Ana səhifə


Fəsil 02-02

Aydın Düşüncəli Düşünüş (ADD)

 

 

“Bizə, özümüzdəki bütün bu səfehliyi udmaq üçün bizim enerjimiz və bizim zamanımız tamamilə gərəkəcək.”

Don Xuan

 

Fəsilin məzmunu:

02-02-01) ADD, arası kəsilməyən NQ-lara nail olmaq üçün lazımdır.

02-02-02) Parazit kəlmələrdən qurtuluş. “Fayda” parazit kəlməsinin misalı.

02-02-03) Kəlmə mənalarını yaratma prinsipləri.

02-02-04) Kəlmələrin istifadə edilməsi; təyin etmə və aradan qaldırma misalları.

02-02-05) Aydınlıq-NQ nail olmasının dörd mərhələsi.

02-02-06) Analogiyalar zəhərindən qurtuluş.

 

 

02-02-01) ADD nail olmaq, NE-ların aradan qaldırılması zaman meydana gələn sevincli arzulardan biridir. Bundan başqa, o, NQ-ların, Aydınlığı yaşamaq dəqiqliyi ilə, sabit olaraq təzahür etməsi üçün lazımdır. Əgər sən məfhumsal olaraq, qavramaların konkret dəsrlərini bildirməyən kəlmələri istifadə edərək, düşünürsənsə, demək ki, səndə qavramaların aydın bir şəkildə ayırd edilməsi yoxdur, qavramaları istənılən və istənilməyənlərə ayıra bilmirsən, güclü sevincli arzular təzahür edilə bilməz, dəyişmələr meydana gəlməz.

ADD yönələn insan, o və ya bu nöqteyi-nəzərin xeyrinə olan dəlillərlə qarşılaşdığında, o anda sevincli bir arzunun varlığına bağlı olaraq, onlara ya baxar, ya da baxmaz; meydana gələn NE-ları aradan qaldıracaqdır. Küt insan hiddəti, təcavüzkarlığı, etiraz etmək üçün rəfedilməz bir arzunu, özgəninkiləşdirilməni yaşayır və bəlli edər.

ADD yönələn insan, öz məfhumlarının inventarizasiya etməyə maraq hiss edir, bu çalışmada təşəbbüs göstərir, öz nöqteyi-nəzərlərini, kifayət qədər əsaslanması nəzərinə baxır.

Adi bir insandan hər hansı bir şey haqqında soruş, və “mən düşünməliyəm” və ya “əsaslanmış bir nöqteyi-nəzərə sahib olmaq üçün məlumatlarım kifayət qədər deyildir”, və ya “bunun üzərində düşündüm və anlaya bilmədim”, və ya ən azından “bu anda mənə elə gəlir ki..., çünki belə bir məlumatım vardır” kimi bir cavabı eşitməzsən. Sən, Marsda həyatın varlığından başlayaraq, kartof böcəyi ilə mübarizədə trixomoniazin effektivliyi və həyatın mənası suallarına qədər hər cür sual haqqında hazır və qəti bir nöqteyi-nəzəri eşidərsən. Və əgər onun nəzərinə etiraz etməyə çalışarsansa, həm də dəlilli bir şəkildə, çox parlaq bir NM ilə qarşılaşarsan.

İnsanlar hər şey haqqında hər zaman hər şeyi “bilirlər” və bu fikirlərin cəmi onların yaşadıqları dünyanı təşkil edir. Məfhumları dağıtmaq çox çətindir, çünki onların hər biri məmnunluq, xatircəmlik, təcavüzkarlıq və sair vərdiş olunmuş reaksiyalar üçün xəyali dayaqdır. Məfhumları dağıtmaq, yırtılan bir coraba oxşardır – bir deşik açmaq kifayətdir və ondan müəyyən təsəvvürlərin bütün cəmi üzərindən çox sayda çatlaqlar dörd bir tərəfə dağılmağa başlayır, bu da çox güclü bir qorxunu meydana çıxarır, axı dünya yıxılır! İnsanlar, səmimi və ardıcıl bir sürətdə düşünməyə qorxurlar, axı o zaman bütün dogmalardan, “dəqiq biliklərdən” vaz keçməli və sadəcə az ya da çox dəlillənmiş nöqteyi-nəzərləri ilə qalmalı olacaqlar, bu nöqteyi-nəzərlər də, əgər əsaslı əlavə məlumat ortaya çıxarsa, hər an dəyişə bilər. Dünya, qatı və müəyyən olmaqdan çıxır, o, ətrafında müşahidələrə əsaslanan təsəvvürlərin hərəkətli sistemi tikilən bir sirrə dönür və sən, özünü rahat yatağından qovulmuş hiss edirsən. Və ancaq məfhumlardan qurtularaq, sən onun rahat bir yataq deyil, qara bir məzar olduğunu anlamağa başlayırsan.

İnsanların əksəriyyəti bunlar haqqında düşünməyə tənbəllik edirlər, onlarda aydınlıq arzusu yoxdur, onlar narkotikin növbəti dozasını almaq istəyirlər (televizor, yemək, orqazm və ya dalaşma), sərxoş olana qədər pivə içmək və ertəsi sabaha qədər bihuşluğa düşmək, axı sabah artıq düşünmək üçün, şükür allaha, zaman yoxdur – qalxmaq və məktəbə/instituta/işə getmək lazımdır. Beləcə insanlar səfehliyi də, kütlüyü də becərirlər. Səfehlik – ardıcıl bir sürətdə düşünmək qabiliyyətsizliyidir – təmərküz və ya bacarıqlar çatmır. Kütlük, düşünməyə qarşı dayanıqlı bir istəməmədən ibarətdir (hətta insanın sevdiyi bir mövzu ətrafında danışmağı belə), bu da, təcavüz-qorunucu bir mövqe, NE-ların şappıltısı, “bu an düşünmək üçün keyfim yoxdur”, “sən özün düşünmürsən, kəlmələrlə manipulyasiya edirsən”, “hər kəs məni anlayır və sadəcə sən, nədənsə, heç cür anlamaq istəmirsən” kimi cümlələrlə müşayiət edilir. Əgər küt insan sənin düşüncələrinin gedişini qəbul edirsə, bu, aydınlığa nail olduğu üçün deyil, mübahisəli vəziyyətdən qaçmaq üçündür – bunu, onun daha sonrakı rəftarlarını araşdıraraq, çox asan kəşf etmək mümkündür.

Həyatın çətin və qarışıq, onu anlamaq praktik olaraq imkansız olduğu fikiri geniş olaraq yayılmışdır. Və sən kitabxanaya gedib tanınmış bir filosofun kitabını açdığında, orada nə görürsən? Monada, immanentlik, konstruktorlar, ədalət, şüur, şüuraltı, şüurüstü, emanasiya, allah, yaxşılıq, fayda, zərər... – terminoloji bir vakxanaliya. Terminlər, heç bir aydın müəyyən etməsiz bir birlərinin üzərinə yığılırlar– qavramaların hansı konkret cəmini bildirir o və ya bu termin.

