Ana səhifə


Bölmə 02 – “Fikirlər”

 

Fəsil 02-01

Yalan Məfhumlardan Qurtuluş

 

 

“Hamımız bir çox suallarda ev tərbiyəsi zamanı beynimizə yeridilmiş avtoritetlərə və ya “sağlam mənaya” güvənirik; biz, özümüzdə əminlik hissini sarsıtmağa qorxuruq. Əgər bu ittihamı rədd edirsinizsə, bir az səbr edin, çox keçmədən özünüz bunda özünüzü haqlayarsınız.”

Erik Rocers

 

Fəsilin məzmunu:

02-01-01) Məfhumlar və onların NE-larda əmələ gəlməsinin rolu.

02-01-02) Məfhumların əmələ gəlmə mənbələri.

02-01-03) Aşkar və qeyri-aşkar məfhumlar.

02-01-04) “Açıqca boş” və “işçi” aşkar məfhumlar.

02-01-05) Qarşı qoyma və mexaniki əvəzetmə təcrübəsi.

02-01-06) Antiməfhumlar. Təyini və çeşidləri. “Gələcək” haqqındakı məfhumun nümunələri.

02-01-07) Məfhumlar siyahısının təşkili.

02-01-08) Məfhumların məzmunlarına görə sinifləşdirilməsi.

02-01-09) Güclü və zəif məqsədlər.

02-01-10) İnterpretasiyaların sinifləşdirilməsi. Qohumlar haqqında sual. “Əlaqə” məfhumu.

02-01-11) İnterpretasiyaların seçilməsi. Nümunələr.

02-01-12) Məfhumların baxılması, dəlillər və əks  dəlillər.

02-01-13) Məfhumların düz nəzarət metodu.

02-01-14) İnterpretasiyaların dövrəli dəyişməsi.

02-01-15) “Mən” abstrakt məfhumu. Yoxluğun anlama təcrübəsi.

 

02-01-01) NE-ları aradan qaldırmağa başlayarkən, sən, onların daha çox hadisələrin istədiyin kimi getmədikləri zaman əmələ gəldiklərini görürsən. NE-lar, “belə səhvdir”, “bu yaxşı deyil”, “başqa çür lazımdır” fikirləri ilə müşayiət olunurlar, yəni sənin necə olacağına dair təsəvvürlərin gerçəkdə necə olduğu ilə ziddiyyətə girir, və NE yaşamaq vərdişi belə anlarda aydın bir şəkildə işləyir. NE-ları aradan qaldırma səylərini mükəmməlləşdirərək, onları yaşamaq istəmədiyinə, bu bezdirmiş vərdişi dayandırmaq istədiyinə dair aydınlığı möhkəmləşdirərək, nurlu qavramaları (NQ) yaşamaq üçün sevincli bir arzuda möhkəmləşərək, dərrakəli aydınlıqdan zövq alaraq sən, məfhumların tənqidi olaraq baxılmasına qarşı davamlı bir marağın təzahürünə gəlmiş olursan.

“Məfhum” kəlməsi, elmdə, eksperimental məlumatların fərziyyə və interpretasiyaların olduqca ziddiyyətsiz sisteminin ifadəsi üçün istifadə olunur. “Məfhum” kəlməsi, bu kitabın kontekstində, onun danışıq dilimizdə əldə etdiyi mənaya uyğun olaraq istifadə olunur – “mexaniki olaraq mənimsənmiş baxışlar sistemi”.

“Mexaniki olaraq” – kor koranə təqlid edərək, düşünmədən, NE-ların (məsələn, xüsusi xələllik hissinin, sıxıntının, özünə qarşı neqatif münasibət qorxusunun, təcrid edilmə qorxusunun v.s.) təsiri altında, xüsusi öz düşüncələrin olmadan, eksperimental məlumatlar halında əsasların xüsusi öz araşdırman olmadan deməkdir. Yəni, hər hansı bir iddiaya inanılır və daha sonra insan sanki o şüphəsiz bir gerçəkmiş kimi yaşayır.

“Baxışlar sistemi” – bu, müəyyən şərtlərda vərdiş olaraq meydana gələn fikirlərin davamlı dəstidir.

Məsələn, əgər uşaq bir şeyə dəydisə və ağladısa, meydana alışıq fikirlər dəsti gəlir: “uşaq ağlayır – onun bəzi yerləri ağrayır – təsəlli etmək lazımdır”, bu da “ağlayan uşağı təsəlli etmək lazımdır” məfhumunun var olduğunu demək üçün əsas olur. Fəqət zamanla sən göz yaşı və tələblərin daha çox və daha çox olduqlarını, daha sıx və daha sıx təsəlli etməyə lazım olduğunu kəşf edə bilirsən və o zaman sən, bu məfhumu şüphəyə sala bilərsən, düşünməyə başlaya bilərsən. Düşünmələr, müşahidələr, onlardan meydana gələn ehtimallar və əldə edilən yeni təcrübə nəticəsində sən nəticəyə gələ bilərsən ki, “təsəlli etmək” – deməli uşağı özünə acımağı yaşamağa alışdırmaq deməkdir. Nəticədə sən davranışını dəyişdirə bilərsən – sadəcə təsəlli etməmək deyil, fəqət tam tərsinə – güçlü NE-ları yaşadığı hər dəfəsində uşağı diqqətdən məhrum etmək, ağlamasında bir fasilə meydana gəlir gəlməz isə ona qarşı diqqəti də, rəğbəti də, əgər varsa, göstərmək. Nəticədə, hıçqıra hıçqıra ağlamaların və güçlü özünə yazıqlığın onu sənin diqqətindən məhrum etdiklərini anlayacaq, və həmin vəziyyətdə həmin NE-nı becərmək vərdişini dayandırmaq üçün bir stimul əldə edəcək. Sən isə nəticədə məfhumu aradan qaldırarsan, aydınlıq qavramasını yaşayarsan və sadəcə, uşaq ağlama ilə sənin diqqətini qazanmağa çalışdığı zaman sənə vərdiş olarak meydana gələn NE-ların qüsursuz aradan qaldırmasını əldə etmək qalır.

 

02-01-02) Sən, məfhumları çox müxtəlif mənbələrdən qazanırsan.

Məsələn, əgər anan yemək zamanı mətbəxqurdunu görərsə, üzünü büzüşdürər, pis bir səslə bağırar, və nifrət və qorxu ilə onu götürüb unitaza atarsa, onda sən, hər şeyi mənimsəyən və özümsəyən kiçik yaşda bir uşaq olaraq, mətbəxqurdlarına qarşı bu münasibəti də mənimsərsən, ondan sonra “mətbəxqurdları – iyrənclikdir” məfhumunu asanlıqla qəbul edərsən. Bu, məfhumların “emosional” ötürmə yoludur.

Digər bir yol – “etibarlı” yoludur. Əgər “hörmətli”, və ya “böyük”, və ya “ağıllı” bir kimsə əzəmətli bir görünüşü ilə onu və onun etməməsini bildirirsə, bu iddianı kor koranə qəbul etmək mümkündür, nə də olsa belə “ağıllı” və “hörmətli” bir insan ağılsız şeylər danışmaz axı.

Üçüncü yol – mimikriya yoludur. Əgər sən insan cəmiyyətinə düşürsənsə, onda onların məfhumlarını mənimsəməyə başlayırsan, əgər qəbul edilmək, rədd edilməmək istiyirsənsə.

Ayrı olaraq acını və ona bağlı qorxunu məfhumların mənimsənmə yolu olaraq vurğulamaq istəyirəm. Əgər uşaq yıxıldısa, bir şeyə dəydisə və qorxdusa, o anda nazikürəkli nənəsinin təzyiqi ilə o, “tez qaçmaq – təhlükəli və pisdir, sakit oturmaq isə – yaxşı və təhlükəsizdir” məfhumunu asan qəbul edər.

Beşinci yol, amıllərin bir dəstinin tam və qəti olaraq baxılması kimi səhvə əsaslanır. Sən, “Marsda həyat yoxdur” dediyin zaman, əvvəlcə bu təhminin indi məlum olan faktlara əsaslandığını və gələcəkdə hər şeyin – ən inanılmaz və gözlənilməz şeylərin – kəşf edilə biləcəyini nəzərdə tutursan, amma zamanla Marsda həyatın olmadığına dair qəti bir inam meydana gəlir.

Altıncı yol – tam bir məntıqi səhvdir, və ya çıxış ilk şərtlərin çatmaması və ya yanlışlığı, və ya kütlük, yəni düşünüşün o xüsusi süstlüyüdür ki, həyata güclü NE-larla çağırılmışdır.

Yeddinci yol, xüsusi vaciblik hissinə əsaslanıb. Bir şeyi vacib bir səs tonu ilə, “işi bilir” bir əda ilə söyləmək – arvadının, dostunun, həmkarının gözündə özünü yüksəltmək deməkdir, sonra nöqtəyi-nəzərini, o nə qədər mənasız olursa olsun, sonuna qədər qorunmaqdan başqa heç bir şey qalmır, psixi təzyiqə (“sən başa düşmürsən?”), sualını qəsdən dolaşdırılmasına, yəni qeyri-müəyyənliyin qəsdən becərməsinə müraciət edərək.

Səkkizinci yol – beyinə girmiş mexaniki arzuları doğuran digər məfhumlardır. Əgər sənin baban, qızının harada gecələməyə niyyətində olduğunu, kiminlə seks ilə məşğul olduğunu v.s. bildirməyə “məcbur” olduğunu düşünürsə, o halda sən getdiyin və ona heç bir şeyi bildirmədiyin zaman, o bir həyacanlılıq, təcavüz şappıltısını hiss edir, səni onun istəyinə əməl etməyə zorlamak istəyir və müxtəlif qorxunc hekayələr uydurmağa başlayır, və onun uydurduğu o axmaqlıq nə qədər daha qorxunc olarsa, bunun sənə təsir etmə ehtimalı o qədər daha yüksəkdir. Beləliklə o, öz içində yeni məfhumları doğurmaq üçün səy göstərir və onları sənə verməyə çalışır, yenidən səni idarə etmək, səni həbsdə tutmaq mümkün olması üçün.

Doqquzuncu yol – ən çox yayılmış olanlardan biri –düşüncələrdə səmimiyyətsizlikdir. Sən, dəlilləri aradan götürə bilərsən, düşüncələri sona çatdırmamağı bilərsən, nəticənin sənin qənaətlərinə zidd olacağını qabaqcadan görərək, və ya öz məfhumunun dar yerlərini diqqətlə gözdən geçirməyə ərinə bilərsən. Belə “düşüncələr” üçün, “görünür ki, ...”, “hər kəsə məlumdur ki, ...”, “alimlər çoxdan kəşf ediblər ki, ...” kimi ünsürlərin mövcudluğu xasdır (bununla belə,təbii ki, alimlərin müəyyən bəyanatlarına heç bir müəyyən sitat, digər fikirlər ilə tutuşdurmaları yoxdur).

 

02-01-03) İnsanlar çox nadir düşünürlər, çünki “düşünmək” kəlməsi altında düşünmə, dəlilləri tutuşdurma və analiz prosesini deyil, məfhumlar ilə hoqqabazlıq etmə prosesini anlayırlar.

