsə]” – çox zaman nəticə ilə bitən vərdişlərin formalaşmış cəmidir.

 

*) “Dostluq” – [bir kimsə ilə] birlikdə PE yaşamasının arzusudur.

 

*) “Edə bilirəm” – hərəkətlərin həyata keçirilməsinin nəticə ilə bitəcəyini təhmin etmək üçün əsaslar mövcuddur.

 

*) “Azart” – qazanmaqdan PE yaşamasının arzusudur.

 

*) “İdman marağı” və ya “yarışmaq arzusu” – oynamaq üçün sevincli arzudur.

( Sənin nəyi – azartımı və ya idman marağınımı – yaşadığını yoxlamaq, sevincli arzuların mexaniki arzulardan fərqliliq əlamətlərinə görə mümkündür – məsələn, uduzduğunu, və NE-nın meydana gəlmədiyini təsəvvür edirsən (və ya uduzduğun zaman NE meydana gəlmir), qazandığını təsəvvür etdiyin zaman isə PE meydana gəlmir (və ya qazandığın zaman PE meydana gəlmir).

 

*) “Təmizə çıxartma” – günah hissini zəiflətmək üçün öz qavramaların haqqında hekayədir.

 

*) [insana qarşı] Hörmət” – XXH + pozitiv çəkmələr arzusu + bu insanın davranışlarının analizini basmaq arzusudur.

 

*) “(fikrin) Tanınması” – ES-aydınlığa, ona nail olmaq üçün ilkin hazırlıq olmadan, ani nail olunmasıdır. Bu aydınlığı artıq tanıdığıma dair bir əminlik ilə rezonans edir.

 

*) “(insanın) Tanınması” – [bu adamın] ilkin araşdırması olmadan [bu adamın təzahürləri ilə rezonans edən] yaxınlığın təzahür etməsidir. Bu adamın mənə artıq çoxdandır yaxın olduğuna olan əminlik ilə rezonans edir.

 

*) “Dəyişiklik” – səylər nəticəsində yeni bir vərdişin yaradılmasıdır.

 

*) “Əngəl” – təzahür etməsi nəticəsində sevincli arzunun reallaşdırılmadığı qavramalar cəmidir.

 

*) “Müşahidə” - [araşdırılan qavramalar cəminə dair] aydınlığı əldə etmək üçün sevincli arzunun olmasına səbəb olan qavramaların təsbitidir.

 

*) “İzləmə” – araşdırılan qavramalar cəmi haqqında bir şeylər öyrənmək üçün mexaniki arzunun olmasına səbəb olan qavramaların təsbitidir.

 

*) “İnkişaf” – nəticəsində NQ-ların hər cür xüsusiyyətlərinin spektrini və ya intensivliyini artan dəyişikliklər cəmidir.

 

*) “Dəstək [bir adamın başqa bir adama dəstək verməsi]– mənim sevincli arzumun səbəb olduğu başqa bir insanın sevincli arzusunu reallaşdırmağa yönəlmiş hərəkətlər, bununla belə həmin insan öz sa-larını reallaşdırmaq üçün öz hərəkətlərini meydana gətirir və onda sənin bu hərəkətlərinin sevincli arzusu vardır.

 

*) “Təsir [bir adamın başqa bir adama təsir etməsi] – digər adamdaki dəyişikliklər üçün sevincli arzunun səbəb olduğu hərəkətlərdir, bunlar da, sənin bu hərəkətlərin üçün o insanda sevincli arzunun vaxtaşırı yoxluğu ilə, lakin sənin bunları etməyinə qarşı istəksizliyin bildirilməsinin də yoxluğu ilə, edilir.

 

*) “Təzyiq [bir adamın başqa bir adama təsir göstərilməsi]” – digər insandaki dəyişikliklər üçün sevincli arzunun səbəb olduğu hərəkətlərdir, bunlar da, sənin bunu etməyinə qarşı onun vaxtaşırı istəksizliyini ifadə etməsinə, lakin bununla belə sənin hərəkətlərinin obyekti olmaqdan çıxmağa yönəlmiş heç bir hərəkət meydana gətirməməsinə baxmayaraq, edilir.

 

*) “Zorakılıq [bir adamın başqa bir adama zorakılıq etməsi]– bir adamın davranışını və ya qavramalarının tərkibini, o, sənin bunları etməyini istəmədiyini açıqca bəyan etməsinə baxmayaraq, dəyişdirmək üçün mexaniki arzunun səbəb olduğu hərəkətlərdir.

 

*) “Qayğı [bir adamın başqa bir adama qayğı göstərməsi] – o insanın məmnunluq yaşaması üçün olan mexaniki arzunun səbəb olduğu hərəkətlərdir.

 

*) [Kədərlənmələrdən] Zəhərlənmə” – kədərlənmələrin təzahür olunması nəticəsində meydana gələn, NF-nun, daha sonraki neqativ hisslərin ortaya çıxması ilə birgə, kəskin güclənməsidir (bu neqativ hisslər, qıda zəhərlənməsindən meydana gələn hisslərlə demək olar ki 100% identikdir).

 

*) “Ailəpərəstlik” – hər hansı bir kollektivə mənsub olma əminliyini (özündə və başqalarında) dəstəkləmək məqsədi ilə sa-nın basılması zaman meydana gələn haldır.

 

*) “Bayağılıq” – hər şeyin bilinən, qabaqcadan xəbər verilən olduğuna əminliyi (özündə və başqalarında) dəstəkləmək məqsədi ilə sa-nın basılması zaman meydana gələn bir haldır.

 

*) “Özünü incitmə” – adamın şəxsi kədərlənməsi olaraq saydığı şeyi (həmçinin, NE xaricində olsa, kədərlənmə olaraq onlara baxmayacağı şeyləri də) digər insanlara (o cümlədən, xəyal edilənlərə də) və ya özünə təsvir etmək üçün olan mexaniki arzunun reallaşdırılmasıdır, bu da, sıxan NE-lar (yəni çarəsizlik, özünə acıma v.s.) olduğu kimi, xüsusi vaciblik hissi və/və ya, onun çox sayda bu qədər güclü kədərlənmələri olduğu üçün, məmnunluqla də müşayiət edilir.

(Bundan başqa, özünü incitmə, digər insanların özlərinə qarşı NM qorxusunu çıxartmaq üçün istifadə olunur – uşaqlıqda möhkəmləndirilmiş bir mexanizm işləyir: etdiyin etmədiyin hər şeyi tez etiraf et və səni çox ağır cəzalandırmazlar, axı “yıxılanı vurmurlar”).