ADD yönəlmiş bir insan, əvvəlcə bir qavramanı və ya qavramalar cəmini təsbit edir, sonra onu müəyyən bir terminlə ifadə edir. Küt insan, terminləri, onlarla qavramaların hansı konkret cəmlərini ifadə etdiyi haqqında düşünmədən, istifadə edir. Nəticədə kisel, “filosofların əsərləri” deyərək adlandırılan çətin çıxılmaz bir qarışıqlıq, psixi həyatın inkişaf etmə qanunlarının son dərəcə qarmaşıq olduqlarına ümumi əminlik meydana gəlir. Fəqət əslində bu belə deyildir. Onlar, son dərəcə adidirlər. İnsanlar, üç şam ağacı arasında dolaşmanın labüdlüyünə inandıqları üçün yalnız dolaşıb gəzirlər və “bələdçilər” (psixologiyadan, “ezoterikadan” və fəlsəfədən kitabları) onları daha çox çaşdırırlar. Sadəcə mövcud qavramaların analizinə dayanaraq insanın özünün düşünməyə başlaması isə – qorxuludur... bu necə olur, mən özümmü düşünəcəyəm?? Bu, o qədər adi olsaydı, belə ağıllı kimsələr aydın anlayışa gəlməzmidilərmi? Bu nə deməkdir – mən belə ağıllıyam, onlar isə elə kütdülərmi? Bəli, onlar elə kütdülər. Onlar yolu tapmadılar, sənin isə onu tapmaq imkanın vardır – ən azından, bu kitabı, Aydın şüura gedən yolun bələdçısı olan bu kitabı, oxuduğun üçün. Sənin üçün bir şans vardır və onu necə istifadə etməyin sadəcə səndən asılıdır.

Beləliklə, ADD gedən yolda hökmlərə əsaslar axtarmaq lazımdır. Bayağılıq kimi gəlir – deyilmi? Hər kəs üçün aydındır axı, əgər bir fikir ifadə edirsənsə, o, əsaslandırılmış olmalıdır. Fəqət xeyr, hər kəs özlərinin tamamilə sağlamfikirli insanlar olduğunu düşünürlər, və belə bir çalışmanı yerinə yetirməyə başlamaq, özünü “ən asan” şeyləri bilməyən biri olaraq qəbul etmək deməkdir. Və  Əhməd də “təcavüzün” nə olduğunu bilir, və Aynurədəndə soruş və o sənə deyər – “yaxşı insan” nə deməkdir, mən isə nəyəm – ən axmaq olanlardan birimiyəm? Mən, bir çox peşəkar mütəfəkkirlərlə danışdım – riyaziyyatçılarla, fizikçilərlə, iqtisadçılarla, hüquqçularla, filosoflarla, psixoloqlarla v.s. Elə gəlirdi ki – onlar deyilsə, başqa kimdir? Aydın düşünüşün bayrağını elə onlar daşımalıdırlar. Fəqət paradoks ondan ibarətdir ki, “mütəfəkkirlərin”, qabaqlarına burada soruşduqlarına bənzər bir sualı – “arvadını tərk etmiş bir ər nədən günahkardır” “ədalət nədir” – qoyduğum zaman, bir qəzəbə, quduzluğa gəlirlər. Və bu, onların heç də mütəfəkkir olmadıqları, sadəcə, digər bütün insanlar kimi, alışılmış razılıqların yolunda getdikləri üçündür.

Tanınmış bir mütəfəkkirin hər hansı bir kitabını əlinə al. Kim daha çox xoşuna gəlir? Xaydeqqermi? Qeqelmi? Xose Orteqa-və-Qassetmi? Kantmı? Şopenqauermi? Orada, “immanentlik” və “transsendentallıq” kimi qorxunc şeylərsiz heç olmasa bir abzas tapa bilirsənmi? Bu terminləri aydınlaşdıran fəlsəfə lüğətinə bax. Ancaq bu, sadəcə bir elektrik stuludu axı! Mənasız kəlmələr selindən şok yaşayırsan. Təbii ki, əgər fəlsəfə dərsindən imtahan vermək istəyirsənsə, o zaman müəlliminə “immanent” və “transsendent” kəlmələrini anlamadığını, və dərs kitabında “immanent” – hadisəyə, əşyaya, prosesə içəridən məxsus olandır”, “transsendent” – qavramaq üçün əlçatmaz, təcrübənin o biri tərəfində olandır” olaraq anlatma, səndə “içəridən məxsus olan” və “təcrübənin o biri tərəfində” kimi qavramalar olmadığı üçün, sənə heç bir şeyi anlatmadığını söyləmə – bu halda səni “küt və perspektifsız” hökm gözləyir. Sən, “transsendent anlayış” nədir bilirsənmi? Bunlar, “son dərəcə ümumi anlayışlar” deyilən şeylərdir – “yaxşılıq, həqiqət, var olan” v.s. Bu kəlmələrə mənasız, yəni qavramaların konkret cəmlərini ifadə etməyən kəlmələr demək və onları istifadə etməyi dayandırmaq yerinə, onları “son dərəcə ümumi” olaraq adlandırdılar, düşünmək adət edilməsin deyə beyinlərini “transsendent” termini ilə mıxladılar.

Bax – “fəlsəfəyə”, “ezoterikə” qarşı necə bir hörmət ilə davranırlar! Sən, anlaşılmaz kəlmələrin qəribə qarışığını gördüyündə, heyrətlə “bu terminlərin anlaşılan müəyyən etmələri hardadır” deyərək soruşmaq yerinə, kitabı “bəli.. nəhəng... mən anlamaram” fikri ilə bağlayırsan. Fizika kitabında da bir çox anlaşılmayan kəlmələr vardır, ancaq fizika, məntiqli hökmlər və müşahidələrin analizi əsasında qurulmuşdur və orada istifadə edilən hər termin məcburi olaraq müəyyən edilmişdir – bu kitabda deyilsə, demək, bir qabaqkı kitabda. Fizika kitabında belə bir cümləni özünə təsəvvür et: “atom – maddənin olduğu kimi, onun içərisindən məxsus olan keyfiyyətində, qarşımıza çıxdığı zamandır”. Təəccüblüdür? Ancaq fəlsəfədə, düşüncələrdə duman bir qayda olmuşdur, o, bir təbiət qanunu dərəcəsinə qədər yüksəldilmişdir.

Bizim ətrafımızı mənasız kəlmələr kifi örtmüşdür, bu terminlər üzərində qurulmuş saysız hesabsız məfhumların qoturluğu basmış və bütün bunlar ADD və NQ-ların təzahürlərini boğur.

 

02-02-02) Parazit-kəlmələrdən təmizlənmə, ADD nail olmaq üçün lazımdır, çünki qavramaların konkret dəstini ifadə etməyən kəlmələrin istifadəsi ADD ilə qəti uyğun gəlmir. Özünə, mənalarını bilmədiyi simvolları istifadə edən bir mühəndisi təsəvvür et. O, heç bir zaman heç bir şeyi inşa etməz.

Parazit-kəlmələrin aradan qaldırılması, bir acıma, itki hissi ilə müşahidə edilə bilinər, nə də olsa onların düşünüşdən çıxarılması, bu kəlmələri tərkiblərinin bir hissəsi olaraq daxil edən məfhumları dəstəkləmək imkansızlığına gətirir. Bundan başqa, qeyri-müəyyən məna daşıyan kəlmələrin istifadəsi, onlarla hoqqabazlıq etmək, sonsuz ziddiyyətlər tapmaq, düşüncələr içində dolaşmaq imkanı verir, bütün bunlar isə, o anda artıq məhrum edildiyin təəssüratları gətirir. Parazit-kəlmələrlə aparılan çalışmanı daha ətraflı mən daha sonrakı paraqraflarda baxacağam, indi isə “fayda” kəlməsinin təhlil misalını gətirəcəm.

Bu anlayışı, iki nöqteyi-nəzərdə baxmaq mümkündür – “ümumiyyətlə” bir fayda olaraq, və baxılan müəyyən bir prosesin çərçivəsi içərisindəki bir fayda olaraq. İnsanlar bu termini hər iki halda istifadə edirlər.