Məfhumlar iki böyük sinifə ayrılırlar. Birincisi – aşkar məfhumlardır, yəni insanın özbaşına xülasə edə biləcəyi, onun özü tərəfindən fəal sürətdə irəli çəkdiyi məfhumlar. Kələmin faydalarını anladan kitabları çox oxumaq, oxuduqlarından ilham almaq və bunda evdəkilərini də inandırmağa başlamaq mümkündür.

Başqa bir vəziyyəti təsəvvür edək: insana, NE-ları hiss etməyə dayandırmaq mümkünmü deyə soruşaq və o, təbii ki, “xeyr” cavabını verər, lakin bu, onun belə bir şey haqqında düşünməsi, bir kimsələrin dəlillərini və ya şahidlərini gözdən keçirməsi və ya özünün səy göstərməyə çalışması demək deyil. Belə fikirlər onun ağlına əsla gəlməmişdir, və ona bu sual verilənə qədər, bu şəkildə cavab verəcəyini o bilməyə bilərdi də. Və ona dünya haqqında olan təsəvvürlərini aşkar bir şəkildə sıralamağı təklif edərdilərsə, bu məfhum siyahıda əsla aşkar olmazdıda. Belə məfhumları mən aşkar olmayan məfhumlar olaraq adlandırıram. Onların aşkar olmamalarına baxmayaraq, onlar insan davranışını aşkar məfhumlar qədər qəti bir şəkildə müəyyən edirlər. Əgər, “NE-ların hiss etməsini dayandırmaq imkansızdır” aşkar olmayan məfhumunu paylaşan birini düşünməyə çəkmək olarsa, o, çox müxtəlif nəticələrə gələ bilər – “dayandırmaq olmaz”, “bəlkə də dayandırmaq mümkündür”, “bilmirəm, sınamamışam”, “düşünmək lazımdır”, “nə üçün də olmasın” v.s., və yenə də o, onların dayandırılmasının imkansızlığı haqqında olan məfhumunu sanki tamamilə və sözsüz olaraq qəbul edən kimi aparacaq.

Əgər insan, qanunu bilməməzliyindən pozarsa, məsuliyyəti o yenə də daşıyacaqdır, beləcə də insanlar öz məfhumlarının nəticələrini, onların olması haqqında hətta sezməyə bilmədiklərinə baxmayaraq hiss edirlər.

Aşkar olmayan məfhumun daha bir misalı: “mən, aydınlaşmağa həyatımın sonuna qədər çatmaram”. Onu təcrübədə təkzib etmək mümkün deyil. Bu məfhumun gözə çarpan bir narahatlıq çağıracağı şübhəlidir, çünki çox uzaq bir şey – həyatın sonu – və son dərəcədə qeyri-müəyyən bir şey – “aydınlaşma” – kimi qavramlardan hərəkət edir. Heç bir gözə çarpan iç dialoq ondan olmaz – yüksək səsli iç dialoq ən mühüm olan ilə məşğuldur. Əgər bir kimsə bu fikri söyləyərsə, sən onunla razılaşmaya bilərsən (əhval-ruhiyyədən asılı olaraq) və ya qeyri-müəyyən bir əlaqədə qala bilərsən və yenə də məfhum var olmağa və yönəlməni basmağa davam edəcək. Bu məfhumun varlığının dərk etməsi öz özünə əmələ gələ bilər – NE-ları aradan qaldırma, nurlu qavramaları doğurma, qarma-qarışıq iç dialoqu nəzarət etmə səyləri, təcrubəçilərlə danışıqlar nəticəsində v.s., və ancaq bundan sonra onun səni bastırdığı o yükü sən hiss edərsən və onu üzərindən atmaq üçün səy göstərməyə başlaya bilərsən.

Aşkar məfhum, araşdırma üçün dərhal mümkündür, aşkar olmayan məfhumu isə ilkin kəşf etmək lazımdır, bu da heç asan deyil, kəşf etməsindən sonra da onu aydın xülasə etmək lazımdır, analizin mövzusu etmək üçün.

Aşkar olmayan məfhumu meydana çıxarmaq üçün mən, yazılı təsbiti və NE-ların əmələ gəldiyi, NF və ya NEH-lın sürdüyü andaki iç dialoqun analizini istifadə etməyə təklif edirəm. Hər hansı bir məfhum – aşkar və ya aşkar olmayan – bu, iç dialoqun (İD) bir hissəsidir, yəni tez keçən bir fikirlər qatarıdır. İç dialoq, bir necə təbəqədən ibarətdir (bunun haqqında sonrakı fəsillərdə). Yüksək səsli iç dialoq öz özünə tamamən söylənən sözlərdən ibarətdir və belə bir fikir, saniyənin bir hissəsindən daha çoxuna qədər davam edə bilər. Kor iç dialoq, saniyənin otuzda birindən başlayan bir sürəkliliyə sahib sözlər və sürətlərin qırıqlarından ibarətdir, və belə parçaların zəncirlərindən ibarət olan bir fikir, çox qısa bir sürəkliyə sahib ola bilər – məsələn, saniyənin üçdə biri, belə ki bunun kimi fikirlərin “anlaması” və təsbiti böyük bir diqqəti, NE-ları yüksək aradan qaldırma sürətini tələb edir.

 Belə bir təcrübəni mən “aşkar olmayan məfhumlar ilə operativ çalışma” olaraq adlandırıram.

Başqa bir üsul – rezonanslı fikirlərin axtarışı. NF və ya NEH hiss edərkən mən onu dərhal aradan qaldırmıram, hiss etməyə davam edirəm və müxtəlif mövzuları araşdırıram, özümə suallar verirəm: “məni nə narahat edir, nə incidir? Ütü cərəyana qoşulumu qaldı? Xeyr. Uşaqmı acdı? Xeyr. İşimdə problemlərimmi var? Xeyr...”. Mən, rezonans hadisəni (NF-nun gərginliyinin şappıltısı baş verir, NE-lar əmələ gəlir) əmələ gətirəcək fikirləri axtarıram. Bu, aşkar olmayan məfhumu axtarma istiqamətinin tapılmış olduğu mənasına gəlir. İndi mən, bu sahədən olan fikirləri, rezonans yenidən aşkar olununana qədər araşdırıram, bu da axtarma sahənin daha çox daralmasına gətirəcək.

Mən, dairəni nə qədər daha dəqiq olaraq cizıramsa, öz-özünə əmələ gələn aydınlığın gəlmə ehtimalı o qədər daha yüksəkdir. Belə bir təcrübə ilə nə qədər daha sıx məşğul oluramsa, təcrübələr o qədər daha mükəmməl olurlar.

Aşkar olmayan məfhumları axtarma sahəsinin aşkara çıxarılmasının üçüncü üsulu – “rezonanslı modelləşdirmədir”. Xəyalında gerçək vəziyyəti dəyişdir və müşahidə et – NF güçlənir, zəifləyir və ya dəyişmədənmi qalır. Məsələn, maaşının artırıldığını təsəvvür et, sonra da – endirildiyini. Daha sonra, uşağının daha yaxşı oxumağa başladığını təsəvvür et, sonra da – daha pis oxumağa başladığını. Və sairə. Hər dəfə sən NF-nun bir qədər zəifləməsini və ya güçlənməsini müşahidə edəcəksən, lakin mövzunun biri əsasən güçlü bir rezonans ilə cavab verəcək – deməli, məsələ elə orada basdırılıb.

Çox vaxt məfhumların axtarışı onları tam bir salxımlarla ortaya çıxarır. Məsələn: qonaqların var, çay içirsiniz, narahatlıq əmələ gəlir. İç dialoqun parçalarını araşdırandan sonra sən, uşağının qonaqlar yanında ağzını marçıldatmağa başlamasından qorxduğunu anlayırsan. Buradan, birinci məfhum: “Ağzı marçıldatmaq – mədəniyyətsizdir, yaxşı deyil”. Qazımağa davam edirsən: “amma nədən məhz mən qorxuram, axı ağız marçıldadan mən deyiləm... çünki bu mənim uşağımdır”. Buradan, ikinci məfhum: “Mən, uşağımın davranışlarından cavabdehəm”. Və sairə. Məfhumların tam bir konqlomeratlar ilə təzahür olunması və bir birini dəstəkləməsi aydın olur. Aydınlığı əldə etmək üçün, onları parçalara ayırmaq və hər məsələni ayrı olaraq araşdırmaq gərəkdir.

 

02-01-04) Aşkar məfhumların iki tipini gözdən keçirək. Birinciləri daha yaxın baxışda açıqca əsassız olaraq qarşımıza çıxırlar. Onları “açıqca boş”  adlandıraq. İkincilərin gözdən keçirilməsi səni aydınlığa birdən gətirmir, təhlil, dəlillərin, əks dəlillərin, əks dəlillərin əkslərinin v.s. gözdən keçirilməsi gərəkdir. Belə məfhumları, “işləyən məfhumlar” olaraq adlandıraq.

Açıqca boş məfhumdan qurtuluş, çox asan gəlir sadəcə, lakin bu belə deyil. Axı, onun əsassazlığı sənə açıq olmasına baxmayaraq, o, bu yerdə mövcuddur, deməli, buna bir səbəb vardır. Səbəb, yuxarıda sıralanan doqquz səbəbdən biri ola bilər, bundan başqa da – inersiya, vərdiş. Ən ziyansız vərdişin belə aradan qaldırılması, ardıcıl və sevincli qavramalar tələb edir, əsasən əgər bu vərdiş başqa vərdişlərlə dəstəklənirsə – məsələn, həmin vəziyyətdə NE hiss etmək vərdişi ilə. Məsələn, uşaqlıqda sən özünü yaraşıqsız hesab edirdin. Belə bir fikrin səhv olmasında əmin olduğunda, və birinin səni gözəl saymasının yanında bir başqasının isə laqeydliyini  anladığında, oğlanlarla tanış olarkən ixtiyarsız olaraq eyni NE-ları hiss etməyə davam etdin, məfhum isə aşkardan aşkar olmayana dönüb, və NE-ların əmələ gəlməsi üçün bir tətik olmağa davam edirdi.

 

02-01-05) Açıqca yalan (və ya analiz nəticəsi açıqca yalana yaxın bir hala gətirilmiş) məfhumların varlığının inersiyasının aradan qaldırılması üçün mən, qarşı qoyma üsulunu tövsiyə edirəm. Verilmiş məfhumu təkzib edən bir fikiri xülasə edirəm, yəni qarşı bir məfhumu xülasə edirəm, ondan sonra formal təcrübəni yerinə yetirirəm (sonra müvafiq fəsildə bax) – gündə yüz dəfə özümə sual verirəm – nəyin mən doğru olduğunu hesab edirəm – məfhumu və ya qarşı məfhumumu? “Mən yaraşıqsızam” fikrinimi və ya “birinin xoşuna gəlirəm, birinin deyil” fikrinimi? Əmələ gələn NE-ların qüsursuz aradan qaldırılması ilə müşayiət olunan belə bir təcrübənin nəticəsində, qoyulmuş hədəfə nail olunur – açıqca yalan məfhumun mənim davranışlarıma təsiri yavaş yavaş zəifləyir, tamamilə kəsilincəyə qədər.