 

*) “Bunun üçün” söz birləşməsi, “mən bunu, bunun üçün edirəm ki, ....” fikri vardır” söz birləşməsinə eynidir.

(“Bunun üçün” termini məhz bu mənada istifadə edərək, çox sayda çəkmələrə və məfhumlara son vermək mümkündür. Məsələn, sən, “ağac, kökünü, möhkəm tutmaq üçün, dərin buraxır” artıq deməyəcəqsən).

 

*) “Heyvanlı sevinc” – heyvan oynaqlığı + sevinc.

 

*) “Nurlu vərdiş” – hər dəfəsində, minimum olaraq konkret bir NQ-nı doğurma səyi ilə, və ya, maksimum olaraq, bu NQ-nın təzahür olunması ilə müşayiət edilən bir hərəkətdir.

 

*) “Çalışmalar cəbhəsi” – vəzifələrin cəmidir.

 

*) “Doqmatiklik” – öz məfhumlar dəstinin şərtsiz həqiqiliyindən, onların analizinə qarşı sabit bir təcavüzkarlıqla müşayiət edilən qəti bir əminlikdir.

 

*) “Aşiqlik” – [bir adama] sahib olma arzusu (və buna müşayiət edən NE-lar – özünə acıma, hüzn, təcavüzkarlıq v.s.) + [ona qarşı] seksual arzu + onun qayğısına qalma.

Beləliklə, “aşiqlık” termini mən demək olar ki tam bir neqativ mənada istifadə edirəm (seksual arzu müstəsna olmaqla, aşiqlik içinə daxil olan bütün qavramalar  çox güclü kədərlənmələrdir). Təbii ki, aşiq olanlar arasına bəzən incəlik, erotik həvəs, simpatiya qarışır (sahib olma şövqü və qayğı göstərmə təsadüfən minimuma qədər endikləri anlarda), lakin 99% olaraq aşiqlık – bu, məhz zərif bir ehtiras və çox cəlbedən şeylərin sousu ilə servis edilən, NE-lardan ibarət olan üfunətli bir sıyıqdır. Sən, əgər daha çox zəriflik, simpatiya, gözəllik hissini yaşayırsansa, onda bunun üçün başqa bir termin seçmək məqsədə uyğundur.

 

*) [kədərlənmələrə] Düşmə” və ya “yatma” – NF-nun, kütlüyün, səy göstərmək istəksizliyinin yavaş yavaş güclənməsi, sevincli arzuların və NQ-ların zəifləməsi, bütün bunların meydana gəldiyindən özünə hesab vermənin dayandırılmasıdır.

 

*) “Bayağılığın duzaqları” – qayda kimi “yatmanın” meydana gəldiyi hallardır.

 

*) “Düşməyə müqavimət” – düşməni udmaq qərarlılığını, mübarizə sevincini, şövqü, əbədi bahar sevincini və sairəni doğurmadır; səy göstərməyə başlayıram.

 

*) “İradəsiz düşmə” və ya “Başıaşağılıq” – düşmənin meydana gəldiyindən özümə hesab verirəm, çarəsizliyin, məhkumluğun, günah hissinin və sairənin baş verməsini əngəlləmirəm; səy göstərmirəm.

 

*) “Novruzgülləri” – müəyyən bir zaman ərzində səy göstərmədiyimdən və bu an şövq ilə səy göstərməyə başlamaq istədiyimdən özümə hesab verdikdən dərhal sonrasında özbaşına meydana gələn NQ şappıltılarıdır.

 

*) “Qara ərimə” – səy göstərməmə, NQ-ları yaşamama və bundan özünə hesab verməmədir (məsələn, Qarmaqarışıq Münasibətlər (QM), ma, NE-ların meydana gəlməsi nəticəsində).

 

*) “Fərqləndirmə tramplini” – məsələnin, fərqləndirmə və təsvir edilməsi zamanı, onu həll etmək, səy göstərmək üçün sa-nın meydana gəlməsinə gətirən bir effektdir. Başqa cür söyləsək, bu, fərqləndirmə və sa rezonansının effektidir (fərqləndirmə, müxtəlif NQ-larla parlaq bir şəkildə rezonans edir, bu da, mexaniki olmayan fərqləndirmənin NQ olduğunu sübut edir).

 

*) “Səylərin taranı” və ya “mübarizə azartı” və ya “sıxlaşdırma arzusu” – səylərin göstərməsi prosesində meydana gələn, təcrübəni intensivləşdirməsinin sevincli arzusudur.

 

*) “İnildəmə” – səylərin və sa-ların ortaya çıxmasına gətirməyən, “sa olmasını istəyirəm”, “nəyə görə səylər yoxdur?”, “təcrübəni intensivləşdirmək istəyirəm” v.s. kimi fikirlərin axımıdır.

 

*) “Bərk yapışan fikirlər” – nurlu faktorlar olaraq işləyən, yəni sa-ların, səylərin meydana gəlməsinə və ya onların intensivləşməsinə gətirən, “sa olmasını istəyirəm”, “nəyə görə səylər yoxdur?”, “təcrübəni intensivləşdirmək istəyirəm” v.s. kimi fikirlərin axımıdır.

 

 

*) “SA-meydanı” – elə bir arzudur ki, onun reallaşdırılması, təhminlərə görə, bəzi digər sa-ları reallaşdırmaq üçün mümkün şərtləri yaradır.

 

*) “Asılı sa-lar” – elə sa cəmidir ki, onlar, təhminlərə görə, sa-meydanın reallaşdırılması nəticəsində uyğun şərtlər yaradılarsa, reallaşdırıla bilinər.

 

*) “Sa ilğımı” və ya “Sa tufandan yıxılmış ağaclar” – sevincli arzuların coşqun pöhrəsi arxasında “tək məqsədlərin”, “siklonların” sabunlanmağa, bürünməyə başlamasından ibarət olan bir effektdir, belə ki bu halda onları, oynayan digər sa-ların arasında vaxtaşırı ayırmaq lazımdır.

 

*) “Kəşf – bu üç hadisədən biridir:

a) təcrübəçinin bundan əvvəl bilmədiyi bir qanunauyğunluğu təsvir edən düşüncəli aydınlığın bir parçası,

b) yeni bir NQ-nın və ya artıq məlum olan bir NQ-nın, o cümlədən NQ-aydınlığın, o cümlədənsevincli arzunun da, yeni rənginin, yeni xüsusiyyətinin yaşanması,

c) yeni fərqləndirmə, yəni mexaniki fərqləndirici şüurdan yeni azadlıq dərəcəsinə nail olunması.