Ümumiyyətlə bir fayda haqqında danişarkən, biz hər hansı bir prosesin qəti olaraq və nəticəsiz qurtara biləcəyini təhmin edirik. Ancaq hər hadisənin hər zaman nəticələri vardır və bu nəticələr haqqında biz heç bir şeyi bilə bilmirik, onun üçün “ümumiyyətlə fayda” anlayışın mənası yoxdur. Bu çox bəsitdir, onun üçün sadəcə bir-iki misal gətirəcəyəm.

Məsələn, mən çox pul qazandım və bunun “yaxşı”, “faydalı” olduğunu düşünürəm, çünki bu pulu “faydalı” və xoş işlərə xərcləyə bilərəm. Fəqət bu belə deyildir. Evmi satın alacağam və ya səyahətəmi çıxacağam, onu kiməsə bağışlayacağam və ya bankamı qoyacağam, bu, qaçınılmaz olaraq həyatımın gedişini dəyişdirir və daha sonrakı hadisələri doğurur. Çox pul əldə etmənin “faydalı” olduğu haqqında danışarkən, biz, daha sonrakı hadisələrin sırf xoş, istənilən hadisələrin olacaqlarını və ya, ən azından, onların xoşluqlarının, bu pulları qazanmadan əvvəlki haldan daha çox olacağını təhmin edirik. Əgər bu belə olsaydı, “ümumiyyətlə faydalı” olan hər hansı bir hadisə həyatın geri dönülməz bir şəkildə yaxşılaşması üçün vasitə olardı. Əgər pul “ümumiyyətlə faydalı” isə, o zaman zənginlər, zəngin olmayanlardan daha xoşbəxt olardılar. Bunun belə olmadığını görmək üçün bəsirətə sahib olmağa lüzum yoxdur. Həyat tərzinin dəyişməsi, onun keyfiyyətini dəyişdirmir – bir qayğılar və iztırablar bir başqaları ilə dəyişdirilir, hətta çox vaxt daha böyük olanlarla.

Başqa bir misal – mən qaçmağa, üzməyə başladım, bədənim güclü, sağlığım da – daha sabit oldu, qüvvətim çoxaldı. Hər birimiz, bunun “faydalı” dəyişmələr olduğunu deyər və yenə bu doğru deyildir. Əgər bu belə olsaydı, o zaman daha sağlam insanlar, xəstəliklərə daha çox düçar olanlardan daha xoşbəxt olardılar. Bunun belə olmadığı aydındır. Meşədə qaçmağa başladım və ayağımı sındırdım. Daha çalışqan biri oldum, öz iş yerimi açdım və yandım. Daha sağlam oldum, Hindistana səyahətə getdim və yatalaq tutdum. Meşədə qaçmağa getdim, və kinoya getmədim, birlikdə çox yaxşı ola biləcəyimiz o qızla qarşılaşmadıq... və sairə. Biz, o və ya bu halın hansı nəticələrə gətirəcəyini heç bir zaman bilmirik. Pul tapdım – “faydadır”. İşimi açdım və yandım – “zərərdir”. Ümidsizlikdən meşəyə özümü asmağa getdim və sevdiyim qızla qarşılaşdım – “yenə də bu yaxşı idi”. Qız, əclafın biri çıxdı – “xeyr, yenə də boşuna mən bütün bunlara girişdim”. Buna qarşılıq, onun atası çox yaxşı bir insan çıxdı və məni öz kafedrasına aldı – “yenə də bütün bunlar yaxşımiş”. Alim isə məndən olmadı, kafedradan atıldım – “pisdir”. Alimlikdən vaz keçəndən sonra başqa bir şeydən zövq aldığımı kəşf etdim – “yaxşıdır”, və beləcə davam edir – hadisələrin dövranı sonsuzdur və şübhəsiz bir şəkildə xoşbəxtlik gətirə biləcək elə heç bir dənəsi yoxdur, çünki xoşbəxtlik – ətrafda nəyin və necə düzənlənmiş olduğunda deyil, sənin isə xoşuna gedən qavramaları yaşamandadır.

Onu (faydanı) çərçivələr içində müəyyənləşdirməyə çalışdığımız zaman da heç bir “fayda” mövcud deyildir.

“Sağlamlıq üçün faydaya” baxaq. Xəstə olduğun zaman, həkimin resepti ilə dərman içməyə başlamaq “faydalı” sayılır. Mən özüm, xəstə olsam dərman içərəm, çünki bunun sağalma ehtimalını yüksəltəcəyini düşünürəm. Ancaq bunu “sağlamlıq üçün faydalı” saymaq doğru deyil, çünki bu, bu dərmanların məhz sənə və məhz bu halda necə təsir göstərdiklərinə, istənilməyən əlavə nəticələrin olub olmadığına dair tam və mütləq səhih bir məlumata sahib olduğunu hesab etmək mənasına gəlir. Belə bir məlumat isə yoxdur və heç bir zaman da olmayacaq. Parasetamol illərdir soyuqdəymə xəstəliklərinə qarşı effektiv bir vasitə sayılırdı və ancaq son zamanlarda onun qara ciyər üçün çox neqativ bir təsirə sahib olduğu ortaya çıxdı. Appendiks və badamcıq vəziləri uzun zaman bədənin lazımsız hissələri sayılırdı, hətta onları uşaqlarda əvvəlcədən kesməyə başladılar. Sonra isə onların immun sistemində vacib rol oynadıqları ortaya çıxdı. Heç bir dərman sonuna qədər araşdırılmış olmur. Nəhəng bir dərman şirkəti, bir dərmanı illərlə buraxa bilir, onu bütün dünyaya yayaraq, ondan sonra bu dərmanın xərcəngin inkişafına səbəb olduğu kəşf edilir – belə nəticələr az deyil. Bu, sənin temperaturun olduğunda aspirin, dizenteriya olduğunda da – levomisetin içəndə heç bir şeyi dəyişdirmir: sən belə davranmanı seçdin və səni qane edən nəticəni əldə edirsən, ancaq bunun faydalı olub olmadığı – bilinməməkdədir, çünki “fayda” kəlməsi, bir “xeyir” deməkdir, bu halda isə bədən üçün nəyin “xeyir” olduğu və bu “xeyiri” necə ölçmək – bəlli deyil. Dərmanla doldurulan bir bədən, sərbəst müqavimət qabiliyyətini itirir və dərmanları daha çox və daha tez istəyir, və sənin yüksək bir temperaturan olduğu zaman, qərar almaq zorunda qalırsan – onu antibiotiklərləmi düşürmək (axı immunu azaldır, mədəni zəhərləyir, qara ciyərə vurular) ya da öz güclərinləmi yaxşılaşmağa çalışmaq (və ağırlaşma, daha uzun vaxt xəstə olmaq təhlükəsi ilə qarşı qarşıya gəlmək). Adi insan, nəyin məfhumsal olaraq “faydalı” olduğunu hesab etdiyinə bağlı olaraq qərar verir. “Fayda” haqqındakı məfhumu aradan qaldırmış bir insan, nail ola bildiyi məlumatları nəzərə alar, ondan sonra sevincli arzuya uyğun bir şəkildə davranar. Belə bir siyasət nəticəsində, bizim “fiziki bədən” olaraq adlandırdığımız şeyin, dəli bir ananın uşağa, onun hər hərəkətini nizama salaraq, qulluq etdiyi kimi baxılması lazım olan çarəsiz və küt bir şalban olmadığı ortaya çıxır. Sevincli arzulara riayət edərək, sən, NQ-larla rezonans edən qəribə xoş hisslərin yeni dünyasını açırsan.