Digər bir yanaşmanın adı, mexaniki dəyişdirmə (MD) təcrübəsidir. O, sənin içinə eynən zorla – kobud bir psixi təzyiq ilə – basılmış açıqca yalan məfhumlar üçün effektivdir. Anan, sənə yapışıb və bağırır: “SƏN DİNC OTURACAQSANMI???!!!!”, və ya tərsinə –həzin-həzin baxır, az qalsın ağlayaraq: “məni nə üçün rüsvay edirsən...”. Sən, yumağa dönürsən və “anlayırsan” - dinc oturmaq – yaxşıdır, yaramazlıq etmək – pisdir.

Mexaniki dəyişdirmə təcrübəsi, qarşı məfhumu sənin hər dəfə yüksək səslə söyləməyindən ibarətdir – məsələn, tam bir saat boyunca, hər gün bir saat. Bu, məfhumun əsaslı zəifləməsinə gətirir, əvvəlki çiviyi sökən bir çivi olaraq.

Bu təcrübə həmçinin iş məfhumlarının, onlar açıqca yalan və ya buna yaxın bir səviyyəyə endirilmiş olduqlarında, aradan qaldırılmasının sona gətirməsinə izin verir.

“İnsanlara yardım etmək lazımdır” məfhumu üçün qarşı məfhum, “mən, ancaq istədiyim, mənim xoşuma gələnlərə yardım etmək istəyirəm” olacaq, çox vaxt isə qarşı məfhumları sadəcə bir inkar əlavə etməklə yaratmaq mümkündür: “əgər o bir başqası ilə seks ilə məşğul olursa, bu, mənə qarşı bir sevgi hiss etmir deməkdir” – “əgər o bir başqası ilə seks ilə məşğul olursa, bu, mənə qarşı bir sevgi hiss etmir demək DEYİLDİR”.

Belə bir təcrübəni başqa bir fəaliyyət ilə uyğunlaşdırmaq mümkündür, o bundan effektivliyini o qədər də itirmir.

Bu məfhumu biz bütün həyatımız boyunca on və yüz minlərcə ucadan və ya yavaşcadan təkrarlayırdıq, lakin kor təsirin gücü, sevincli bir arzu nəticəsində seçilən təsirin gücündən çox daha azdır, onun üçün qarşı məfhumu sadəcə bir neçə min təkrarı məqsədə çatır, açıqca yalan məfhumu mexaniki olaraq sıxışdırıb çıxardaraq. Qarşı məfhum, məfhumun yerinə keçmir və özü də əngələ dönmür, çünki sən onu kor koranə deyil, tamamən açıq bir məqsəd – xarici bir mexanizmanı sıxışdırıb çıxartmaq – üçün istifadə edirsən.

Bu təcrübəni, digər təcrübəcilərlə birlikdə həyata keçirmək mümkündür –  qarşı məfhumu əvvəl biri, sonra bir başqası ucadan söyləyir, üstəlik diqqətlə dinləməyə lüzum yoxdur.

 

02-01-06) “Qarşı məfhum” terminini müəyyən edək. Qarşı məfhum – bu, belə bir iddiadır ki:

a) baxılan məfhumun mənasına zidd olur,

b) nurlu qavramalar (NQ) ilə rezonansı çağırır,

c) mənə bu an üçün məfhumdan daha doğru, daha əsaslı kimi gəlir.

Aşkar olmayan məfhumlar (təyinə sonra bax) üçün olan qarşı məfhumlar, “c)” xüsusiyyətinə sahib olmaya bilirlər, çünki təyin etibarı ilə onları nə əsaslandırmaq, nə də təkzib etmək mümkün deyil. Məsələn, mən belə bir qarşı məfhumu yarada bilərəm: “Gələcək yoxdur, sadəcə burada-və-indi vardır”. Bunu mən əsaslandıra bilmirəm, çünki “gələcək” kəlməsi qavramaların heç bir müəyyən cəmini göstərmir, və demək ki, mən nə onun olduğunu, nə də olmadığını söyləyə bilmərəm, axı anlaşılmır – nədən söhbət gedir, lakin bu iddia, əvvəlcədən sezilmənin şappıltısına, sevincli arzuların təzahürünə, “gələcək” haqqında olan fikirlərə bağlı müxtəlif qayğıların zülmündən qurtulmağa gətirdiyinə görə, ortaya bu qarşı məfhumu yetişdirmək arzusu çıxır.

Qarşı məfhumların istifadəsi, özünü aldatmanın bir şəkli olmurmu? Mən, bunun belə olmadığını göstərəcəyəm. “Gələcək var” deyən çıxış məfhum, heç bir şeyi ifadə etməyən bir söz yığımıdır, çünki səndə “gələcək” kəlməsini daxil edən fikirlər var, “gələcək” kəlməsinə bağlı olaraq əmələ gələn emosiyalar var, “gələcək” kəlməsini daxil edən fikirlərə bağlı olaraq əmələ gələn arzular vardır, lakin “gələcək” kəlməsi ilə adlandırdığın heç bir belə sərbəst qavrama yoxdur. Hər hansı bir qavrama, məhz burada-və-indi mövcuddur. Beləliklə səndə bir seçim var – ya vərdiş olaraq dalınca NE-ların əmələ gəlməsinə səbəb olan fikirləri, ya da nəticəsində NE-lar əmələ gələn əvvəlki fikirləri təkzib edən fikirləri dəstəkləməkdir. Bununla belə, həm birinci, həm də ikinci fikir abstrakt məfhumlardır, yəni heç bir şeyi ifadə etməyən iddialardır. Təbii ki, 2-ci-fikri dəstəkləmək istəyi meydana gəlir, bu fikir, 1-ci-fikrin negatif təsirini sıfıra endirdikdən sonra isə mən ikisindən də asan imtina edərəm, çünki “gələcək” kəlməsinin heç bir müəyyən qavramanı bildirmədiyində özümə aydın bir şəkildə hesab verirəm. Yəni mən qarşı məfhuma “inanmağa” başlamıram, onu isə effektiv bir alət olaraq istifadə edirəm. Sən, məfhum-qarşı məfhum cütünü meydana gətirdiyin zaman, zorla qəbul etdirilmiş bir avtomatizmdən qurtulmuş olursan, günlük məfhumlar halında isə doğru bir təcrübəni də qazana bilərsən, ondan sonra bu və ya digər nöqtəyi-nəzərə daha əsaslı bir şəkildə əyiləcəksən, və ya ikisini də atacaqsan.

Əgər tərəzinin bir gözündə, oraya mənim tərəfimdən huşsuz bir halda qoyulmuş, mexaniki olaraq mənimsənmiş bir məfhum varsa, onda ilk iş olaraq mən onu qarşı məfhum ilə tarazlaşdırmaq, sonra isə NE-lardan və mənfi rəylərdən azadlıq halında ikisini də araşdırmaq istəyirəm.

Mənim üçün müəyyən heç bir şeyi bildirməyən kəlmələri daxil edən bəzi cümlələr, nurlu qavramalarla rezonans edirlər (yəni nurlu qavramaların şappıltısı baş verir), onun üçün taktik düşüncələrdən mən onları bir zaman üçün söz ehtiyatında saxlayıram.

Küləyin ani şiddəti belə, öz ağırlığı altında əyilmiş nəhəng bir ağacı sındıra bilər. Məfhum, illərlə sağlam fikirə və sevincli arzulara zidd ola bilər, lakin anın birində sanki özbaşına yıxılır. Sən, 30 il qohumlarla yaşayıb təmas saxlaya bilərsən, çünki bu “belə gərəkdir”, “belə qoyulub”, ancaq bunu gerçəkdən sevincli olaraq istədiyin olanlarla deyil. 30 il qonşularla salamlaşa bilərsən, iş və hava haqqında olan söhbətləri davam edə bilərsən, çünki “rədd etmək yaxşı deyil”. Və bir gün bu yalandan, əbədi negatif münasibət qorxusundan zəhərlənmə o qədər acıq olur ki, krizis o qədər qaçınılmaz hala gəlir ki, qarşı məfhumu sadəcə bir an üçün eşitmək kifayət olur və çıban, aydınlıq ilə partlayar: “Başqa cür də yaşamaq mümkündür axı!”. Qabarmış çığ qopur.

Digər məfhumlar üzərində onlar qopmadan qabaq ınadla çalışmaq lazım olacaq, amma bu çalışma – gələcək xəyalı nemətlər üçün deyildir, nəticəsi sən dərhal, elə indi, aydınlığın nisbətən çox artmasına çatar çatmaz, əldə edərsən. Mexaniki dəyişdirmənin hər seriyasından sonra, “lehinə” və ”əleyhinə” olan dəlillərin hər təhlilindən sonra bir aydınlıq qabarması meydana gəlir, bununla digər nurlu qavramalar rezonans yaradır və addım addım sən sevincli arzuların gerçəkləşdirməsinə irəliləyirsən – NE-lar və kütlükdən qurtuluşa, nurlu qavramaların tətbiq etməsinə və inkişafına.

 

02-01-07) Məfhumun varlığına dair nail olunmuş aydınlıq artıq bir dəqiqədən sonra yox olur və məfhum yenidən aşkar olmayan məfhumlar sahəsində itər – sən, öz kəşfin barəsində unutacaqsan. Bunda əmin olmaq asandır – özündə tapdığın bütün məfhumları lap indi sıralamağa çalış, və ən yaxşı halda, onların ancaq az bir hissəsi xatırlanacaq. Bu elə, bu anda xatırlamadığın bütün o məfhumların nəzarət xarıcındə, müşahidə xarıcındə olması və bəlkə lap indi əvvəlki gücləri ilə səni təsir etməsi mənasına gəlir.

Aydınlığı əldə edərkən sən, olmağa hələ alışıq olmadığın bir vəziyyətin içinə düşürsən, onun üçün tez (bəzən bir neçə saniyə içində) aydınlığın olmadığı alışıq vəziyyətə sürüşməyə başlayırsan. Çox dəfə eyni kəşfi sən dəfələrcə edirsən, aydınlıq sabitləşincəyə qədər, onun üçün mən, şəxsi məfhumların siyahısını tutmağa və onu, yeni məfhumlar kəşf edildikçə, tamamlamağa tövsiyə edirəm. Bu, məfhumların analizinin aparılmasını asanlaşdırdığı kimi, cari NF-dan cavabdeh məfhumun rezonanslı arayış prosesini də asanlaşdırır – siyahını alırsan və hər pozisiyanın üzərindən keçirsən.

Mexaniki düşüncəli fəaliyyət halında aydınlıq-NQ-nın meydana gəlməsi gerçəkləşmirsə və, əgər sən bir dəfə bir nəticəyə gəlmisənsə, daha sonrakı dəfələrdə sən onu sadəcə təkrarlamış olursan, yəni heç bir şeyi yaşamadan, halbuki aydınlıq-NQ hər zaman yeni kimi yaşanır, o, hətta sənin artıq bildiyin bir cümlə ilə təsvir edilirsə də.