 

*) “Əlavə Kəşf” – araşdırma prosesində meydana gələn, ancaq araşdırma mövzusunda aydınlığa nail olma mərhələsi olmayan bir kəşfdir.

 

*) “Sa həyəcanı” sa bolluğundan, onları lap indi və ya yaxın bir gələcəkdə hamısını reallaşdırmağa imkan olmadığından çaxnaşmanın başladığı bir haldır.

 

*) “Beşinci keşikçi” və ya “kəşflərin həyacanı” sa həyacanını daxil edən, kəşflərin, o cümlədən əlavə kəşflərin də, tez bir şəkildə artması prosesində meydana gələn çaxnaşmalı bir haldır. Özü ilə, “təsbit etməyə çatmaram”, “unutaram”, “kəşflərdə dolaşıb qalaram”, “onları qura bilmərəm, şəxsi dünya tabloma daxil edə bilmərəm” kimi fikirlərlə və kəşflər, müşahidələr, səylər prosesini tormozlamaq üçün mexaniki arzularla  müşayiət edilən qorxular cəmini təmsil edir.

 

*) “Kəşfləri [əhəmiyyətinə görə] saymaq” – bəzi kəşflərə, bu an üçün ən əhəmiyyətli məqsədlərdən birinə – “siklonun” reallaşdırmasına – nail olmada təxminən birinci əhəmiyyətli olan (“1ək”) və ya ikinci əhəmiyyətli olan (“2ək”) kəşflər olaraq işarə edilməsidir.

 

*) “Kəşfi arxivə təhvil vermək”:

a) onu 2ək olaraq müəyyən etmək və ən əhəmiyyətli kəşflərin iş siyahısından çıxarmaq,

b) onun barəsində qeydi, öz səyahətinin, öz dünya tablosunun mövcud sxemasının müəyyən bir yerinə, onun digər kəşflərlə mümkün olan bir neçə qarşılıqlı əlaqəsini təsbit edərək, yerləşdirmək.

 

*) “Kəşflərin iş siyahısı” – 1ək siyahısı. Belə bir siyahının tərtib edilməsi, səylərin effektivliyini xeyli artırır.

 

*) “Araşdırmanın deviasiyası” – diqqətin, sabit olaraq əlavə kəşflərə yayındırılması, belə ki nəticədə araşdırma dayandırılır.

Deviasiya, aşağıdakilərdən biri ilə əsaslandırıla bilinər:

1) araşdırma ilə əlaqəli olan kəşflər cəmini əhatə etməsinin sevincli arzusu ilə, və ya

2) beş keşikçidən (məğlubiyyət qorxusu, dəyişikliklər qorxusu, NQ-lardan doymaqdan gələn “yorğunluq”, məmnunluq, kəşflər həyacanı) gələn mexaniki arzu ilə. Bu halda kəşfləri saymaq, 2ək-ni arxivə təhvil vermək, kəşflərin iş siyahısını dəqiqləşdirmək əsasən məqsədə uyğundur.

 

*) “Təcrübəçiyə təsir” – təcrübəçinin səylərini daha effektiv, onun qavramalarının cəmini daha nurlu etməsinin sevincli arzusu ilə əsaslandırılan hərəkətlər cəmidir.

 

*) [Təcrübəçiyə] Passiv təsir” – təcrübəçinin, bəzi kəşfləri özbaşına açana qədər, bununla belə köməkçi suallar, tövsiyyələr, bu və ya digər hadisələrə, ziddiyyətlərə, qanunauyğunluqlara işarələri istifadə edərək gözləmək və kəşf onun tərəfindən özbaşına açılandan sonra ancaq, bu kəşfə aid olan məlumatın bir sıra massivini, qavramaların yeni həcmlərini daha tez öyrənməsi üçün, ona açıqlamaq.

 

*) “Aktiv təsir” – təcrübəçiyə, onun səy göstərərək edə biləcəyi təhmin edilən kəşfin həm formulunu, həm də bu kəşf ilə əlaqəli məlumatın bir sıra dərhal açıqlamaq, onun:

a) bu kəşfin açılmasından intizarını yaşaması üçün,

b) xülasə ediləni yoxlamaq, onun doğruluğunda özbaşına əmin olmasının sevincli arzusunu yaşaması üçün,

c) paralel olaraq, formulların doğruluğu təhminindən çıxan hərəkətləri etməyə başlaması üçün, beləcə, kəşflər cəmini doğrulda biləcək və genişlətə biləcək əlavə təcrübəni qazanmağa başlayaraq,

d) bununla belə, əhəmiyyətli bir dəyərin – tamami ilə sərbəst kəşf təcrübəsininin, kəşfləri açma fərəhinin, əngəlləri və məğlubiyyətləri üstün gəlmə zəfərini, əbədi bahar hissini, özünə güvənlik hissini v.s. – itkisi hesabına olsa da, çox zaman qənaət etməsi üçün.

 

*) “Orta təsir” – təcrübəçiyə, kəşfi özbaşına açması təşəbbüsündə əsaslı səyləri göstərdikdən, bir sıra aralıq kəşfləri açdıqdan sonra, ona kəşfin yekun formulunu və onunla əlaqəli bir sıra məlumatı anlatmaqdır.

 

*) “İşıldaquşlar” – mənim elə indi səy göstərməyə başlaya biləcəyimdən, və ya elə indi daha tez səy göstərməyə – daha intensiv, daha sıx, daha səmimi bir şəkildə səy göstərməyə – çalışa biləcəyimdən özümə hesab verməyə başlamağa yönəlmiş təsirlərin cəmidir: divarlardaki kagızlar, zəngli saatın vaxtaşırı çalması, digər insanın razılaşmalarına müvafiq hərəkətləri v.s.

 

*) “Nəzarət edilən geri çəkilmə” – elə bir davranış tərzidir ki, ona görə, sən, əgər bəzi təcrübələri (məsələn, NQ-ları doğurma təcrübəsini) həyata keçirməyə çalışırsansa, ancaq səylərin şişirdilmiş, nəticənin sönük və kifayətləndirməyən olduğundan özünə hesab verirsənsə, onda sən, məmnuniyyətsizliyin, adiliyin və çarəsizliyin içində, təccrübəni dayandıraraq, yapışmırsan, bunun yerinə qayda olaraq daha az parlaq bir nəticəni verən və bu şərtlərdə daha az diqqət tələb edən bir təcrübəyə “enirsən” (məsələn, NQ-ları doğurmaq yerinə, arzunu ucadan ifadə etməyə başlayırsan).