“Biznes üçün faydaya” baxaq. Biznes üçün gəlir əldə etmənin “faydalı” olduğu hər halda hər kəs üçün “anlaşılır”. Statistika isə, iflasların 80 % məhz şirkətin böyüməsi nəticəsində meydana gəldiyini deyir, çünki şirkət, öz böyüməsinin girovu olur: balaca şirkət öz camaxatanını tuturdu, böyük şirkət üçün isə camaxatan tapılmaya bilir; kiçik miqyasda baş çıxaran rəhbərlər, başqa bir miqyasda baş çıxara bilməzlər; biznesin strukturunu dəyişdirmək lazımdır, yeni adamları işə almaq və onları öyrətmək, mühasibatı genişləndirmək, yeni vergiləndirmə sxemasına keçmək, yeni bina icarəyə götürmək, yeni və daha güclü rəqiblərlə mübarizə etmək, idarə etmə, bürokratiya sualları ortaya çıxar və sairə, və sairə... həm gözlənilən şeylər, həm də xəyal belə etmədikləri şeylər, geriyə yol isə artıq yoxdur. Birdə də, sahiblər artıq əvvəlki kimi işləməməyə, daha çox dinlənməyə başlaya bilərlər, bundan da şirkət çox tez dağılar.

“İş üçün fayda” yoxdur, çünki, “iş üçün fayda” haqqında danışarkən, biz, “fayda” meydana gəldikdən sonra, bu “işin” hər zaman “daha yaxşı” vəziyyətdə olacağını nəzərdə tuturuq, bu da təcrübə ilə təkzib edilir. Bizim “ faydalı” olaraq saydığımız hər hərəkət, dalınca bir yığın ən müxtəlif nəticələri gətirər, və onun “faydalılığı” haqqında danışarkən, biz beləcə bütün sonrakı hadisələrin də “faydalı” olacağını iddia edirik. Yəni, əgər mənim şirkətim bir az pul qazanmışsa, bu, belə bir məntıqə görə, heç bir şeydən asılı olmayaraq şirkətin geri dönülməz böyüməsinə gətirəcək. Yoxsa, nəticədə nə olduğu bilinməyən bir şeyə gətirən bir hadisəni “faydalı” demək necə olar?

İndi faydanı konkret bir zaman arası çərçivəsində baxaq. Demək olarkı, gələcəkdə işlər necə gedəcək, mən bilmirəm, ancaq bu anda şirkət üçün çoxlu pul qazanmaq “faydalı” olduğunu bilirəm, onun üçün mən yüksək materiyalar haqqında danışmayacağam, şirkətimə lap indi gəlir gətirəcək şeyi edəcəyəm – bankdakı hesab, krediti ödəmə gücü artacaq, reytinq yüksələcək, ticarət markaya istehlakçıların inamı möhkəmləşəcək, aksiyaların dəyəri artacaq, bütün bunlar da, bu əməliyyatın “faydalı” olduğunun kriterləridir. Bir “indi faydalıdır” hərəkətin arxasından başqa bir “indi faydalıdır” hərəkət meydana gətirərək mən şirkəti inkişafa və çiçəklənməyə gətirəcəm. Məhz belə də hərəkət edirlər – “faydalıq” kriteriyalarını müəyyən edirlər və hərəkətləri meydana gətirirlər, bununla belə, bu kriteriyaların sadəcə, bu hərəkətin “fayda” haqqında ümumi qəbul edilmiş məfhuma uygunluğunu təsbit etməyə izin verən alətlər olduğunu unutaraq, ancaq bu məfhumlar əbədi həqiqi şeylər deyil, onlar daimi bir hərəkət içində olurlar. Bir iqtisadi effektivlik modeli bir başqasını dəyişdirir, onun üçün burada da heç bir “fayda” yoxdur – sadəcə, təsbit edilən məqsədlərə nail olmağa yönəlmiş hərəkətlərin həyata keçirilməsi vardır.

“Fayda” haqqındakı məfhumdan sərbəst olan insanın mövqesi belədir: mən, filan məqsədə nail olmaq istəyirəm, mən, filan məlumatı nəzərə alıram, mən, filan hərəkətləri həyata keçirmək istəyirəm. Belə bir mövqe, mütləq bir mahirlik, öz sevincli arzularda aydınlıq və onlara riayət etmək imkanı, mexaniki, sevincsiz hərəkətlərdən azadlığı təmin edir.

 

02-02-03) İstifadə etdiyimiz kəlmələrin mənaları o qədər bulanıqdır ki, ancaq arabir qarşılıqlı bir anlayış və özünü anlama meydana gəlir. Mən, kəlmələrə tamamilə dəqiq bir məna qazandırmağa çalışmaq istəmirəm, çünki bu: a) hər cür sərhədin şərtilikdən prinsip etibarilə imkansızdır, b) məqsədlərim üçün lazımlı bir şey deyildir. Mən sadəcə kəlmələrin mənalarını, bu, mənim arzularımı, aydınlıq arzusu, digər təcrübəçilərlə təcrübə dəyişdirmə arzusu v.s. kimi arzuları, reallaşdırmağa izin verdiyi dərəcəyə qədər, daha dəqiq və aydın olaraq bildirmək istəyirəm. “Quş” dili, qavramaları daha dəqiq olaraq yanşıtan bir dilə yerini buraxdıqca, ortaya dilin təmizləməsinə davam etmək arzusu çıxır.

Terminlərin mənalarını yaratma metodu:

1) Terminə təyin verirəm.

2) Bu termini daha əvvəl istifadə etdiyim on-iyirmiyə qədər söz birləşmələri tərtib edirəm.

3) Termin yerinə öz təyinimi qoyuram və baxıram – cümlənin mənası, onu çatdırmaq istədiyim kimi kifayət qədər dəqiq ifadə edilmiş olurmu?

4) Əgər çox hallarda cümlənin mənası daha dəqiq olursa, bu mənada termin istifadəsinin məqsədə uyğun olduğunu düşünürəm. Mənaları daha az dəqiq olmuş geri qalan az cümlədə mən başqa terminlər istifadə edəcəyəm.

Misallara sonra bax. Belə bir sual ortaya çıxa bilər – məsələn, “dəlil” kəlməsini, “nəticə”, “müşahidə” kimi hələ müəyyənləşməmiş kəlmələri istifadə edərək mən necə müəyyənləşdirirəm? Müəyyənləşməmiş olanların üzərindənmi müəyyənləşdirirəm? Mən, riyaziyyat və fizika ilə məşğul olmuram, mən, praktik bir fənn – qavramaların mühəndisliyi – ilə məşğul oluram. Məndə, bir dissertasiya müdafiə etmək, mükafat almaq, “alim” olmaq arzusu yoxdur, onun üçün məni abstrakt məqsədlərə nail olmaq, abstrakt problemlər həll etmək, gözəl nəzəriyyələr və aksiomatik sistemlər qurmaq kimi şeylər maraqlandırmır. Məni, çox konkret bir problem maraqlandırır – çox və daha çox zövqün alınması, buraya aydınlıqdan olan zövq də daxildir, və mən, araşdırmalarımın nəticəsində əsaslı olaraq daha çox bir konkretlik qazanmış bir kəlməni istifadə etməyə başladığım zaman, daha çox bir zövq alıram. Qeyd edirəm – “ətraflı” deyil, “mütləq” deyil, “əsaslı olaraq çox”. “Mütləq aydınlığı” güya axtaran və lap daha çox və daha çox ara aydınlığa nail olmaq üçün konkret addımları saymayan insanlar, NE-ları aradan qaldırmaq istəməyən, “mütləq bir aydınlaşmanı” “axtaran” və nəticədə çürüyən biokütlənin qabarcığı olaraq qalanlar kimi, nəticədə ümüdsüz bir şəkildə küt olaraq qalırlar.