Adi insanlar heç bir zaman aydınlığa nail olmurlar, onlar sadəcə bir məfhumu bir başqası ilə dəyişdirirlər – ilkin bir şeyə inanırlar, sonra başqa bir şeyə. Sadəcə məntiq qaydalarına görə nəticə çıxarmış deyil, aydınlığı əldə etməyə çalışmış bir insanı tapmaq, NE, onu başqa bir emosiya ilə çıxartmaq deyil, onu aradan qaldırma təcrübəsi olan birini tapmaq qədər çətindir.

 

02-01-08) İndi məfhumları məzmunlarına görə təsnif edək. Məfhumların fərqlı tipləri fərqlı gücə, fərqlı sabitliyə, ümumi məfhumsal konglomerata inteqrallamanın fərqlı dərəcəsinə və keyfiyyətinə sahibdirlər, və çox vaxt, fərqlı tiplərə fərqlı yaxınlaşmanın tətbiqi məqsədə uyğun olur, onun üçün məfhumların, məna əlamətləri üzrə də daxil olmaqla, dəqiq olaraq siniflərə bölmə işi maraqlı və effektiv olur.

İki böyük sinif – bunlar, “abstrakt” və “qarışıq” məfhumlardır.

Abstrakt məfhumlar – bunlar, heç bir konkret qavramanı bildirməyən, yəni mənaları tamamən aydın olmayan, kəlmələrdən ibarət olan iddialardır. Məsələn: “Dünya əbədidir”. Sənin, “əbədi”nin necə bir şey və “dünya”nın necə bir şey olduğu haqqında bir təsəvvürün yoxdur – bu kəlmələrlə bildirə bildiyin belə konkret qavramalar cəmi səndə yoxdur. Və ya, “Mən – insanam” məfhumu. Anlaşılmır – nə “mən” necə bir şey, nə də “insan” necə bir şey, ancaq hər kəs, təbii ki, insan olduğundan əmindir. Daha misallar: dəyişmə var, dəyişməz olan vardır, başlanğıc var, son vardır, aydınlaşma var, kədərlənmə vardır, subyekt var, obyekt vardır, canlı var, ölü vardır, bir şey var, başqa bir şey vardır, var olma var, var olmama vardır, şüur var, şüursuz olan vardır, aktiv olan var, pasiv olan vardır, mən varam, sən varsan, bütün var, parça vardır, keçmiş var, bu gün var, gələcək vardır.

Qarışıq məfhumlar – bunlar, “əbədilik”, “dürüstlük”, “kosmiki qayda”, “ədalət”, “allah” kimi mənasız sözlərin, konkret qavramaları, qadağanları və niyyətləri bildirən terminlərlə, məsələn, “həya”, “olmaz”, “məcbur” v.s, qarışmış iddialardır. Məsələn: “ədalət, mənim bunu və bunu etməyimi tələb edir”. “Ədalət” necə bir şeydir – heç kimsəyə anlaşılmır, “bunu və bunu etmək” necə bir şeydır isə – bu, anlaşılır. Və ya: “pis biri olmaq – ayıbdır”. “Pis biri” nədir – bəlli deyil, “utanc hiss etmək ” nədir isə – bəllidir. İnsanlar, çox sayda qarışıq məfhumlar yardımı ilə özlərini sözün tam mənasında çürütürlər. Qarışıq məfhumlar, nurlu qavramaları (sevincli arzular daxil olmaqla) hiss etmək qabiliyyətinə öldürücü bir şəkildə təsir edirlər, çünki qəti bir şəkildə sənin həyatını nizama salırlar, lakin bu nizamnamənin mənası anlaşılmır. Özünə, cəza məcəlləsində hər hansı bir izahatsız “pis xasiyyət” maddəsini təsəvvür et. Və ya, “ilahi niyyətin riayət etməməsi” maddəsini. Qanunverici orqanlar bu maddələrə görə məhkəməyə qərar versəydi, icra orqanları da məhkəmə qərarlarını məcburi bir şəkildə yerinə yetirsəydi, necə bir xaos başlayardı? Sənin günlük həyatında da belə olur. Qanunverici (məfhum) deyir: “çılpaq olmaq ayıbdır”, icraçı (mexaniki arzu) əmir verir: “dərhal geyinmək”, nəzarətçilər (utanma, ayıblanma qorxusu v.s. emosiyalar) əmri sənin tərəfindən sözsüz yerinə yetirməsinə nəzarət edirlər. Nəticədə – müdhiş bir xaos, NE-ların yığılması, sevincli arzuların yoxluğu, beləliklə də, sənin istədiyin hallara aparan dəyişikliklərin yoxluğu.

Məfhumların bundan sonraki bölməsi, sənin xəyalından asılıdır. Qarışıq məfhumları, məsələn, bu şəkildə bölmək mümkündür:

*) Günlük həyat məfhumları

*) Təcrübə haqqında olan məfhumlar

*) İctimai məfhumlar

*) Əsaslı məfhumlar

*) Mexaniki üstünlüklər

*) Qayğılar

*) Dəyərləndirmələr

*) Mexaniki məqsədlər

*) Mexaniki dəyərləndirmələr

*) Mexaniki interpretasiyalar

 

Günlük həyat məfhumları – öz evindəki həyatı nizama salan iddialardır. “Dolabdakı paltar təmiz olmalıdır”, “yerdə yemək yeyilməz”, “sabah tez qalxmaq və gec vaxta qədər yataqda olmamaq gərəkdir”, “mütləq çalışmaq və daha çox pul qazanmaq gərəkdir”, “böyüklərə hörmət göstərmək gərəkdir”, “pula qənaət etmək gərəkdır”, “əşyalara ehtiyatla baxmaq gərəkdir”, “həyatda aydın bir məqsədə sahib olmaq və ona can atmaq gərəkdir” və sairə. Günlük həyat məfhumlarının hamısı, açıq və ya üstü qapalı bir şəkildə, “gərəkdir” və ya “gərək deyil”, “yaxşı deyil” v.s. terminlərini istifadə edirlər. “Gərəkdir”, “gərək deyil”, “yaxşı” və “yaxşı deyil” nədir, nədən bu olmaz, bu isə mümkündür – bəlli deyildir, və heç kimsə də bunu xüsusi ilə düşünmür.

Günlük həyat məfhumlarına bənzər şəkildə mənim təcrübəmin əsası üzərində belə məfhumlar formalışdırmaq mümkündür: “NE-ları aradan qaldırmaq gərəkdir”, “məfhumsal olmaq pisdir” v.s. Düzgün yol təcrübəsi – bu, SEVİNCLİ arzuları, yəni şövq, intizar və digər NQ-larla müşayiət edilən arzuları, gercəkləşdirmək üçün səy göstərməkdir, bu arzuların, aşağıdakı iki sinifdən birinə aid olmaları şərtı ilə: 1) kədərlənmələrin (NE-ların, məfhumların, mexaniki, yəni sevincsiz, arzuların, pis hisslərin, mexaniki ayırd edici şüurun) aradan qaldırılması, 2) NQ-ların doğurulması (siyahıya “Effektiv Təcrübə Strateqiyası” fəslində bax). Mən, hər halda sevincli arzuları izləməyi tövsiyə edirəm, lakin, əgər onlar bu iki sinifə aid deyillərsə, bu, təyin olaraq düzgün yol təcrübəsi deyildir, buna başqa hər hansı bir ad vermək, məsələn, “ilkin mərhələlər” demək, daha məqsədə uyğundur.

İctimai məfhumlar, insanın kütlə içində, digər insanlarla və ya ictimai institutlarla (VVAQ, mağaza, polis, işdə əməkdaşlar v.s.) münasibətlərində olan davranışlarını nizama salırlar.

Məfhumlarla effektiv işləmək üçün, ən ağır olan məfhumsal xəstəlikləri ayırmaq və siyahı tutmaq  məqsədə uyğundur. Bu məfhumsal xəstəliklər insana o qədər dərin girmişdilər ki, artıq onların obyektiv olaraq baxılması və ya aradan qaldırılması bir yana, onlara adi bir işarə belə, ortaya dərhal çıxan parlaq NE-ların (həm parça-parça olunanların, həm sıxışdıranların) tam bir spektrı ilə əlaqədar son dərəcə çətin bir problemdir. Bu məfhumlara mən “əsaslı məfhumlar” deyirəm. Onlara bağlı çoxlu sayda NE-lardan əlaqədar təcrübəçi belə məfhumları özündə tapmağa bilər hətta! Onun üçün burada, bildikləri əsaslı məfhumların spektrindən, reaksiyalarını izləyərək, səni “qovmaq” üçün, digər təcrübəcilərə müraciət etmək məqsədə uyğundur. Hər zamana, hər mədəniyyətə olduqca tipik əsaslı məfhumların aid olması, məsələni asanlaşdırır.

Mexaniki üstünlüklər – “belə olsaydı, yaxşı olardı” mövzusuna dair fikirlər dəstidir. Qayda kimi sən düşünmürsən – bu əslində nə ilə “yaxşı” olurdu deyə, vərdiş bir sxemaya görə hərəkət edirsən, analiz etmirsən – bundan əvvəlki dəfələr, sənin “yaxşı” deyə hesab etdiyin şey meydana gəldiyi zaman, nə olmuşdu. Mexaniki olmayan üstünlüklər – bunlar, “filan şərtlər gücü ilə və mənim bildiyim filan qanunlardan dolayı mən, filan hadisələrin istənilən nəticəyə daha böyük bir ehtimal ilə getirəcəyini təhmin edirəm” hesabına əsaslanmış fərziyyələr.

Qayğılar – mexaniki üstünlüklərin xüsusi bir halıdır – “filan bir şəkildə olarsa, nə qədər qorxunc olar”, “allah qorusun ki bu olmasın” mövzusuna dair fikirlər dəstidir. Onlara eynı adlı NE müşahidə edir. Bununla belə, qorxduğun şey bundan əvvəlkilər də başına gəldikdən sonra əmələ gələn dəyişmələri sən analiz etmirsən. Əgər belə hadisələrin siyahısı tutularsa, bunu asan kəşf etmək mümkündür: sıx olaraq belə hadisələr nəticəsində həyat elə dəyişirdi ki, sonradan sən “hər şeyin bu şəkildə olmasını nə qədər da yaxşı” deyərək düşünürdün.

Dəyərləndirmələr – bu, bir grup qavramanın bəzi şkalaya uyğun olaraq təsviridir. Mexaniki dəyərləndirmə, sənin seçdiyin şkala ya mənasız olduğu, yəni sənin təcrübənin analizi üzərinə qurulmadığı, sənin tərəfındən mexaniki olaraq mənimsənmiş olduğu zaman, ya da əsla mövcud olmadığı və dəyərləndirmələrin sadə vərdiş olaraq və ya NE-ları dəstəkləmək məqsədi ilə formalaşdıqları zaman, əmələ gəlir. Əgər dəyərləndirmə, sevincli bir arzu nəticəsində və aydın ağıllı düşünüşün əsasında əmələ gəlirsə, o, qavramalar qrupuna yapışdırılmış qəti bir lövhə olmur və hər an sən onu söküb ata bilərsən, bu da şəhr cəminini əyilgən edir və sənə, mexaniki ayırd edici şüuru üstün gəlməsi üçün, bir sərbəstlik buraxır.