 

*) “Gəmirişmə” – təcrübə prosesində (xüsusilə uzun sürən formal bir təcrübə prosesində), səylərin şişirdilmiş, nəticələrin sönük və kifayətləndirməyən olduğundan özünə hesab verdiyin zaman həyata keçirilən hərəkətlərdir. O zaman sən sanki bir it kimi silkələnirsən, özünü, təzəliyi, səylərin aydınlığını artıraraq, tələsdirirsən, və səylərin və təsirlərin əvvəlki, kifayətləndirən səviyyəsinə dönüşünü, nəzarət edilən geri çəkilməyə müraciət etmədən, nail olursan.

 

*) “Pələng oynaqlıqları” – gəmirişmə başladığından dərhal sonra alışan NQ-lardır (adətən bunlar sevinc, zəfər, əbədi bahar hissi, mübarizə sevincidir).

 

*) “İylənmiş reallaşdırma” – mən, bir az bundan qabaq sa-ların var olduğunu və onların hamısını reallaşdırmağa çatmadığımı xatırladığım zaman, indi var olan sa-ları axtarmaq yerinə, onların reallaşdırılması olaraq hesab etdiyim şeyləri mexaniki olaraq etməyə başlayıram. Yəni mən, yalnız sa-ları reallaşdırmadığımı düşünürəm, əslində isə onlar yoxdur, yalnız onların xatirəsi vardır, onun üçin bu hərəkətlər – malik olma arzusunun, itki hissinin, bir şeyi qaçırmaq qorxusunun təzahürü olan mexaniki arzunun reallaşdırmasıdır.

 

*) “Bağlı fəaliyyət” – məişət işlərin elə aparılmasıdır ki, bu olduğunda, onlar, “bu, NQ-lar dünyalarında səyahət etmək üçün mənim hazırlığımın bir hissəsidir, bunlar, etmək istədiyim işlərdir, çünki onların edilməsi, mənim tək hədəfimin həllini asanlaşdırır” interpretasiyası ilə müşayiət edilirlər.

 

*) “Nurlu formal təcrübə” – intensiv bir NF və NQ-ların işartıları ilə müşayiət ediləcək qədər effektiv olan bir formal təcrübədir.

 

*) “Yığıcı formal təcrübə” – göstərilmiş səy sonrasında lakin qısa bir an üçün NQ-ların zəif işartıları ilə müşayiət edilən bir formal təcrübədir, ondan sonra NF və ya “heç bir-şey-baş vermir” ilə dəyişdirilir.

 

*) “Keşikçinin kölgəsi” – onu təkrar aşmalar nəticəsində o qədər az bir intensivliklə təzahür olunan bir keşikçi ki, onu aşmaq çətinlik təşkil etməz.

 

*) “Şəxsiyyət xaricində qavramalar” – növbəti xüsusiyyətə malik olan qavramalar: mən, onları yaşadığım zaman, onlar nə qədər daha intensiv olarlarsa, o qədər daha az bir əminliklə “onları mən yaşayıram”, “onları birinə qarşı yaşayıram” deyərək söyləyə bilərəm. Onlar, ən yuxarı intensivlik dərəcələrinə nail olduqları zaman, “mən onları yaşayıram”, “onları birinə qarşı yaşayıram” fərqləndirməsi tamamilə itir və başqa bir fərqləndirmə, rezonanslı olaraq “qavramalar axımı”, “obyektsiz qavramalar”, “heç-kimdən-heç-kimə-qarşı-bir-qavrama” kimi cümlələrlə təsvir edilən bir fərqləndirmə, və həmçinin Birlik Sektorun NQ-ları meydana gəlirlər.

 

*) “Var olan” – kədərlənmələri yaşayan insanlar tərəfindən elmin qəbul etdiyi qayda ilə təsdiq edilən adi qavramalardır + kədərlənmələri aradan qaldıran və NQ-ları həyəta keçirən insan üçün nail oluna bilinən qavramalardır.

 

*) “Mexaniki fərqləndirici şüurun dayandırılması” və ya “dünyanın dayandırılması” – hər hansı bir əminliyi dövrlü qavrama təcrübəsi zamanı və ya “dağlar deyil, çaylar deyil” təcrübəsi zamanı, və ya “dağ – daşlar qalağıdır, Dalay Lama da – ət tikəsidir” kimi bəlli ifadələri təkrarlama təcrübəsi zamanı yaşaması asan olan bir hadisədir. “Dünyanın dayandırılmasının” rezonanslı təsviri – “dağ, gözlənilmədən daha başqa bir şey olur”, yəni tamamilə yeni bir qavrama meydana gəlir, və bu qavramanın yaşanması nəticəsində dağın – sadəcə daşlar qalağı, Dalay Lamanın da – yalnız bir ət tikəsi olmadığı aydınlığı meydana gəlir, baxmayaraq ki əslində dağı bir daş qalağı, Dalay Lamanı da bir ət tikəsi olaraq görmək – bu, gördüklərini interpretasiya etmək üçün, şüphəsiz, adekvat və ziddsiz (geniş sərhədlərdə) üsullardan biridir.

Dünyanı dayandıraraq, biz, vərdiş olduğumuzun çərçivəsi xaricinə çıxırıq və şüphəsiz olaraq var olduğuna baxmayaraq qavramalamamağa vərdiş olduğumuz şeyləri qavramağa başlayırıq.

 

*) “Əl ilə yoxlayaraq irəliləmə” – qavramalarda bir aydınlıq yoxdur, lakin, müəyyən hərəkətlərdən meydana gələn qavramaların o aydın olmayan yığınını yaşamaq, və bu hərəkətləri həyata keçirmək arzusu vardır.

 

*) “Kreyser gedişi” – parlaq NQ-ların, intensiv səylərin varlığı ilə xarakterizə edilən, sanki heç bir əngəlin qalmadığı və fərqləndirmək hələ də mümkün olan əngəllərin, sadəcə qırılması asan qabuqlar olduğu siması ilə rezonans edən bir haldır.

 

*) “Triqqer” – bu anda təcrübəni intensivləşdirmək sevincli arzusunun meydana gəlməsinə və/və ya NQ-ların güclənməsinə gətirən hər hansı bir qavramadır.

 

*) “Dəyərləndirmə” – dəyərləndiriləni sayan, yəni onun bəzi dəyərlər şkalasında (“çox zəif olaraq ifadə edilmişdən” “çox güclü olaraq ifadə edilmişə”qədər) yerini müəyyənləşdirən bir fikirdir.