Mən, termin təyinini verdiyim və onu istifadə etməyə başladığım zaman, bunları kəşf edirəm:

a) ifadələrdə əsasən daha böyük bir aydınlıq, dəqiqilik meydana gəlir, həmsöhbətimlə qarşılıqlı anlayışın dərəcəsi yüksəlir, sonsuz dəqiqləşmələrə, geri dönmələrə üz tutmaq tələb olunmur v.s.

b) qavramaları təsvir etmək, zidd olmayan modellər qurmaq, qarşılıqlı əlaqələri tapmaq və təsvir etmək daha asan olur.

c) analiz və sintez, yəni hadisənin elementlər cəminə sərbəst parçalama prosesi və aralarındakı qarşılıqlı əlaqələri tapma prosesi daha asan alınır (bu da, düşüncəli aydınlığın ayırd edici şüurun təkamülünə pozitiv təsirini aşkara çıxarır).

d) düşünmə prosesindən daha çox zövq alıram, ADD və ən müxtəlif NQ-ların daha dəqiq rezonansı meydana gəlir.

e) sevincli arzuların həyata keçirməsi və dəqiq planlaşdırması qabiliyyəti kimi meydana gələn aydınlığın nəticələrindən daha çox zövq alıram, bu da sevincli arzuların təzahür etməsinə, qüvvətlənməsinə, təkamülünə gətirir.

f) dili təmizləmə çalışması, “yoğunlaşdırma” təcrübəsinin məcrasındadır – “Effektiv təcrübə strategiyası” bölümündə bax.

Əgər mən, “akademik” xarakterli bir dəlili rəhbər tutaraq, ilk olaraq “mən”, “nəticə”, “xoşa gəlir”, “zövq” kəlmələrini müəyyənləşdirməyə başlasaydım, nəticədə bu an istifadə etdiyim kəlmənin daha dəqiq mənasını verə bilməzdim, bir stupora düşərdim, fəqət nəticədə bu kəlməni YENƏ DƏ onun əvvəlki, aydın olmayan mənasında istifadə etməyə davam edərdim, çünki mənim arzularım, sevincli olanlar da (məsələn, danışmaq arzusu) daxil olmaqla, heç bir yerə itməzdilər, onları reallaşdırmaq üçün bu kəlmələri istifadə etmək lazım gələcəkdir. Onun üçün mən, daha az olan aydınlıqdan daha çox olanına, daha kiçik zövqdən daha böyük zövqə doğru hərəkət edirəm. İstifadə olunan kəlməyə daha dəqiq bir təyin verdiyimin nəticəsində mən, təyinin özünün dəqiq olmayaraq təyin edilmiş kəlmələrdən ibarət olmasına rəğmən, istənilən nəticəni əldə edirəm. Əgər gələcəkdə “nəticə” kəlməsinə təyin vermək arzusu meydana gələrsə, mən “dəlil” kəlməsinin təyininə dönərəm və onu ya düzəltərəm, ya da daha böyük bir aydınlıqla anlamağa başlaram. Hətta “stul” kəlməsini belə biz dəqiq bir şəkildə təyin edə bilmirik, çünki stul və hər hansı başqa bir əşya arasında aydın heç bir sərhəd yoxdur – məsələn, yumşaq taburetka şəklində stullar vardır və “stulu”, dörd ayaq üstündə dayanan bir səthdən mümkün olduğunca fərqli olaraq etmək mümkündür, hətta qıraq bir insanın buna “stul” demək ağlına belə gəlməz. Və yenə də biz, ayaq üstündə dayanan üfqi bir taxtanı nəzərdə tutaraq “stul” dediyimiz zaman, nəyin haqqında danışdığımızı, “ilahi duyma” haqqında danışdığımızdan çox daha aydın olaraq təsvir edirik. “Geyim” kəlməsi, “rahat” kəlməsindən daha çox anlaşılır, “rahat” kəlməsi, sadəcə xoşagəlməz fiziki hissləri ifadə etmək üçün deyil, o, harda gəldi istifadə olunur, onun üçün “rahat” kəlməsini, bunu aşağıda etdiyim kimi, təyin edib, mən bu kəlmənin qeyri-müəyyənlik səviyyəsini “geyim” kəlməsinin qeyri-müəyyənlik səviyyəsinə endirdim, bu da məni indi tamamilə təmin edir, çünki sevincli arzuları reallaşdırmağa əngəl olmur.

Dili təmizləmə prosesində, təbii ki, əngəllər ortaya çıxır, məsələn:

a) ilk stupor – bu sualı “keçmək”, onu sonraya saxlamaq istənilir, çünki dili nəzarət etməyə başlamaq, səylər göstərmək və kütlükdən çıxmaq istənilmir, kəlmə istifadəsinin vərdiş olunmuş məcrasında axmaq istənilir, öz diqqətliliyini yoğunlaşdırmaq istənilmir, çünki daimə özünü dilindən tutmaq lazım gələcək.

b) skeptik fikirlər:

*) “bu, sonsuz bir çalışmadır” (bu skeptik, çalışma aparılmağa başladıqca və kəlmələr daha dəqiq bir məna qazandıqca və yeni mənaları ilə sənin kəlmə istifadəsinə girdikcə zəifləyir, və aydın olur ki, çalışmanın nə zaman bitəcəyindən asılı olmayaraq, mən elə indi istənilən nəticələri əldə edirəm – bu prosesdən daha çox zövq alıram v.s.).

*) “aydınlığı əldə etmək imkansızdır – yenə də hər şey qeyri-müəyyən qalır” (bu skeptik də həmçinin, təcrübə aparıldıqca, zəifləyir).

*) “yenə də digər insanlar məni anlamayacaqlar, axı onlar sənin təyinlərini istifadə etmək fikrində deyillər” (bu skeptik əsassızdır, çünki təyinləri seçmə metodu danışdığın insanların səni əvvəlki kimi, bu terminə dair onlarda mövcüd aydınlıq səviyyəsinə uyğun olaraq və əvvəlkindən heç də daha pis olmayacaq bir şəkildə anlayacaqlarını nəzərdə tutur, sən onlara nəyi nəzərdə tutduğunu anlatdığın zaman isə, onlarda səni daha yaxşı anlamaq imkanı olacaq).

 

02-02-04) Bəzi kəlmələr 100 % parazit xarakterə malikdirlər, yəni hər cür konkretlikdən məhrum olan əxlaqi kateqoriyaları ifadə edirlər. Belə kəlmələri mən dilimdən tamamilə çıxarmaq istəyirəm – məsələn, “pis” və “yaxşı” kəlmələrini. Belə kəlmələri istifadə edərək, insanlar heç bir zaman konkret heç bir şeyi nəzərdə tutmurlar, sadəcə öz pozitiv və ya neqativ münasibətlərini ifadə edirlər. “Sən pis davrandın” – bu nə demək ola bilər? Mənim, başqa cür istədiyimmi? Malik olmaq istədiyim şeyi itirdiyimmi? İndi fiziki bir acı hiss etdiyimmi? O və ya bu NE-ları yaşamağa başladığımmı? Bu, hər şey ola bilər – heç kim bunun haqqında düşünmür.