Mexaniki məqsədlər – “mən, buna nail olmalıyam”, “buna nail olmaq gərəkdir” mövzusuna dair fikirlər dəstidir. Bununla belə sən, əvvəlki mexaniki məqsədlərin reallaşdırmasından sonra meydana gələn dəyişmələri analiz etmirsən. Əgər belə bir analiz aparılırsa, çox sıx olaraq nəticədə sənin bir ümüd kəsilmə hiss etdiyini, saydığını əldə etmədiyini asanca kəşf etmək mümkündür. Mexaniki olmayan məqsədlər – bunlar, “mən, filan sevincli arzuyu reallaşdırmaq istiyirəm” kimi fikirlərdir. Fikirləri və arzuları qarışdırma! Gedib gezmək arzusu var və, “gedib gezmək istəyirəm” fikri vardır. Sevincli arzunu reallaşdırma (yəni mexaniki olmayan məqsədə nail olma) prosesi əsnasında mən, bu sevincli arzu və “arzuyu reallaşdırma vasitələri” olaraq göstərilən arzular arasında bir rezonansın olmasını izləyirəm.

“Aralıq məqsədlər” deyə adlandırdığımız, “vasitələr” dediyimiz arzulara uyğun olan fikirlər də eyni məqsədlər sinifinə aiddir. Əgər qayğanaq yemək arzusu varsa, demək, “qayğanaq hazırlamaq istəyirəm” məqsəd-fikir və, “ [filan şərtlər( bu şərtlərə, sevincli arzu da, ocağın varlığı da v.s. aiddir) və bildiyim filan qanunlardan dolayı] ocağı yandırmaq gərəkdir” aralıq məqsəd-fikir də vardır. Bu məsələdə olan qarışıqlıq, “məqsəd” kəlməsinin dilimizdə həm fikirləri ifadə etmək, həm də arzuları ifadə etmək üçün istifadə olunduğundan əmələ gəlir. Bu qarışdırılmanı aradan qaldırıb, aydınlığa gəlmək çox asandır.

Mexaniki dəyərləndirmələr – “bunu etməməli di”, “yaxşı bir insan” mövzusuna dair fikirlər dəstidir. Mexaniki olmayan dəyərləndirmələr – “onun belə və belə təzahürlərindən dolayı bunu və bunu hiss etdiyini təhmin etmək üçün məndə səbəblər vardır”, “özünü elə göstərdiyinə görə, mən onun davranışlarını filan davranışlar olaraq qiymətləndirirəm” kimi fikirlərdir.

Mexaniki interpretasiyalar, təsadüfi bir izafəyə, və ya mexaniki bir vərdişə əsaslanırlar, və ya NE-larla şərtlənmişlər, lakin onlar düşüncələrə arxalanmırlar. Məsələn, sən otağa girib bağırmağa başlayarsansa, məndə, bunun şahidi olaraq, bir inciklik əmələ gələ bilər və mən, onu dəstəkləyən  seçərəm: “o, sadəcə həyasız bir adamdır”. Lakin, əgər mən ağılla düşünən biriyəmsə, bir sıra şəhrlərin mümkün ola biləcəyini başa düşərəm – sən, bir sınaq qoyursan, və ya bu, belə bir zarafatdır, və ya sən əslində mənə bağırmırsan və sairə. Şərtlərə və mənim bildiyim qanuna uyğunluğa bağlı olaraq mən nəticədə müəyyən edərəm – təhminlərin hansi daha çox əsaslandırılmışdır. Daha sonra mən sənə suallar verə bilərəm, sənin davranışına baxa bilərəm, və əgər bunun üçün əsaslar ortaya çıxarsa, interpretasiyanı düzəldə bilərəm.

 

02-01-09) “Güclü məqsədlər” anlayışı daxil edək – nail olunması səni, fikrinə görə, daha xoşbəxt edəcək məqsədlər – universiteti bitirmək, evlənmək, karyera etmək, yapon dilini öyrənmək, əzələləri şişirmək və sairə. Bu məqsədlərə nail olunmama, özünə acıma və “əgər nail olsaydım, o zaman həyat olardı...” kimi fikirlərlə müşahidə olunur. Bu məqsədlərə nail olunma, heç kimsəni, təbii ki, daha xöşbəxt etmir, məqsədlərə nail olanlara və ya ən azından özünə baxanda, bunda əmin olmaq asandır, və o zaman sən spazmodik olaraq yeni məqsədlərə nail olursan, onlar da yenə və yenə səni xöşbəxt etmir, sən yenidən buna bəraətlər və izahatlar uydurursan, yəni məqsədlər qoyursan və bu sevincli arzular qəti olaraq ölüncəyə qədər və sən də onlarla bərabər qocalıqdan və marazmdan ölüncəyə qədər davam edir.

Qayda kimi insanlar, sürü instinktindən, və ya məfhumlarla, və ya NE-larla şərtlənmış olaraq, və ya sahib olmaq, XVH hiss etmək, başqalara təsir buraxmaq, məmnunluğu hiss etmək arzusu ilə şərtlənmış olaraq qabaqlarına güclü məqsədləri qoyurlar, nail olunan məqsədin əslində necə onları daha xöşbəxt edəcəyini düşünmək üçün bu məqsədlər artıq nail olanların həyatını araşdırmanı qayğıya qalmadan. Güclü məqsədlərə nail olma prosesində insanlar qayda kimi bildikləri NE-ların bütün spektrini hisss edirlər.

Əgər sənin məqsədlərin XVH, təsir göstərmək arzusu ilə şərtləndırılmışlərsə, o zaman sən şövq ilə dilləri öyrənirsən, müxtəlif kitablar oxuyursan, çox müxtəlif şeylərdən anlamağa başlayırsan, şeir söyləməyi, sürükləmək, anlatmağı öyrənirsən, ensiklopedist olursan, başqalarını öyrədə bilirsən, biliklərin və qabiliyyətlərin ilə heyran edirsən, kitablar yazırsan... və, təbii ki, bununla belə rəqəmlər, faktlar və hipotezlərlə dolu bir baş ilə, anatomiyanın bütün qanunlarına uyğun olaraq sadə bir əzələyə dönmüş bir qəlb və eynisinə dönmüş bir beyin ilə sən çoxlu sayda NE hiss edirsən və həyatını yenə də tam bir marazm və düşgünlük içində bitirirsən.

Sevincli arzu ilə rəhbərlik edilən bir insan da önünə məqsəd qoyur, lakin sevinci və məmnuniyəti elə indi, ona nail olma prosesinin hər anında hiss edir – sevincli arzuların xüsusiyyəti belədir, üstəlik məqsədə nail olma da, nail olmamada onun həyatdan aldığı zövqü dəyişdirmir.

Zəif məqsədlər olaraq mən, insanların qulağı batırılmış olmaq üçün, bozluğu və can sıxıntısını bir şeylərlə tıxamaq üçün önlərinə qoyduqları məqsədləri adlandırıram – bunlar, guya bir yerlərə gedən kimi gəlməsi üçün onların boşluqda qoyduqları bəzi nişanlardı. İrəlidə tam bir boşluq görünür, ancaq bunu düzgün etiraf etməyə kimin gücü çatır? Və o zaman onlar oraya – bilinməyən bir boşluğa – bir nişan atırlar, o, bir yerə sancılır və onlar ona doğru sürünərək gedirlər və, bütün hərəkət prosesində keyləşdirən, kütləşdirən, həyatın mənasızlığından ıztırab verici sakitlik tutması ilə növbələnən rahatlığı əldə edirlər və sonunda, məqsədə çatdıqları zaman, bəzən onlar bir dəqiqəlık cansız bir sakitliyi əldə edirlər və bu çuxurun içində sonsuz olaraq belə dolaşıb dururlar. Məsələn, sən televizor proqramına baxırsan və bu gün futbol yarışların göstəriləcəyini öyrənirsən, bir sakitlik hiss edirsən, çünki artıq axşamın doludur – məqsəd vardır. Sonra da sən dostuna telefon edəcəksən və arvadınla birlikdə qonaq gedəcəksiniz – pivə içəçəksiniz və onun bunun haqqında bir qədər danaşacaqsınız, səhər isə səni işin gözləyir və, deməkki, bunda düşünəcək bir şey də yoxdur – bu, tamamilə anlaşılan məqsəddir və o, bazar ertəsindən cumaya qədər məni yatızdıracaq, bazar günü isə biz kinoya gedəcəyik, indi isə mən axşam yeməyini yeməye gedəcəyəm və ən yaxın saatım da məşğuldur. Bütün bunlar, “zəif” məqsədlərdir, ancaq onların əsarətindən qurtulmaq son dərəcə çətindir. Mən onlara “zəif” dedim, çünki onlar parlaq, uzun sürən bir işartı kimi təzahür etmirlər – onlar, duman kimi bürüyürlər, ancaq bu duman, bərk tutub. Adi bir insanın günlük həyatı zəif məqsədlər olmadan mövcud deyildir. Onun bir şeylərlə məşğul olmadığı belə bir zamanı yoxdur, əgər belə bir zaman ortaya çıxırsa, ortaya dərhal qayğı, can sıxıntısı çıxır, və əgər tez özünə bir məşğuliyyət tapmazsansa NE-lar dözülməz gərginliyə qədər artırlar. Sən, son olaraq nə zaman sadəcə oturmuşdun, və ya gezmişdin, və ya hər hansı bir məqsəd olmadan yatmışdın? Sadəcə göy üzünü seyr edərək və ya, düşüncələrdən sərbəst bir halda, meşədə gezərək? Zəif məqsədlərin davamlı üst üstə yığılması sənin həyatından ölü, dadsız bir sıyıq edir.

İnsanlar arasında heç bir şey etmədən olmağı sına. Reaksiya, cəld və təcavüzkar olacaqdır – onlar, heç olmasa bir şeylər etmənin orbitasına səni yenidən fırlatmaq üçün bütün səyləri göstərərlər, bunun üçün  nail ola bildikləri bütün vasitələri seçərək – iztehzanı, qınamanı, inandırmanı, NM, düz zorlamanı. Heç kimsə durmamalıdır, heç bir zaman. Hər kəs təkərdəki sincablar kimi fırlanmaq zorundadır, hər kəsin problemləri olmalıdır. Bu, içində yaşadığımız cəmiyyətin yazılı olmayan qanunudur. Heç kimsə tikanlı telin dışında elə belə buraxılmaz, üstəlik baş keşikçilərdən biri – sənin şəxsi məfhumların və qorxularındır, axı bu çox qorxunçdur – bütün məqsədlərinin boş olduqlarını, bütün istiqamətlərin ancaq qapalı bir dairə içində apardıqlarını, bütün yığmaların və nailiyyətlərin bu anı necə – NE-larımı və ya NQ-larımı hiss edərək – hiss etdiklərində heç bir şeyi dəyişdirmədiklərini səmimiyyətlə etiraf etmək. Zəif məqsədləri aradan qaldırma təcrübəsi, əvvəlcə, dozasını almamış bir narkomanın keçirdiyinə bənzəyən bir şok ilə, NE-ların, spazmodik arzuların güçlü bir şappıltısı ilə müşayiət olunur, lakin bu “sınmanın”  üstün gəlməsindən sonra təəccüblü bir doluluğun, bütünlüyün NQ-sı əmələ gəlir. Sevincli arzular, qabaqcadan düşünülmə, və zəif məqsədlərdən qurtulduqca oyanan digər NQ-lar, bu bütövlük ilə nəinki zidd olmurlar, lakin, tərsinə, onunla rezonans edirlər.