Mexaniki insanda NE və PE-ların avtomatik və nəzarətsiz bir şəkildə fikirlərin arxasınca gəldiklərinə və əhəmiyyətli dərəcədə onlarla müəyyənləşdirildiyinə görə (onlar bir dərəcəyə qədər daha, müəyyən halda müəyyən NE və ya PE-ları yaşamağının mexaniki vərdişi ilə da müəyyənləşirlər), və həmçinin emosiyaların az ya da çox “oxunan” bir mimika və sair bədən təzahürləri çağırdıqlarının yanında, fikirlərin özgələr üçün qavralanır olmadıqlarını hesaba alaraq, “dəyərləndirmə” haqqında söylədikləri zaman, bu təyinin içinə çox vaxt tənzim edici fikirlərin arxasından gələn emosiyaları da daxil edirlər.

Avtomatizmin dərəcəsi yüksək olduğu zaman emosiyalar, tənzim edici fikirlərin əvəzi olurlar, məsələn, əgər bir insanda hər hansı bir məfhum etiraz qəbul etməz bir şəkildə yerləşmişsə, onda ona zidd olan hərəkətlər dərhal NE çağırır, – və bu ziddiyyət nə qədər daha çox ifadə edilmişsə, NE-lar da o qədər daha intensiv olurlar, bununla belə, əsil tənzim edici fikirlər, çox bərk iç dialoq şəklində tamamilə olmaya bilərlər. Bu halda emosiyaların intensivliyi, tənzim etmə üsulu olaraq xidmət edir.

Həmçinin, dəyərləndirilən şəxs üçün sadəcə onu necə tənzim etdikləri, ona qarşı necə emosiyalar yaşadıqları deyil, bunun arxasından necə hərəkətlərin gələcəyinin də əhəmiyyət daşıdığını nəzərə almaq lazımdır. Onun üçün, məsələn, “müsbət dəyərləndirmə” haqqında danışarkən, çox vaxt, tənzim edici fikirlərin və emosiyaların arxasından gələn, dəyərləndirilən üçün istənilən hərəkətlər cəmini, bəzən də, emosiyalar və fikirlərdən asılı olmayaraq, sadəcə bu hərəkətləri nəzərdə tuturlar.

Belə müxtəlif cinsli hadisələr “dəyərləndirmə” kəlməsi ilə birləşdiyi üçün (mən, “məktəb qiyməti” kimi bu kəlmənin belə dar xüsusi mənalarını artıq yada salmıram), düşüncəli aydınlığın yoxluğuna, kütlüyə gətirən bir qarışıqlıq qaçınılmazdır. Məsələn, əgər biri sənin haqqında “o gözəl deyil” deyə düşünürsə (neqativ dəyərləndirmə), o, bununla belə, sənə qarşı PE və PM yaşaya bilər (müsbət dəyərləndirmə), çünki qızlar arasında sən onun üçün rəqib deyilsən, bununla belə, o, nifrətlə sənin kifirliyin haqqında qızlara söyləyə bilər, yəni sənin tərəfindən istənilməyən hərəkətləri edə bilər (neqativ dəyərləndirmə), və eyni zamanda, ziddiyyəti və öz gözəlliyini vurğulamaq üçün, o, səni özünə yaxınlaşdıra bilər, sənin istədiyin nemətlərlə səni hədiyələndirə bilər (pozitiv dəyərləndirmə) – məsələn, yanlarına başqa cür yaxınlaşa bilmədiyin bir yığın qızın olduğu etibarlı bir axşam qonaqlığına səni yanında götürə bilər. Və bu qatmaqarışıq içində söyləmək mümkündürmü ki – onun səni “dəyərləndirməsi” necədir? Bu qarışdırmanı aradan qaldırmaq üçün, “dəyərləndirmənin” nə olduğunu müəyyənləşdirmək lazımdır və mən, dəyərləndirmənin, tənzim edici bir fikir olduğu üzərində durmanı üstün tuturam.

 

*) “Yüksək dəyərləndirmə” dəyərləndiriləni [işarə edilən və ya nəzərdə tutulan bir şkalaya görə] yüksək bir şəkildə tənzim edən fikirdir.

 

*) “Pozitiv dəyərləndirmə” (pod) – dəyərləndirilənə qarşı (dəyərləndirilənin yüksək və ya aşağı dəyərləndirilmiş olduğundan asılı olmayaraq) bu anda yaşanan PE-lardır.

 

*) “Konstruktiv dəyərləndirmə” – dəyərləndirilənin arzularının reallaşdırmasına dəstək verməyə yönəlmiş fəaliyyətlərin (və ya fəaliyyətsizliklərin) həyata keçirilməsi (dəyərləndirilənin yüksək və ya aşağı, pozitiv və ya neqativ dəyərləndirilmiş olduğundan asılı olmayaraq).

 

*) “Əlamətli hadisə”, “əlamət” – elə bir hadisədir ki, o olduğu zaman:

a) onun sirr hissi, qabaqcadan duyma, həyatın gərgin doluluğu ilə gözlənilmədən parlaq rezonansı vardır,

b) dayanmağın, donub qalmağın, bu hadisəni və onunla rezonans edən NQ-ları bütün hissləri ilə maksimal dərəcədə tam “hopmağın” sevincli arzusu vardır.

 

*) “Əlamətli xəzil” – elə bir əlamətli hadisədir ki, o olduğu zaman, sən, effektiv və dəqiq addımlar ataraq, tam bir aydınlıq içində və tam bir diqqət ilə hərəkət etdiyindən əminsən, nəticədə isə diqqətsizlik içində, məişət marazmları edərək, hərəkət etdiyin zamanki hal meydana gəlir.

 

*) “Nurlu seçim” – bu an üçün digərlərindən daha qüvvətli olan bir sevincli arzunun reallaşdırıldığı zaman meydana gəlir (yəni, məfhumların, mexaniki arzuların, NE-ların və digər kədərlənmələrin müdaxiləsi varsa da, ancaq bu, tənqidi deyildirsə, seçimi dəyişdirməyəndirsə).

 

*) “Bayağılığın böyük yarığı” – kədərlənmələrin vərdiş olunan axımını mexaniki olaraq dayandırmaq üçün effektiv bir üsuldur – səyahətə çıxmaq, həm şəraitin, həm ünsiyyət dairənin, həm məşğuliyyətlər çeşidinin heç olmasa bir ay üçün ani və köklü olaraq dəyişəcəği şərtlərə özünü qoymaq. Bu, səy göstərildiyi zaman, bayağılığın tam divarına çivi daha asan vurmağa, kədərlənmələrin sabit zəncirini laxlamağa izn verir.