Başqa kəlmələr bulanıq bir mənaya malik olsalar da və çox dəfə düşünmədən istifadə olunsalar da, bəzən insanlar onlar altında, hər dəfəsində fərqli olsa da, ancaq konkret bir şeylər anlayırlar – bəzi belə kəlmələrə müəyyənlik qazandırmaq mümkündür, əgər onların istifadəsi hər hansı bir sahə ilə məhdudlaşdırılsa – məsələn, “rahat” kəlməsinin təyininə bax – mən, bu kəlmənin istifadə sahəsini xoşagəlməz [fiziki] hisslərin meydana gəlmə sahəsi ilə təyin etdim, geri qalan bütün digər sahələrdə isə mən başqa terminlər axtarıb taparam və nəticədə qarışıqlıqdan istənilən qurtuluşu əldə edərəm.

Təbii ki, mən klassik parazit-kəlmələri (“p-kəlmələr”), kommunikativ parazitləri (“k-parazitlər”) və NE-lara xidmət edən jarqon kəlmələri dilimdən tamamilə aradan qaldırmaq istəyirəm.

P-kəlmələr ilə mən qarayaxa pərsənglərin bütün cəmini anlayıram: “di”, “kimi”, “yəni”, “həmin o”, “əslində”, “sadəcə”, “belə ki”, “ümumi olaraq”, buraya zahirən elmi görünən jarqonlar da daxildir: “əslində”, “ümumiyyətlə”, “demək istədiyim o ki...”, “bəli, amma...”, “aşağı yuxarı belədir”, “hesab edək ki” v.s.

K-parazitlər ilə, kəlmə olmayan fonetik qarayaxa pərsənglərin cəmini nəzərdə tuturam. Qayda kimi insanın özü üçün, onları aradan qaldırmaq bir yana, kəşf etmək belə çətindir. Bir çox sifətlər bir il intensiv təcrübədən sonra belə, diqqətliliklərinin inkişafındakı bütün irəliləməyə rəğmən, davamlı kommunikativ parazitləri istifadə etmələrini təhmin belə etmədiklərini heyrətlə kəşf edə bilirlər.

Misallar:

*) “bax nə deyəcəyəm” kimi cümlədə birinci kəlmənin ilk səssizinin yüngül ikiqat artırması;

*) danışarkən cümlənin başında gözlərini göz qapaqlarınla hər zamankindən daha çox bağlaması;

*) gözlərini hər zamankindən daha geniş açması (bərəltməsi);

*) cümlə hissələri arasında son səslinin uzadılması: “mən düşünürəm kiii... bu gün mən...”;

*) cümlələr arasında olan müxtəlif “e...”, “m...”;

*) danışma əsnasında müxtəlif qarayaxa hərəkətlərin gerçəkdən sonsuz sıralanması – mimikanın müxtəif təhrif edilməsi, qaşınmalar, dartılmalar, ümumiyyətlə bədənin ən müxtəlif hissələrlə ən müxtəlif hərəkətlər və daha bir çox şey.

Jarqonlar – adi kəlmələri əvəz edən və bu və ya digər NE-ların ifadə edilməsinə müşahidə edən kəlmələr, bu NE, nəticədə kəlmə ilə o qədər “birləşir” ki, artıq hiss olunmur. Məsələn, “ad” kəlməsi yerinə “ləqəb”, demək mümkündür, “yemək” – “tıxamaq” v.s.

Parazitlərin istifadəsinin neqativ nəticələri kütlüyün və qavramaları ayırmaq qabiliyyətsizliyinin gəlməsi ilə məhdudlaşmır (jarqon sevənin biri, öz problemi haqqında bunları yazıb: “gündəlik təsbit etmə təşəbbüsündən sonra stupora düşdüm, qavramalardan anlamadığımı və nəyi təsbit etməyin bilmədiyimi dərk etdim. Hər şey, bir çox sürətli bir axıma, qaranlıq bir bataqlığa axıb birləşir”). Problem həm də ondadır ki, HƏR parazitin, ona qulluq etməyə, onu dəstəkləməyə çağrılmış olduğu bir NE şappıltısı ilə labüd sürətdə bağlanmışdır. İnsanın, parazitləri istifadə etməyə başlamasının səbəbi əsil NE-lardır, onun üçün parazitlərin sözsüz aradan qaldırılması, sıx, arası kəsilməyən, hər şeyi zəhərləyən, və alışmış olduğu üçün, çox vaxt seçilməyən NF-dan, NE-ların “xırda” şappıltılarının arası kəsilməyən sırasına ciddi bir zərbəyə gətirəcək.

Parazitlərin aradan qaldırılması, daha aydın bir aydınlığa nail olmada çox parlaq bir effektə səbəb olur.

Terminlər siyahısına “Terminlər” fəslində bax.

 

Zibilxanaya gedən kəlmə misalları:

“Fayda”. Faydalı deyərək adlandırılan hərəkətin nəticəsi olaraq gələcəkdə nəyin olacağını bilmək üçün heç bir üsul yoxdur və nəticələrin bəziləri əsil sənin tərəfindən istənilməyən kimi tanına bilərlər. “Faydalı” kəlməsini bəzən “pozitiv” və ya “məqsədə uyğun” mənalarda istifadə edirlər, və məhz bu terminləri mən belə hallarda istifadə etmək üçün seçirəm, ən azından ona görə ki, onlar əxlaqi kateqoriyalarla, yəni mütləq bir “yaxşılıq” və ya “pislik” ifadə edən kəlmələrlə, o qədər qəti bir sürətdə assosiasiya olunmurlar. Törəmələr – onlar da atılmalıdır – “faydalı”, “faydasız” (“faydasız” kəlməsi, çox vaxt “mütləq mənada pis” deyil, məhz məqsədə uyğun olmayanı ifadə edirsə də, ancaq mən, ehtiyac olmadan sürətini çıxartmamaq və bu girmiş yoluxma – “fayda” kəlməsinin – kölgəsini belə yenidən canlandırmamaq üçün bu kəlmənin istifadəsindən yenə də vaz keçirəm).

“Yardım”. Bu kəlmə də “yaxşılığın” mütləq mənasında istifadə olunur, və insan “yardım etdiyi” zaman, o, şüphəsiz “yaxşı” bir hərəkət etdiyini düşünür. Əgər mən, bir çuxur qazmaq istəyirəmsə, kimsə də gəlib “yardım edirsə” , bu o deməkdir ki, o, çuxuru qazmaq məqsədini sadəcə mən onu qazdığım üçün qabağına qoyub. Bununla belə, o maraqlanmır – bəlkə, onu yalnız başına qazmaq xoşuma gəlir, bəlkə də, tərsinə – bu mənə çətin gəlir və məsələnin ortasında düşünürəm – onu həqiqətənmi qazmaq istəyirəm və ya sadəcə hansısa bir məfhum uğruna özümü məcbur edirəm v.s. Yenə də “yardım”, abstrakt bir “faydaya” tez-tez müraciət edir.

Məsələn, insan araq içməyi istəyə bilər, sən isə onun şüşəsini atırsan, yəni onun arzusuna zidd olaraq hərəkət edirsən, ancaq bunu da “yardım” olaraq adlandırırsan. Sovet ordusu 1939-cu ildə alman faşistləri ilə bərabər Polşanı iki hissəyə böldülər, Finlyandiyaya müharibə elan etdilər, müharibədən sonra Macarıstana, Çexoslovakiyaya girdilər, Baltika ölkələrini işğal etdilər – və bütün bunlar da “yardım” olaraq adlandırılırdı. Xəbərçilər, başqa cür düşünənləri düşərgələrə salmağa sovet hökümətinə “yardım edirdilər”, sovet kommunistləri, Yuqoslaviyada, Kubada diktator rejimlərini dəstəkləyərək, “qardaş xalqlara” “yardım edirdilər”, çinlilər isə bu vaxtacan Tibet xalqına Buddizm zəhərindən qurtulmağa yardım edirlər – öldürülən bir yarım milyon Tibet rahiblərinin qanı onları hələ də doydurmayıb. “Yardım” kəlməsini insanlar, bu kəlmənin aydın bir mənası olmadığı üçün istifadə edirlər, və özünə qarşı pozitiv bir münasibət oyandırmağa çalışaraq, hər hərəkəti sən “yardım” olaraq adlandıra bilərsən, çünki “yardım – bu, yaxşıdır” deyilən bir məfhum vardır.