Mexaniki fəaliyyət, həyatı tam doldurur, onu boz və mənasız edir, və bu dairəni qırmaq çətin olsa da, ancaq imkansız deyildir, məsələn sadəcə sənin sevincli səylərindədir. Son bir saat içindəki həyatına bax və de: sən bir şeylərlə məşğul deyilmidin məgər? Məgər fikirlər bir tərəfdən bir tərəfə dartınmırdılarmı? Gündə neçə dəqiqə təmiz zamanında sən məfhumlardan, NE-lardan, mexaniki arzulardan sərbəst olmadığın üçün ıztirab çəkirsən? Gündə neçə dəqiqə təmiz zamanında nurlu qavramaları hiss etmək üçün son bir ümidlə səy göstərirsən? Gündə neçə dəqiqə təmiz zamanında NQ-lardan rəfedilməz bir yanğı ilə tutulursan? Və, bütün bunlarla belə, sən, yəqin ki, bir şeylərə ümid edirsən? Axtarış, həqiqət və sevgi haqqında düşünürsənmi? Bu, açıqca bir axmaqlıqdır axı. İngilis dilini öyrənmək üçün də bu işə ciddi olaraq və uzun müddətə özünü vermək gərəkdir. Nəyə görə insanlar, kədərlənmələrdən qurtulmaq və NQ-ları hiss etməyi öyrənmək üçün, sadəcə bəzən bir krujka pivə içərək bu mövzu üzərində bir az danışmaq kifayət olduğunu hesab edirlər? Səndə heç bir şey dəyişilməz, əgər öz axtarışına, öz təcrübənə özünü tam verməzsənsə – gündən günə, saatdan saata, dəqiqədən dəqiqəyə. Məgər bunu başa salmaq gərəkdirmi? Gündən günə sən televizor seyr edirsən, seks ilə məşğul olursan, döşəmələri yuyursan, yemək hazırlayırsan, daha çox bir maaşı, parlaq bir maşını və gözəl paltarları xəyal edirsən, çox yemək yeyirsən, əzələlərini şişdirirsən və ağlını məşq edirsən, arası kəsilmədən NE və ya ME hiss edərək, lakin bütün bunların içində kədərlənmələrdən sərbəst olmağa, NQ-ları hiss etməyə cəhd haradadır? Günün 10 saatını çalışırsan, çörək qazanmaq üçün, amma  çörəyəmi? Yoxsa bullur əşyayamı – çılçırağamı – qarnituramı – maşınamı – bağ evinəmi – arvadının şıltaqlarınamı – dostlarının həsəd aparmağınamı? Sonra da həmin insan, həqiqətin nə qədər da tutlmaz olduğunu həyacanlı bir ifadə ilə bildirir!

Zaman keçir və ildən ilə insanlar bəzi planlarını bir başqaları ilə dəyişdirirlər, onlara nail olub olmamasına baxmayaraq. Sonu olmayan bu sıra heç bir zaman dayanmır. “Daha sonra bir gün özü üçün yaşamaq” müəyyən olmamış ümüdü heç bir zaman dayanmır, lakin bu heç bir zaman öz özünə meydana gəlməyəcək, heç bir mexaniki sevincsiz arzu heç bir zaman buna götürməz. Birincisi, işlər heç vaxt bitmir. İkincisi, insan əvvəlki məqsədlərinin mənasızlığını başa düşdüyü anlarda onu dəhşət bürüyür və o əsəbi bir halda yenisini axtarmağa başlayır. Üçüncüsü, heç olmasa qısa bir zaman üçün “özün üçün yaşamaq” imkanı çıxdığında, özün üçün yaşamanın necə bir şey olduğunu insanların əslındə bilmədikləri ortaya çıxır, axı onlarda sevincli arzular artıq yoxdur! O zaman onlar “xobi” icad edirlər – onlara, sahib olma məmnunluğunu hiss etməyə və ya başqalarına təsir bağışlamaq imkanı verən bir məşğuliyyət, bu da qaçınılmaz olaraq yeni NE-lara, yəni mexaniki məqsədlərə aparır.

Mən, bu qapalı dairənin içindən qurtulma üsulu təklif edirəm – məfhumsal əngəlləri aradan qaldıraraq, sevincli arzuları, yəni nurlu qavramalarla – simpatiya, intizar, gözəllik hissi, sir hissi, yönəlmə hissi v.s. ilə – müşaidə edilən arzuları izləmək. Sevincli arzulardan qopmuş olaraq formalaşan, onlarla rezonans etməyən hər hansı bir məqsəd ancaq eynı NE-lara gətirir. Bir ovcuya dön – sevincli arzuların hər cür, hətta ən zəif, ən xırda olanlarını belə izlə və axtar, onları gerçəkləşdir və o zaman onlar güclənməyə, dərinləşməyə, genişləməyə, kədərli qavramaları aradan götürmək, nurlu qavramaları çəkməyə başlarlar. Məfhumsal məqsədlərdən qurtuluşun kriteriyası – qabaqcadan sezmə, hər anın sirrinı yaşamaqdan gələn məftunluqdur.

Yerdən və zamandan asılı olmayaraq milyardlarca insan eyni yoldan gedirlər: doğulma – yığım – sahib olma – ölüm. Boş zaman son dərəcə zəhmətli olmağa başlayır, axı bu “özünü nə ilə məşğul etmək” problemi ilə ıztırab verici bir çarpışma deməkdir, onun üçün hər kəs spazmodik olaraq bütün zamanını ola bildiyincə sıx doldurmağa çalışır. Və, əgər insan bir müddət üçün fəaliyyət xaricində qalırsa, o, ətrafında olan dünyanın irəliyə, bir yerlərə getdiyini, özünü də bir yol kənarında hiss edir, ilk rast gələn yəhərə atlayır və dalınca gedir. Onlar beləcə keçib gedirlər və onların qaldırdıkları toz gah qalxır, gah da oturur.

 

02-01-10) İnterpretasiyalar arasında ayrı bir sinifə məna, əlaqə, təxsis etmə interpretasiyalarını ayırmaq mümkündür, başqa bir sinifə də – şərtlər interpretasiyalarını, bunlarıdakı digər insanların davranışlarının interpretasiyalarına, “əşya davranışlarının” interpretasiyalarına, öz davranışının interpreyasiyasına və sairə olaraq bölmək mümkündür.

Mən, bir hadisə sadəcə bir hadisə olduğunu, “bir şey üçün” və “onun üçün” hadisəsi olmadığını anladığım zaman, onda bu, mexaniki interpretasiyaların aradan qaldırılmasını asanlaşdırır. Bəzı insanlar ciddi olaraq düşünürlər ki, əgər ulduzlar varsa, deməli, bu kiməsə lazımdır, və əgər bitkinin yarpaqları bitirsə, deməli, bu, xlorofil yetişdirmək “üçündür”. Bu – mexaniki interpretasiyaların ən son formasıdır, ancaq ondan çox adam əziyyət çəkir. Cəmlərinə “ətrafdakı dünyanın hadisələri” dediyimiz qavramalar sadəcə mövcuddurlar, və nə “əxlaq” qavraması, nə “ədalət” qavraması, nə də “məna” qavraması vardır, çünki bir şeydə “məna” fikrinə gəlmək, “təyin” və ya “təxsis” interpretasiyanı daxil etmək deməkdir, bu da təmiz bir xəyaldır, çünki heç kimsədə belə “təxsis” kimi bir qavrama yoxdur. Bunu ağılla anlamaq çox asandır, lakin hər şeydə “məna”, “təyin”, “mistik əlaqə”, “cəza” və digər şeytanları axtarmaq xəstə vərdişdən qurtulmaq çox çətindir. Əsrimizi, ateizm əsri olaraq sayırlar, bu da, təbii ki, büsbütün yanlışdır, çünki az qala hər kəs primitiv mövhumatlarla, “mənalar”, “əlaqələr”, işarələr” və “əhəmiyyətlər” fikrinə gəlməklə xəstədirlər.

Məsələn, “əlaqəyə” baxaq. Əgər klaviaturada bir düymə basılarsa, onda ekrana bir hərf çıxar. Ağılla düşünən insanlar, düymənin basılması və hərfin çıxması arasında “bir əlaqə var” dedikləri zaman, bunu nəzərdə tuturlar, lakin “əlaqə” kəlməsinin günlük dildə tamamilə maddi olan bir şeyi daha – ipi, zənciri – bildirdiyinə görə, ortaya əhəmiyyətlərin qarışdırılması çıxır (əsil bunun üçün mən, bu kontekstə “əlaqə” kəlməsinin istifadəsini məqsədə uyğun olmadığını düşünürəm və bu kəlməni başqa bir kəlmə ilə dəyişdirməyi təklif edirəm) və nəticədə insanlar, düymənin basılması və simvolun çıxması arasında, maddi bir şey olan, qavramaların müəyyən bir dəsti olan bir “əlaqənin” olduğuna inanmağa başlıyırlar, bununla belə heç bir belə qavrama yoxdur və “əlaqə” kəlməsi, ancaq onunla bildirilən şeyi bildirir, yəni “düyməni basıram” qavramasından sonra “ekrana bir simvol çıxır” qavramasının var olduğunu. Bu anlayış olmadığında (o isə başdan-başa hər kəsdə yoxdur) geri qalan məfhumlar da bol-bol yetişməyə başlayırlar– karma, cəza və sairə haqqında.

Belə düşüncələr həddindən artıq çətin gələ bilər, ancaq daha yaxın bir baxışda onlarda çətin heç bir şey tapılmır – bu ən ilk dəfəsində anlamaq üçün çətin gəlir, həm də bu çətinlik, düşüncələrin özündə deyil, olmayan qavramaların tamamlama inersiyanın aradan qaldırmasında, xəyalsiz qalmaq qorxusunun aradan qaldırmasındadır. Aydınlıq gəldiyində isə, o daha sonra geri qalan başqa belə vəziyyətlərə asanlıqla yayılır və aydınlığa sahib olmanın çox gözəl bir şey olduğu ortaya çıxır.

 

Tipik bir dialoqun misalını gətirirəm:

- Ana və uşaq arasında bir əlaqə vardır.

- Onu necə qavrayırsan?

- Uşağım dünən özünü pis hiss edirdi, mən də özümü pis hiss edirdim.

- Deməli, özünü pis hiss etdiyinə bağlı onun sözlərinin qavraması var, “o, özünü pis hiss edir” deyə interpretasiya etdiyin onun davranışının qavraması var, və “mən özümü pis hiss edirəm” deyə adlandırdığın sənin qavramaların vardır. Lakin “pis” necə bir şeydir? Bu kəlmə ilə eyni şeyi adlandırdığınızdan əminmisinizmi? Sənin “pis” halının sadəcə ona “pis” olduğu zaman bu “pisi” hiss etmək vərdişindən meydana gəlmədiyindən əminmisənmi? Onun hüznlü olduğunu görürsən və səndə ona qarşı bir acıma meydana gəlir – ikinizə də “pisdir”. Burada “əlaqə” qavraması isə haradadır?