 

*) “Bədəni NQ-larla yumaq təcrübəsi” – bir sıra NQ-ları yaşayarkən, diqqətini bədənin müxtəlif hissələrində gəzdirirsən və NQ-nın oraya keçdiyini, orada yaşandığını, o hissə ilə saçdığını təsəvvür edirsən. Bunu, bu hissədə xoş sərin saçan təzəliyin hissinə “atılma” ilə bərabər etmək effektivdir.

Nəticələr fərqli ola bilərlər – bu hissədəki xoşagəlməz, ağrılı hisslərin sağalmasından, onda həzzin, dərin yuxudan oyanmanın, digər NQ-larla rezonansın meydana gəlməsinə qədər.

 

*) “Bədəni NQ-larla yumanın qüvvətləndirilən təcrübəsi” – “goy bədənin bu hissəsi NQ-ları saçsın”, “goy bu bədən, Buddanın bədəni olsun”, “goy hər kəs bu yerdən NQ alsın”, “goy bu bədən, NQ-ların parlayan bir pıxtısı olsun” kimi fikirlərin ifadə etdiyi arzu ilə müşayiət edilməkdir. Bu fikirlər, təcrübədə yarmaya nail olmaq üçün çox effektiv olan sədaqət, özünü vermə ilə rezonans edirlər.

 

*) “Gənclik” – orqazmlardan, güclü kədərlənmələrdən, qida zəhərlərin zəhərlənməsindən sonra bərpanın və həmçinin öyrənmə, hərəkət aktivliyinin oyanmasının olduqca tez bir şəkildə – yeni zəhərlənmə meydana gəlməsindən daha qabaq – olduğu zamanki haldır.

 

*) “Qocalıq” – sonraki zəhərlənmə hadisəsinin, əvvəlki zəhərlənmədən bərpası daha bitmədən qabaq meydana gəldiyi zamanki haldır, nəticədə öyrənmənin, hərəkət etmənin, araşdırmanın, dəyişmənin, NQ-lar üçün mübarizə etmənin sevincli arzuları yoxdur. Bir çox insanda qocalıq, daha 22-23 yaşlarında başlayır. Və bu, dönə bilən bir hal olsa da, çıxmaq, ancaq ümüdsüz və/və ya sevincli səylər göstərməyə başlayaraq, mümkündür.

 

*) “NQ-ları ifadə etmələrinin sinonomik sıraları” – eyni NQ-nın müxtəlif xüsusiyyətlərini ifadə edən kəlmələrdir – müxtəlif intensivliyini, dərinliyini, kəskinliyini v.s. NE üçün hər dildə sinonimlər çoxdur – məsələn, əndişə, qayğı, narahatlıq, həyəcanlılıq, təlaş, təşviş – bütün bunlar eyni NE-nın sinonimləridir. Ya NQ-sədaqəti üçün sinonim tap görək? Və ya əbədi bahar hissi üçün? Onlar yoxdurlar, çünki insanlığın NQ-ları yaşama təcrübəsi hələ demək olar ki yoxdur. Dili yaratmaq lazımdır. Və hətta sinonimlərin kifayət qədər olduğu kimi görünən halda belə, məsələn – gözəl, valehedici, əla, sarsıdıcı, mükəmməl – onlar, iciboş çıxırlar, yəni gözəllik hissinin müəyyən xüsusiyyətlərini deyil, PM, XVH, XXH, təsir göstərmək arzusunun dərəcəsini ifadə edən kəlmələr, bəzən də müəyyən bir mənadan məhrum olmuş, sabunlaşmış ştamplar olaraq çıxırlar.

Sinonimik sıraların yaradılması məqsədə uyğundur, çünki onların istifadəsi, NQ-ları daha dəqiq olaraq fərqləndirməyə izn verir, NQ nə qədər daha dəqiq olaraq fərqlənmişsə, o, o qədər daha parlaq və sabit olaraq təzahür olunur. Həmçinin bu, təcrübəçilərin aralarındaki əlaqələrini sadələşdirməyə izn verir.

Ayrı bir məsələ – NQ-ların sabit akkordlarını ifadə etməsi üçün terminlərin yaradılmasıdır.

 

*) “Təyin vermə təcrübəsi” – təsvirləri və təyinləri vermə, kəşfləri və müşahidələri strukturlaşdırma bacarıqların – bunlar olmadan NQ-lara doğru səyahət çox çətin və ya demək olar ki mümkün deyil – formalaşmasına yönəlmiş son dərəcə effektiv və maraqlı bir təcrübədir. Təcrübə, ən “anlaşılan” şeylərə təyin verməkdən ibarətdir – yastıq, razılıq, bahar, gözləmə v.s.

Riyaziyyətin öyrənilməsi (bundan zövq alındığı zaman) çox gözəl bacarıqlar verir, bu bacarıqları, həm təyinləri axtarmaq üçün, həm də kəşfləri təsvir etmək və strukturlaşdırmaq üçün istifadə etmək mümkündür.

 

*) “Strukturlaşdırma arzusu” – son zamanda açılmış kəşflərə gözdən keçirmənin və terminlər cəmini daxil etməyin sevincli arzusudur, bu da ki:

1) kəşflərə gözdən keçirməni, onların anladılmasını asanlaşdırmağa,

2) kəşfləri təsvirlərin mövcüd olan sisteminə inteqrasiyasını asanlaşdırmağa,

3) öz təsvirlərində, kəşflərində olan qeyri-müəyyənlikləri təmizləməyə və aydınlığın ən yüksək dərəcəsinə gəlməyə,

4) yeni kəşflər üçün olan sevincli arzuların, intizarın, araşdırmaq arzusunun təzahür olunmasına və qüvvətlənməsinə izn verir.

Strukturlaşdırma arzusu və yeni sınaqların, yeni müşahidələrin sevincli arzusu, “komplementar araşdırma cütünü” yaradırlar, buradaki birinci və ya ikinci arzunun xüsusi çəkisi asan bir yol ilə müəyyənləşir – daha güclü olan reallaşdırılır.

 

*) “Fiks ideyası” – analiz etmək təklifini təcavüzkar rədd etmənin hər hansı bir şəkli ilə müşayiət edilən mexaniki arzudur.

 

*) “Boa ilanı zamanı” – bundan əvvəlki illərdə formalaşmış, güclü NE-ları yaşamaq vərdişi ilə əlaqədar, nisbi bir enmənin meydana gəldiyi, gün ərzindəki zaman müddətidir.

Məsələn, belə bir zaman – sabah ola bilər, əgər sən bir çox il ərzində, səni bir qoyun kimi məktəbə qovduqları zaman, güclü NE-lar yaşayırdınsa. Əgər indi bir boa ilanı zamanı olduğundan özünə hesab verərsənsə, bu mexanizmanı aşmada səbatı və qərarlılığı göstərmək, həyata keçirilməsi mümkün olanların heç olmasa minimumunu – məsələn, “soyuq” formal təcrübələrini  – həyata keçirmək, daha asandır.