“Kömək” kəlməsini istifadə etməyə təklif edirəm. “Kömək” nədir – bu, aydındır. İnsan nə isə edir, bunları etdiyini və etmək istədiyini və nəticəni əldə etmək istədiyini bəyan edir və sən öz tərəfindən, o bu nəticəni əldə etsin deyə elə edirsən. Burada hər şey kifayət qədər aydındır.

“Gərək”. Böyük bir yoluxma! Sinonimləri də – atılmalıdır: “lazım”, “məcbur”, “gərəkir” [nə isə etmək], “deymək”, “lazım gəlmək”.

“Qarşılıqlı əlaqə”. Bu kəlmə altında ümumiyyətlə məlumat alış-verişinin mümkün və mümkün olmayan üsullarının son dərəcə bulanıq dəstini anlayırlar – o qədər bulanıq ki, onu istifadə etmək imkansızdır. Bu kəlmənin aradan qaldırılması, fikrini anlatmada problemlərə gətirməyəcək, çünki məlumat alış-verişinin hər mümkün üsulu şəxsi qeyd etməsinə malikdir, onları, istək olarsa siniflərə gruplaşdırmaq, bu siniflərə şəxsi qeyd etmələrini vermək və onları istifadə etmək asandır. Sinonimləri də – zibilliyə atılmalıdır: “ünsiyyət” (“biz onunla ünsiyyət saxladıq” – bunu necə anlamaq? Söhbət etdikmi? “Salam-sağ ol” replikalarmı mübadilə etmək? Sevişdikmi? Məfhumları araşdırma nəticələrinin mübadilə etməsindəmi? Şübhə ilə baxışlarmı mübadilə edilib??...). Törəmələr – “ünsiyyət saxlamaq”.

“Pis”. Antonimlər də atılmalıdır  – “yaxşı”. “Yerində”  – də oraya.

“Funksional”. Həddindən artıq qeyri-elmi səslənilir, “məqsədə uyğun” kəlməsinin sinonimidir.

“Dost”, “dostluq”, “yaxın [insan]”, “yaxınlıq”. Hər hansı bir konkretlikdən tamamilə məhrum kəlmələr. İnsanların, bir birinə qarşı son dərəcə bulanıq bir sədaqət dərəcəsini ifadə edən kimidir, lakin çox vaxt bir birlərinə qarşı sadə bir vərdiş ifadə edirlər, bu vərdiş heç də sədəqət və simpatiya ilə deyil, çox vaxt hətta kin və nifrət ilə müşahidə olunurlar.

“Bitərəf”. “Fərqsiz” kəlməsinin sinonimidir.

“Təəssüratlar”. “Pozitiv emosiyalar” terminin yerinə istifadə olunur, onun üçün zibilliyə atılır. İnsan, NE-lardan, iztirablardan təəssürat aldığını söylədiyi zaman, bu o deməkdir ki, o, PE-ları ilə növbələnən NE-lar yaşayır. O, məsələn, qısqanclıqdan iztirab yaşaya bilər, və qız dostunun, bu axmağa dəyişdirdiyini anladığı zaman, necə bir təəssüf yaşayacağını xəyal edə bilər, yəni bədxahlıq, intiqam arzusu yaşayacaq. Əgər o, şaxmatdan təəssürat aldığını söyləyirsə, bu o deməkdir ki, o, məsələn, özünü bəyənmə yaşayır, və ya bozluğu doldurur v.s.

“Məmnuniyyət” - PE-lardan seksual həzzə qədər qavramaların çox geniş spektrumunu bildirən bir termindir, onun üçün, konkret bir kontekst xaricində istifadə olunduğu zaman, zibilliyə gedir. “Bəyənmək” – də oraya.

“Vacib”. “Fayda” kəlməsi kimi mütləq bir əhəmiyyət ifadə edir. Zibilliyə.

“Ağıllı”. Ədəblərə uyğun gəlir? Mövcud olan fərziyyələrə və biliklərə uyğun gəlir – bunun üçün “tam uyğundur” kəlməsi vardır. Həmsöhbətinin məfhumlarına uyğun gəlir – daha tez-tez. Zibilliyə. “Bəraət qazandırılmış  da oraya.

Xoş”. Bu kəlmə də həmçinin mənaların sonsuz qeyri-müəyyən spektrumunu ifadə edir – seks ilə əlaqədar olmayan, seksual həzz ilə əlaqədar olan cizmi həzz, PE, NQ – yaşamaq üçün insanda həmin an PM olan hər şey. “Xoşagəlməz” – də zibilliyə.

“Məna” – zibilliyə. Əgər söz, kəlmənin və ya cümlənin mənası haqqında gedirsə, o halda “nə deməkdir ki, nə bildirir” deyərək söyləmək mümkündür. “Mənasız” da – eyni zibilliyə.

 

Ayrı bir mövqe – təcrübə nöqteyi-nəzərindən boş olan, yəni səhv interpretasiyanı bərkidən, söz birləşmələrinin aradan qaldırılması. Sifət, belə kəlmələri öz dilində istifadə etməyə davam etdiyi zaman, beləcə özü özünü quyruğundan bataqlığa geri sürüyür. Belə söz birləşmələrinə, aşağıdakilər aiddir:

“NE-nı meydana gətirir”. Tipik bir cümlə: “onun nəzakətsizliyi məndə qıcıq meydana gətirdi”. Dəyişdirmə variantı: “o nəzakətsiz idi və mən qıcıq yaşadım”. Və ya, daha dəqiq bir variant: “o nəzakətsiz idi və mən qıcıq yaşamaq istədim və yaşadım”.

“NF davam edir”. Tipik bir cümlə: “NF uzun zaman davam etdi”. Nəticədə belə olur ki, sanki NF-nu mən özüm dəstəkləmirəm, o isə “özü”, mənim iştirakım olmadan, davam edir, mən isə – qurbanıyam. Dəyişdirmə variantı: “mən uzun zaman NF yaşayırdım”, və ya daha dəqiq: “mən uzun zaman NF yaşamaq istəyirdim və yaşayırdım”.

“Alınmadı” [NE-nı aradan qaldırmaq v.s]. Əgər səndə NE-nı aradan qaldırmaq alınmadısa, bu həqiqətən deməkdir ki, sən bunu kifayət qədər güclü istəməmisən, və NE-nı yaşamaq arzusunun onu aradan qaldırmaq arzusundan daha güclü olmuşdur. Variant: “NE-nı yaşamaq arzusu, onu aradan qaldırmaq arzusundan daha güclü olmuşdur”.