- Aramızdakı əlaqə elə budur – ona pisdir, buna da pisdir.

- Ancaq bu “əlaqə” deyil ki, bu sadəcə hansısa şərtlərdə bir dəst qavramaları hiss etmək vərdişidir.

- Xeyr, bu bir əlaqədir, axı o özünü pis hiss edirdi və mən də özümü pis hiss edirdim.

Və beləcə davam edir. Əgər aydınlığa nail olmaq üçün səmimi səylər yoxdursa, anlatmaq imkansızdır.

Digər insanların davranışlarının interpretasiyalarına baxılırsa, burada da hər şey eynıdir. İnsanlar və onların davranışları – sənin üçün bu sadəcə onların var olmaları haqqında başqa bir şey söyləməcəyin SƏNİN qavramalarının spesifik bir dəstidir. Sərçə havaya uçdu – görəsən bu səndə NE çağırırmı? Xeyr, çünki sən buna bir “təbiət hadisəsinə” olaraq baxmağa alışdın (bu da, yeri gəlmişkən, bir abstrakt məfhumdur). Yoldan keçən biri hirslə söyüşdü. Bu NE çağırırmı? Təbii ki, çünki başqa bir vərdiş işləməyə başlayır, çünki yoldan keçən birinə sən “təbiət hadisəsinə” olaraq baxmırsan, ona “şüur”, “iradə” verirsən (bu da, yeri gəlmişkən, bir abstrakt məfhumdur), ona görə də başqa davranış stereotipləri işləməyə başlayır, yəni NE meydana gəlir. Əgər söyüş söyən insan qavramasının sadəcə “xarici dünyanın hadisəsi” deyərək (bu da, yeri gəlmişkən, bir abstrakt məfhumdur) adlandırdığın SƏNİN qavramalarının belə bir dəsti olduğunu anlayırsansa, onda NE halında təsirlənmə stereotipi əmələ gəlməyə bilər. Üzərinə böyük bir dəniz dalğası gələn zaman sən yumrulanıb ona qarşı dirənirsən –məgər bunun yanında sən ondan nifrət edirsən? Xeyr, sən hətta sevinc, heyranlıq, coşqu hiss edə bilərsən, halbuki dalğanın sənə deyə biləcəyini, həm də çox böyük bir şiddətlə deyə biləcəyini, anlayırsan, bəzən də dalğalar hətta öldürə bilir. Üstünə sərxoş biri düşəndə, sən eyni şeyi edirsən – ona qarşı dirənirsən, fəqət vərdiş olaraq onun davranışını arzuların mexaniki bir şəkildə o yerdə bir araya gəlməsinin nəticəsi olaraq aydınlaşdırmırsan, hər hansı bir “onu” düşünüb fikrinə gəlirsən, və “onun” “məcbur” olduğu haqqında olan məfhumlar olduğuna görə, sən NE hiss edirsən.

Sən, qohumlarının onları digər insanlardan ayıran, sənə daha “yaxın” edən xüsusi keyfiyyətlərə sahib olduqlarına inanırsan. Fəqət, “qohumluq əlaqəsi” kimi heç bir qavrama yoxdur axı, sən onu düşünüb fikrə gəlirsən və daha sonra bu xəyal üzərində qurulmuş olan stereotipləri izləyirsən. Bu qadının, zamanla ondan sirli bir surətlə sənin “özüm” deyərək adlandırdığın şey meydana gəldi, bir uşaq doğmuş olduğundan nə çıxır? Bundan, sizin ortaq maraqlarınızın olacağı, onunla yaşamaq və təmas etmək sənin xoşuna gedəcəyi çıxırmı? Və, onunla bərabər onun əri, atası, qardaşları, qardaşının arvadı, onların uşaqları, nənəsi, babası, onların dostları ilə də... məgər bu biabırçı axmaqlıq deyilmi? Sənin bir uşaq doğmuş olduğundan isə nə çıxır? Sənin qarnında olan bu heç tanımadığın bir insanın artıq sənin üçün maraqlı, yaxın olmaq “zorunda” olduğu mənasına gəlirmi? Və, onunla bərabər onun gələcəkdəki arvadı, uşaqları, arvadının qardaşı, arvadının qardaşının uşaqları da... Qohumların “yaxınlığı” haqqında olan məfhum, iki nadir xüsusiyyətlərə malikdir: a) o, bizim cəmiyyətdə ən əzizidir, b) onun mənasızlığı, əsassızlığı, yerdə qalan həyat təcrübəsinin bütün olan ziddiyyəti o qədər böyükdür ki, bunu görməmək mümkün deyil. Fəqət, bu mövzü üzərində səmimi bir şəkildə düşünmək, öz sevincli arzularına uyğun olaraq, bu məfhumun tərsinə, hərəkət etməyə başlamaq üçün hər hansı bir təşəbbüs, qohumlar tərəfindən son dərəcə güçlü bir kinə məhkumdur və bunu dəyərləndirməmək – özünü təhlükəyə məruz buraxmaq deməkdir. Yeri gəlmişkən, “yaxınlıq” haqqında. Oğul və ya qız, valideynlərinin onun üçün az maraqlı olduqlarını bilən kimi, öz sevincli arzularını izləməyə başlayan kimi, valideynlərinin ona qarşı hiss etdikləri “yaxınlıq” dərhal çox qəribə bir şəkil alır, o da – kin şəklidir. Məqalələr məcmuəsində mən təcrübəçilərin bu mövzu üzərindəki məqalələrini yerləşdirəcəyəm, və hər ikincisi, hər üçüncüsü deyil, on təcrübəçidən doqquzu valideynlərinin, onun üçün onlarla olmasının maraqlı olduğu rolunu aparmağa buraxır, NE-ları aradan qaldırmağa, səyahət etməyə, sevincli arzuları izləməyə başladığını görüncə öz “sevgili” və “yaxın” uşaqlarına gerçək bir savaş elan etmələri ilə qarşılaşır – onu qaçırırlar, kilitləyirlər, bağlayırlar, psixiatristlərə təslim etməyə çalışırlar ( bu, bizim zamanımızda da hələ mümkündür. Psixiatriya əvvəlki kimi təcavüzkarların əllərində bir dəyənək olaraq qalmaqdadır. Qohumların qarşılıqlı cinayətkar anlaşmaları ruhi xəstəxanasında bağlamalarına və preparatlarla iynəmələrinə tam gətirə bilər – sən, dinc və səssiz bir kötük olursan və qohumlar məmnun olurlar) və hətta öldürməyə çalışırlar! Bu məsələnin həlli üçün polisi cəlb edirlər və polis, xidməti borcunu vicdanla yerinə yetirir – itaətsiz həddi-büluğa çatmış (!!) uşaqlara bağırır, qorxudur, onları həps (!!) ilə təhdid edir. Sevən valideynlər, mənim bir sekta sahibi olduğum, qızlara təcavüz etdiyim, onları fahişəxanalara satdığım, onları “zombi” etdiyim (??) haqqında orqanlara ərizələr yazırlar, mənə, bu kitabın müəlifi kimi, öldürmə təhdidi ilə məktublar yazırlar və hətta məni, bir əntər kimi, öldürmək niyyətlərini tamamilə ciddi bir şəkildə düşünürlər və açıq olaraq bəyan edirlər. Buradan da gələcək təcrübəçilərə bir məsləhət – əgər qohumlarına DYT ilə tanış olmaq imkanını vermək istəyirsənsə, onlara mənim kitabımı digərləri ilə – Oşo, Kastaneda, Gurciev v.s. ilə – bir dəstədə ver. Qoy özləri seçsinlər, sən isə öz yolunu özün seç, “aydınlaşma” ilə məşğul olma – bu, perspektivsızdır. Əks halda – “yaxınlarının” sənə elan edəcəkləri ölüm savaşını gözlə.

“Qohumluq əlaqələrinin” düşüncələrdə tamamlanmış bir xəyal olduğunu düşüncə ilə anlamaq, müxtəlif “mən məcburam” kimi ifadə olunan onun hərəkətini aradan qaldırmaq üçün kifayət deyildir. Mexanizmaların hərəkətlərinin gerçəkdən aradan qaldırılması üçün mən, qohumların tam geniş əhatəli araşdırmasını aparmağa məsləhət verirəm. Onların necə insanlar olduqlarını, sənin üçün əslində nə qədər yaxın və maraqlı olduqlarını araşdır və anla. Cavabları sənin üçün önəmli olan yüzlərcə sualdan ibarət olan bir siyahını hazırla, onlardan bu suallara cavab vermələrini rica et, bu istəyini əsil onları daha yaxşı tanımaq istədiyinlə əsaslandır. Qoy bu suallar arasında seks haqqında da, NE haqqında da suallar olsun – səni əslində həyəcanlandıran, maraqlandıran hər şey. Daha sonra onların cavablarını qərəzsiz olaraq gözdən keçir və bu cavablara görə öz səmimi fikrini qur. Dəqiqləşdir, əlavə suallar ver – bunu araşdır və anla.

Şərtlərin interpretasiyası sualına keçək. Sən, ayağını daşa bərk vurduğunda, meydana “lənət olsun, yatır burada...” deyə bir fikir gəlir. Bir kitabı açarkən o artıq üçüncü dəfə əlindən düşdüyündə, meydana “nə olur bu belə” deyə bir fikir gəlir və sən, hirslənməyə başlayırsan. Səndə mexaniki interpretasiyaların varlığına şahidlik edən belə təzahürlər doludur – diqqətlə baxmaq kifayətdir, və həyatın onlarla  tam mənası ilə işlənmiş olduğunu, hər anın interpretasiyalarla doldurulmuş olduğunu görərsən. Sən, kitabın birinci dəfədə açılması “gərəkdiyini” “bilirsən”; sən, daşın yolda olmaması “gərəkdiyini” gözləyirsən; sən, qonşu uşağın birinci olaraq salam verməsi “gərəkdiyindən”, sənin oğlunun isə daha yaxşı oxuması “gərəkdiyindən”, hökümətin də daha doğru bir siyasəti aparılması “gərəkdiyindən”, yəni soyuducunun isə dərhal pozulmaması “gərəkdiyindən” əminsən. Şərtlərin mexaniki interpretasiyaları – hər yerdədir, onlarla bütün həyat sarılmışdır.

Və sən, mexaniki interpretasiyaları aradan qaldırmağa başladığın zaman, xüsusi bir təzəlik, nurlu qavramalar meydana gəlir. Çox uzaq uşaqlığında sən interpretasiyaların yükündən sərbəst idin, dünyaya sadəcə geniş açıq gözlərlə baxırdın, və mexaniki interpretasiyalar aradan qaldırılarkən, sən uşaqlıq təəssüratlarının təzəliyinin döndüyünü hiss etməyə başlayırsan. Dünya, daha dərin, daha geniş, daha yüksək, daha möhtəşəm, daha heyranedici, daha aydın olur, onda əvvəlkiləri daha doğmadan dərhal basdırılan qavramaların yeni ölçüləri yetişir.