 

*) “Hipoteza” – araşdırmaq üçün [sevicli] arzunun olduğu bir fərziyyədir.

 

*) “İctimai sınağın (İS) irəliləməli məqsədi” – İS-nı keçirilməsi məqsədlərindən biridir – bu, uğurlu bir şəkildə reallaşdırıldığı halda cəmiyyətin bəzi təbəqələrində elə dəyişikliklərə gətirə bilər ki, hansılarki təqribən indi və ya yaxın bir gələcəkdə cəmiyyətin bir hissəsini DYT fikirlərinə qarşı daha həssas, və ya heç olmasa dözümlü edə bilərlər.

 

*) “Ekstatiklik eşiki” – NQ-ların xüsusiyyətlərinin elə bir təzahürlük dərəcəsidir ki, o olduğu zaman, ekstatik xoşbəxtlik halı ilə rezonans meydana gəlir, yəni NQ-lar, təyin üzrə “ekstatik” olurlar.

“İntensivlik”, birinci dərəcədə bir əhəmiyyətə malikdir, ancaq ekstatikliyin meydana gəlməsinə NQ-ların digər xüsusiyyətləri də təsir göstərir – kəskinlik, qavranmanın genişliyi, dərinlik.

 

*) “Qaçqın” – elə bir təcrübəçidir ki, onda, NF-nun zəifləməsinə, zəif bir NF-nun vaxtaşırı təzahür olunmasına və NQ-ların nadir zəif işartılarına nail olduqdan sonra, əsas güc, məmnunluq və bu məmnunluğu dəstəkləmək arzusu olur. Yönəlmə, səmimiyyət, araşdırmanın sevincli arzuları durmadan azalır, məmnunluq arzusu tərəfindən çaxardırlar.

 

*) “Döyüşçü” – elə bir təcrübəçidir ki, onda, NF zəiflədıqçə və NF qüvvətləndiqçə, NQ-ların işartıları tezləşir və qüvvətlənir, yönəlmənin, səmimiyyətin, araşdırmanın, kədərlənmələrdən, və o cümlədən, məmnunluqdan da, azadlığı qüsursuzluğa qədər təmizləməyə davam etmənin sevincli arzularının qüvvətlənməsi meydana gəlir.

 

*) “Raftinq” – sevincli arzuların reallaşdırmasının elə bir üsuludur ki, o meydana gəldiyi zaman səylər göstərilmir, yəni qüvvətləndirmə, tezləşdirmə, sevincli arzuların reallaşdırmalarının eyniləşdirmə arzusu təzahür olunmur.

 

*) “Pərçinlənmə” – elə bir hadisədir ki, o meydana gəldiyi zaman, hər hansı bir fəaliyyətə, yayınmadan, davam etmək arzusu, kədərlənmələri  və/və ya NQ-ları doğurmaq üçün səy göstərmək üzrə yayınmamaq arzusuna üstün gəlir.

 

*) “Startda olan təlaş” – araşdırmaq arzusu olduğu, ancaq, bununla belə, nəyi etməyi, nədən başlamanı dəqiq olaraq bilmədiyim zaman, meydana gələn bir haldır və necə arzuların, necə fikirlərin ortaya çıxdıqlarını oturub anlamaq yerinə, mən qarşıma çıxan hər şeyi tutmağa başlayıram və nəticədə təcrübənin kəsik hissələri, çox sayda qeyri-müəyyənliklər meydana gəlir.

Hər şeyin bu qədər qeyri-müəyyən olduğuna görə araşdırmaq arzusu hətta zəifləyə bilər və ya itə bilər, “xeyr, hər şey çox qarışıqdır,mən bundan baş cıxartmaram” deyən skeptik ortaya çıxa bilər. Belə bir metod (qarşıya çıxan hər şeyi araşdırmaq metodu) ancaq çox qüvvətli bir araşdırma şövqü olduğu zaman sevinc verir, və o zaman bütün bu qeyri-müəyyənliklər intizar ilə rezonans edirlər, hər şeyi anlamaq üçün 5-10 dərəcəli bir sa vardır.

 

*) “Mağara” – araşdırma zamanı meydana gələn və intizar ilə rezonans edən bir qeyri-müəyyənlikdir.

 

*) “Dolğunluq” və ya “doluluq hissi” – NQ-ların yaşandığı, sa-ların təzahür olunduğu, NQ-lara nail olma və kədərlənmələrdən azad olma təcrübəsində səylər göstərildiyi zaman meydana gələn və qüvvətlənən bir qavramadır. Rezonanslı olaraq “həyat, ağzına qədər doludur” cümləsi ilə təsvir edilir.

 

*) “Çox toxluq” – NE-lardan, PE-lardan, mexaniki arzuların və digər kədərlənmələrin yaşanmasından və reallaşdırmasından meydana gələn bir qavramadır. Çox toxluq, nə qədər böyük olursa olsun, o heç bir zaman “dolğunluğa” gətirmir – hər zaman, “sanki dibsiz bir quyuya hər şey düşür”, “heç bir şey sevindirmir”, “hər şey əbəs yerədir” kimi cümlələrlə təsvir edilən xəstəlikli bir hal qalır. Adilikdən, sıxıntıdan, süstlükdən, digər NE-lardan qurtuluşu axtaran insanların adi səhvi – bunları təəssüratlarla, yəni çox toxluğu artırmaqla, doldurmağa çalışmasıdır, bu arada bunu etmək üçün yeganə üsul – doluluq hissini artırmaqdır.

 

*) “Bağlanmaq” – təəssüratlardan intensiv bir məmnunluq yaşamaq və/və ya çox toxluğu yaşamaq və qüvvətləndirmək, təəssüratları əldə etmə fəaliyyətində pərçinlənmə üçün güclü bir arzudur, bununla belə, hər cür xarici təsir, intensiv bir qıcığı, bundan yayınmalı olunacağı haqqında hər fikir isə – adiliyin, sıxıntının, süstlüyün ani olaraq güclənəcəyi qorxusunu çağırır.

 

*) “Lastik” – tamamilə aseksual, antierotik bir kəlmə olan “pozanın” – seksual hisslər yaşamaq məqsədi ilə alınan bədən duruşu – əvəz edən terminidir.

 

*) “Kəşflər geyzeri” – bir birinin dalınca NQ-aydınlığın meydana gəldiyi, bir birinin dalınca kəşflərin baş verdiyi və parlaq NQ-ların təzahür olunduğu zamanki nurlu haldır.