 

02-02-05) Mən, Aydınlıq-NQ-ya nail olmasının dörd mərhələyə ayırmasını məqsədə uyğun olduğunu düşünürəm (bundan sonra bu kəlməni - “Aydınlıq” - onu düşüncəli aydınlıqdan ayırmaq üçün, böyük hərflə yazacağam):

1) Yadda saxlamaq

2) Düşünmədə məşq

3) Formal təcrübələr

4) Davranışda birləşmə

 

1) Yadda saxlama ondan ibarətdir ki, təcrübəçi məlumat ilə tanışır və onu yadda saxlayır  – o, məsələn yadda saxlayır ki, aydınlığa nail olmanın dörd mərhələsini ayırmaq mümkündür, onlar necə şeylərdir, necə formal təcrübələr mövcuddur, bu da davranışda birləşmə adlandırılır və sairə.

2) “Mən” qavramasının olmadığı haqqında olan sözləri oxumaq, onları qəbul etmək və... əvvəlki kimi yaşamağa davam etmək mümkündür. İnsanların böyük əksəriyyəti belə edirlər – oxuyurlar, razılaşırlar və ya razılaşmırlar və həyatlarında heç bir şeyin dəyişmədiyindən özlərinə hesab vermədən yaşamağa davam edirlər. Düşüncədə məşq etmə, bu sualı ətraflı bir şəkildə analiz etməyə yardım edir. Onu, təcrübəli bir təcrübəçi ilə birlikdə, tərəflər ilə dəyişdirərək, aparmaq əsasən effektivdir – biri, “mən- mövcuddur” məfhumunu müdafiə edir, digəri onu təkzib edir. Təcrübəli bir təcrübəçinin iştirakı bu mərhələni tez həyata kecirməyə izin verir, çünki çox vaxt baxılan məfhum insana o qədər möhkəm bir şəkildə girmiş olur ki, suala hər hansı gözlənilməyən bir yandan baxmaq onun ağlına belə gəlməyəcək.

3) Formal təcrübələr, meydana gəlmiş düşüncəli aydınlığı möhkəmləndirir. Belə təcrübələr arasında:

a) nail olmuş aydınlığı ifadə edən cümlənin çoxdəfəli, çoxsaatlı ucadan təkrar edilməsi.

b) düşüncələrin gedişini təkrar oxunması, onları asan oxunan, yaxşı qurulmuş bir görünüşə gətirilməsi;

c) “mən” məfhumunda bu, qavramaları dal dalınca artıq ayırma, və “bu bir fikirdir, bu hər hansı bir “mən” deyil” təsbiti ilə ola bilər;

d) çox səsli iç dialoqun durdurma təcrübəsi effekti qüvvətləndirir – məsələn, bir saat boyunca hər cür uca fikri 5 saniyə içində durdurmaq məsələsi qoyulur – 2-3 saniyə, uca fikrin varlığından özünə hesab vermək üçün və 2 saniyə daha, onu durdurmaq üçün, verilir.

 

4) Aralıq düşüncəli aydınlığa nail olmaq, lakin, sanki o yoxdur kimi, sanki əvvəlki məfhum tam hakimdir kimi yaşamaq mümkündür. Nail olunmuş aydınlığın, davranışa dərin girməsi üçün, xüsusi təcrübələri həyata keçirmək yaxşı olardı. Məsələn, əgər “keçmiş” və “gələcək” ifadələri verdiyimiz elə qavramalar cəminin olmadığına dair düşüncəli aydınlığa nail olunmuşsa, “keçmişə” əminliyi dəyişdirmə təcrübəsini həyata keçirmək mümkündür. Mən, bir gölün qabağında çəmənlikdə oturduğum zaman, adımın nə olduğuna, hansı şəhərdə olunduğuma əminliyi dəstəkləməyə ehtiyac yoxdur, “olub” və “olacaq” kəlməli fikirləri aradan qaldırmaq mümkündür,– “mən İrkutskdayam” – “mən Himalaydayam” – və hər iki variantda əminliyin intensivliyini təsbit etməklə, əminliyin dövrlü dəyişdirməsi ilə məşğul olmaq mümkündür. Əminliyin dövrlü dəyişdirmə məşqləri nəticəsində, “mən İrkutskdayam” fikrinə əminliyin və “mən Himalaydayam” fikrinə əminliyin eyni olduqlarını kəşf etdiyində sən, geri qalan mexaniki əminliklərin də (“mənin”, “keçmişin” v.s.-nin varlığına) əsaslı bir şəkildə zəiflədiqlərini kəşf edirsən və onları istəklə idarə edə bilərsən. Sən, işində gələcəkdə necə işlərin olacağına, keçmişdə necə sözləşmələrin olduğuna əminliyi dəstəkləyirsən, çünki bu, istənilən nəticəyə nail olmağa izin verir. Gölün qabağında olan çəmənliklərdə başqa bir əminliyi dəstəkləyirsən, bu da, parlaq NQ-lara, “keçmiş” haqqındaki məfhumdan qurtuluşa, bu məfhuma dayanan “varislik”, “dəyişmələrin tədricilliyin olması” v.s. haqqındaki məfhumlardan qurtuluşa nail olmağa izin verir.

Bu dörd pilləli təcrübənin nəticəsi olaraq Aydınlıq parıltıları meydana gəlir.

 

02-02-06) “Analogiyalar” deyilən şeylər, “rezonans edən sürətlər”, yəni, aydınlıq da daxil olmaqla, NQ-larla rezonansı meydana gətirən təsvirlər olaraq istifadə etdikləri zaman, tamamilə zərərsizdir. Fəqət eyni analogiyaları axmaqlıqdan dəlillər olaraq istifadə etmələrinə başladıqları zaman, onlar aydın düşünüşü büsbütün zəhərləyən qorxunc bir zəhər olurlar.

Heç bir şərtlərdə (!!!) analogiyalar əsaslandırma vasitəsi ola bilməzlər. Təcrübə yolu ilə, hər cür diskussiyada tamamilə hər cür nöqteyi-nəzəri sanki “qüvvətləndirən” bir analogiyasının seçməsinin asan olması, çox asan kəşf edilir. Və bu təbiidir – ətrafımızdaki dünya o qədər müxtəlifdir ki, araşdırılan sualda tapmaq istədiyimiz qanunlara görə inkişaf edən bir hadisəni hər zaman tapmaq mümkündür – və əgər obyektlər bir biri ilə dəyişdirilirsə, axmaqlar üçün bir “dəlil” ortaya çıxır.

Məsələn: bir kimsə mənə deyir ki, mən uşağım ilə bir qırt toyuq kimi məşğul olaraq və istəmədiyi şeyləri ona zorla qəbul etdirərək, arası kəsilmədən ona qulluq edərək, onu sevincli arzuları olmayan dilsiz, infantil bir heçə döndürərək, kütlük göstərirəm. Mən, etiraz etmək istəyirəm və bunu bu şəkildə edirəm: “əgər çiçəyi dondurucu kameraya qoyarsaq, o ölər – qulluqsuz bir uşaq da belədir...” Heyranedicidir ki, ancaq insanların 99 % belə bir “dəlil” təsir edir. Bunun kimi “dəlillərlə” qarşılıqlı bir dürtülməsindən sonra insanlar bir birindən ayrılırlar, ya “aydınlığa nail olaraq” (yəni, bu analogiyaların təsiri altında həmsöhbətin nöqteyi-nəzərini qəbul edərək), ya da, düşünsən də, düşünməsən də, heç bir zaman heç bir şeyin aydın olamayacağına bir əminliklə.

Analogiyalar, psixi təzyiqin son dərəcə müvəffəqiyyətli bir üsuldur (yəni, onların təsiri altında tamamilə hər insan öz əminliyini az ya da çox dəyişdirir), onun üçün onlar səmimiyyətsiz və axmaq insanlar tərəfindən hər zaman dəlil olaraq istifadə olunacaqdır.