 

*) “Kometanın nüvəsi” (və ya sadəcə “nüvə”) – bu anda parlaq və dəqiq bir şəkildə təzahür olunan NQ-lar grupudur.

 

*) “Kometanın quyruğu” (və ya sadəcə “quyruq”) – nüvə təzahürünə müşayiət edən, onunla rezonans edən NQ-lar grupudur, ancaq bu grup, çox daha az parlaq və daha az dəqiq bir şəkildə təzahür edir və çox vaxt hətta məhz hansı NQ-ların bu grupa daxil olunduğunda belə tam bir aydınlıq yoxdur.

 

*) “Baza düşərgəsi” – vaxtaşırı mənim üçün nail oluna bilinən və onunla münasibətdə, onun içində olduğum zaman, mən, böyük ehtimalla, kəşfləri indi olduğundan daha yüksək bir sıxlıqla edəcəyimə, həyatımın mənim üçün cəlbedən qavramalarla çox daha dolu olacağına 5 dərəcəli bir əminliyin olduğu bir haldır.

 

*) “Marmot” – xatirəsi hər hansı bir NQ üçün möhkəm bir nurlu amil olmuş bir haldır.

 

*) “Dişləyən heyvan” – nurlu fonun həcminin artmasından sonra meydana gələn və bu artımın təsirini tarazlaşdıran məmnunluğa müqavimət göstərmək arzusudur.

 

*) “Marmotu bilmək” – hər hansı bir halın marmot ola biləcəyinə dair aydınlığı dəstəkləməkdir – məsələn, lap indi baş verənlər marmot ola bilər, əvvəlcədən heç bir zaman bilmərsən, çünki ən müxtəlif hallar marmot ola bilər – hətta NQ-ların yaşanmadığı hallar belə. Marmotun bilməsi, bayağılığı, adiliyi azaldır.

 

*) “Dişləyən heyvancıq” – nurlu fonun həcminin artmasından sonra məmnunluğun meydana gəldiyi zamanki halda dişləyən heyvanın ortaya çıxması üçün arzudur.

 

*) “Acıqlı cirtdan” – elə qavramalar cəmidir ki:

a) neqativ fon (çox vaxt neqativ fiziki hisslər, NE-ların sərt şappıltıları ilə müşayiət edilən bir neqativ fon) olduğu zaman, çox bərbad bir halda olduğuma dair, nurlu fonun olmadığına dair aydınlığın meydana gəldiyi zaman, “NF-nu aradan qaldırmağı sınayımmı”, “NQ-ların içinə hoppanmağı sınayımmı” fikri meydana gəldiyi zaman, təzahür olunurlar,

b) “olsun, fikir vermə”, “NF-nu sonra aradan qaldırmağa çalışaram, indi vaxtım yoxdur”, “yorulmuşam, indi istəmirəm” kimi fikirlərdən, təcrübə, təcrübəçilər, NQ-larla əlaqəli olan hər şeyə yönəlmiş qıcığın və hətta təcavüzkarlığın sərt işartılarından ibarətdilər,

c) çox vaxt zamanı öldürmə hərəkətləri ilə müşayiət olunurlar – cib telefonu və ya kompyuterdəki kütləşdirici bir oyunun içinə cəlb edilmə v.s.

 

*) “Ölüvay cirtdan” – “acıqlı cırtdanın” eynısıdır, ancaq, qıcıq və təcavüzkarlıq yerinə, qəmginlik, çarəsizlik, hissislik əmələ gəlir.

 

*) “Jerri” – acıqlı və ölüvay cırtdanları aradan qaldırmaq, NF və NEH-nin içinə girmək inersiyasını qırmaq, fasiləsiz NQ-ların içinə hoppanmaq arzusudur.

 

*) “Tom” – Jerrinin təzahür olunması üçün arzudur.

 

*) “Kütlük stenisi” (Yunanca “astheneia – gücsüzlük, zəiflik”) – şəxsi cari qavramalarını fərqləndirmək arzusuna qarşı olan neqativ reaksiyaların cəmidir. Qıcıq, məmnuniyyətsizlik, “daha sonra bir gün” kimi fikirlər v.s. – öz qavramalarını fərqləndirmək arzusunu basdıran bütün reaksiyalardır.

 

*) “Savaş ilə kəşfiyyat”. Başqa cür – “kicik hücum”, yəni səylərin əvvəlcədən qərarlaşdırılmış aşağı intensivliyi ilə (3-4 dərəcədə) hücum. Məqsəd – savaş ilə kəşfiyyat zamanı qavramaları müşahidə etməkdir – necə əngəllər ortaya çıxır, onlar necə təzahür olunurlar (müharibədə, bir dəstənin, atəşi öz üzərinə çəkərək, irəlilədiyi kimi, və düşmən, atəşə tutmağa başlayaraq, öz atəş nöqtələrini bəlli edir). Bu, hücum anında bu əngəllərin ortaya çıxacaqlarına əvvəlcədən hazırlanmağa, onları heç olmasa bir az əvvəlcədən araşdırmağa, onlara əvvəlcədən hazırlıqlı olmağa izn verir.

 

*) “Ehtiyac” – intensiv və sabit bir sevincli arzudur.

 

*) “Dəyişmək sevincli arzusu” – bu, qayda olaraq yaşadığım halları deyil, vaxtaşırı yaşamış olduğum və onları yaşayarkən, daha tez cəlbedici qavramalar – daha çox zövq, daha çox həzz, həyatın tamlığı, maraq, qabaqcadan duyma v.s. – halları yaşamaq sevincli arzusudur. Yəni, əslində DYT təcrübəçisi üçün dəyişmək sevincli arzusu – bu, NQ-nın çox həcmini yaşamaq üçün sevincli bir arzudur, və ya, daha ümumi olaraq söyləsək, bu, NQ-nın çox həcmi yaşanılan halları yaşamaq sevincli arzusudur. Məsələn, Himalaya trekə getmək arzusunu mən. əgər bu trek arzusu, onda əmələ gələcək NQ-ları əvvəlcədən duyma zamanı əmələ gəlirsə, dəyişmək arzusuna aid edirəm.

*) “Proqressiv hərəkətlər” – insanı, öz hallarını müşahidəyə və araşdırmağa stimullaşdıran və nəticədə onu NQ həcminin artmasına və ya, ən azından, NQ-ları yaşama ehtimalının (dəyişmək sevincli arzusunun təzahür olunması vasitəsi ilə) artmasına gətirən, hər hansı bir hərəkətlər cəmidir.