İnterpretasiyalar –  qəti məfhumsal strukturlar halında qruplaşan fikir pıxtılarıdır. Bunu görmək asandır. Sən, küçə ilə gəzdiyin zaman, indi “qış” olduğunu bilirsən. Evə gəldiyin zaman, pəncərənin arxasında nələrin olduğunu bilirsən. İşə getdiyin zaman, məhz oraya gələcəyini və orada alışıq şeylərin olacağını kəsin olaraq bilirsən. Mən, adımı bilirəm. Hansı ölkədə yaşadığımı, necə insanların ətrafımda olduqlarını bilirəm. Bütün bunlar, qəti bir şəkildə bərkidilmiş interpretasiyalar cəmidir və məndə, adətən görmədiyim şeyi görmək imkanı yoxdur. Mən, əgər bir “ağac” görürəmsə, “bilirəm” ki, “ağac” – budaqlar, gövdə və yarpaqlardır və mən, yarpaqlar arasındakı aralıqlara diqqət yetirmərəm, kölgələrin oyununu görmərəm və onunla sirli bir şəkildə rezonans edən gözəllik və qabaqcadan sezmə duyğularını yaşamaram. Mən, sevincli bir arzunun parıltısına diqqət yetirmərəm, dönüb başqa bir tərəfə doğru getmərəm – axı mən mağazaya getdiyimi “bilirəm”.

Səyahət etmək mənim xoşuma gəlir – tanımadığım bir şəhərdə dolaşmaq, ən gündəlik şeylərə baxmaq və təzəliyin, ayrılığın təəcüblü hisslərini, sadəcə burada heç bir şeyi tanımadığım, burada daha əvvəl olmadığım və bu tinin arxasında məni nələrin gözlədiyini bilmədiyim üçün, hiss etmək. Mən, burada heç kimsənin məni tanımadığını bilirəm və özümü sərbəst olmuş hiss edirəm. Bir və ya iki dəqiqədən sonra nələr hiss edəcəyimi bilmirəm – heç bir şey proqramlanmamışdır, vərdişlər hələ yaranmayıb. Ya bunu lap burada və indi – öz evində, işində, nəqliyyatda – hiss etməyə sənə əngəl olan nədir? Sadəcə özünü “evində” qavramaq vərdişi, bu eyni anda bozluğu hiss etmək vərdişidir, duyğusuz, yorğun olmaq, heç bir şeyi gözləməmək, öz arzularına, nurlu qavramalara qulaq verməmək vərdişi. Mən, başqa bir şəhərdə yaşadığımı, məni burada heç kimsənin tanımadığını, mənim əslində mən olmadığımı təsavvür etdiyim zaman, həyat oyanır, sevincli arzular kəskinləşirlər. Fəqət, təbii ki, dərhal belə bir fikir əmələ gəlir: “bütün bunlar oyundular, gerçəkdə isə mən harada olduğumu bilirəm” və hər şey yox olur, yenidən iqtidara gündəlik bozluq gəlir. Aydın düşüncəli şüur, nurlu qavramalara zidd olmur, təbii ki, lakin belə bir “unutma” təcrübəsi ilə, vərdiş olaraq bu və ya bu durumlarda təzahür olunmayan NQ-ları həyata çağırmaq, onları yadda saxlamaq və interpretasiyalardan bağlı olmayaraq hiss etməyə məşq etmək mümkündür. Və bundan öncə olmamış qavramalar təzahür olduqlarına görə, bu, əvvəlki “mənin” – artıq bu “mən” olmadığı mənasına gəlir, axı “mən” – sadəcə bu yerdə təzahür olunan qavramalar cəminin göstərilməsidir.

Biz, hər dəqiqə, hər saniyə özümüzü aldatırıq, bütün bunlar artıq məlumdur, tanışdır deyərək. Nə var, nə olacaq, bir dəqiqə sonra harada olacağam v.s. məlumdur. Başdakı kompyuter dayanmadan çalışır, və o çalışmağa davam etdikcə, əmin ol – sənin tərəfındən lap indi hiss etməsi mümkün ola bilən maraqlı şeylərin 99 % yanından keçir. Dünyaya, onun sərhədlərindən çıxmağa izin verməyən bir təsvirlər sxeması qonur.

Mən, səhər oyanıram. Mən deyirəm ki – mən evdəyəm, bu mənim evimdir, mənim mənzilimdir, mənim şəhərimdir, mən bunları və bunları edəcəyəm, filan planlarım var, küçədə yağış yağır, iyrəncdir, tutqundur, perspektivsizdir... bu təsvirə bağlı assosiasiların və vərdişlərin bütün bir sırası ortaya çıxır və mən, boz, boş bir məxluq oluram.

Mən, səhər oyanıram. Mən, kədərlənmələri aradan qaldırmaq üçün səy göstərəcəyimi bilirəm, onun üçün mümkün olan hər şey baş verə bilər. Mənim harada və kim olduğumdan bağlı olmayaraq yeni bir şey açıla bilər, həyat hər an dəyişə bilər və bu, bir az qorxuducudur, fəqət çox maraq oyandıran bir şeydir. Və, həyatım, qavramalarımı və dünyaya qarşı münasibətlərimi stereotiplərin əsarətindən sərbəst edən hərəkətlərə əl atıram, özəlliklə dəyişə bilər. Və mən, həyatın nəbzinə toxunduğumu hiss edirəm və dərhal burada gerçəkdən qəribə şeylər baş verməyə başlayır – maraqlı, yeni fikirlər, təzə əhvallar, yeni və ya artıq tanıdığım NQ-ların parıltıları əmələ gəlir, mən başqa cür davranmağa başlayıram, lap mənim içimdə yol açılır.

Əvvəllər mən tez-tez şiddətli bir sevmək ehtiyacını hiss edirdim, fəqət başımdakı  kompyuter deyirdi ki – sən sevmək istəyirsən, ancaq heç kim yoxdur ki! Məni heyran edəcək, ona qarşı sevgiyi hiss edə biləcəyim belə bir insan bu an yanımda yoxdur. Və dərhal hər şey boz, sönük və iyrənc olurdu. Belə aylarla davam edə bilərdi, mən eşqi yaşayacağım bir kimsəm olmadığı üçün eşqi yaşamadığım zamanlar. Və bir gün özümə belə bir sual verdim – əslində nə fərqi var? Mən eşqi indi hiss etmək istəyirəm. Onu indi hiss etmək üçün heç kimsəyə olmadığı önəmlimi? Bəlkə belə bir insanı xəyal etsəm necə olur ki, mən eşqi yaşamaq istəyirəm, onu kimə qarşı yaşamaq isə – önəmlimi? Mən, qızı xəyal etməyə sınadım, bir sürət alındı və mən anladım ki, xeyr, abstrakt bir sürəti sevmək olmur. O zaman sualı başqa cür qoydum – bəlkə də eşqi, əgər onunla qarşılaşdığım halda sevə biləcəyim bir qızın bir yerlərdə olduğu hipotezini qəbul etsəm, yaşaya bilərəm. Gözlərim onu görmür, onun haqqında bir şey bilmirəm, ancaq sevmək arzusunu yaşamağım o deməkdir ki, mən onu hiss edirəm və sevirəm. Və nə üçün mən sevmək istəyimi və bacarığımı düşüncələrlə öldürməliyəm? Bu eynən belə bir şey demək kimidir: indi gecədir, sevgilim, çox qaranlıqdır, mən səni görmürəm – necə səni sevə bilərəm? Giclikdirmi? Giclikdir. Bu vəziyyətlər isə bir birinə çox bənzəyir – sevdiyim qızı görmürəm,eşitmirəm, onun varlığı haqqında bir şey bilmirəm, fəqət məhz əsil eşqi yaşamaq ehtiyacı, onun haqqında bilavasitə bilgidir. Belə bir hipotezi qəbul edib eşqi yaşaya biləcəyimi kəşf etdim! Özümü o an bir az çılğın hiss edirdim, bir sıxılma yaşıyırdım, çünki ağıl, “nə edirsən, tanımadığın birini necə sevmək olar ki? Bu bir sərsəmləmədir...”, deyərək fısıldayırdı. Fəqət, sərsəmləmə və ya sərsəmləməmə, ancaq seçim çox adidir – ya lap indi mən bunu yaşayıram, ya da yaşamıram. Mən yaşamağı seçdim, bununla nurlu qavramanın düz doğurmasını gerçəkləşdirərək, sevdiyim bir qızın yoxluğu haqqında olan məfhumları ilə dəstəklənən bozluğu aradan qaldıraraq. Əgər bir kimsə mənim həyacanlarımı xəyal, və ya axmaqlıq, və ya çılğınlıq olaraq adlandırırsa – mənim üçün bu fərq etməz, çünki mənim bu an yaşadıqlarım XOŞUMA GƏLİR, belə həyacanların nəticəsində həyatın necə deyişdiyi xoşuma gəlir.

Konkret bir adama yönəlmiş bir eşqi daha sonralar, dayana bildiyim qədər, mən yaşamışdım. Sevgilimlə olan şəxsi münasibətlərimiz buna əngəl olmurdu, axı bizim şəxsiyətlərimiz kəsişmirdi və mənim NE-lara qarşı o zaman olan meylim eşq üçün əngəl olmurdu. Bu eşq, nadir özəlliklərə malik idi – onun konkret bir adama yönəlməməsi bir yana, dahası o mənim içimdən də çıxmırdı! Mən, heç bir yerdən başlamayan, və məni deşərək, heç bir yerə getməyən bir eşq axımının yolunda idim sanki. Sonralar belə bir eşqın təcrübəsi mənə, sahiblik, qısqanclık v.s. NE-ların qatışığı olmadan  konkret bir insanı da sevməyi öyrətdi. Eşq, NE-ların və ME-ların cır qarışığı yox, məhz bir Həyəcan oldu.

Həyatın məhdud olduğunun yanlış “anlaşılması” kimi heç bir şey həyatı bu qədər məhdudlaşdırmır. Mənim eksperimentlərim belə bir nəticəyə gətirdilər: emosiyalar – “mənim” ayrılmaz bir parçası deyildir, onları istəyə görə seçmək mümkündür. Və, nəyi istədiyimi düşünməyə başladığım zaman, mən gördüm ki, NE-lar – mənim inersiya üzrə daşıdığım bir bagajdır və mən onu üzərimdən atmaq istəyirəm. Beləcə mən önümə NE-lara son vermə problemini qoydum və onun həlli asan olmasa da, ancaq son dərəcə maraqlı bir iş oldu.

 

 02-01-11) İnsanın həyatında olan dəyişmələr onun yeni həpsxanası olur, çünki sevincli arzuları gerçəkləşdirmə səyləri deyil, NE-lar, məfhumlar, qorxularla şərtləndırılmış mexaniki arzuların təsiridir. Məsələn, sən evlənirsən, ancaq bu, və bu insanla yaşamağa sevincli bir arzunun olmasından dolayı deyil, bu, “lazımdır”, “zamanı gəldi”, “münasib”, “əlverişlidir”, “rəfiqələrim tövsiyə edir”, “qanunla seks ilə məşğul olmaq mümkündür”, “uşaq doğmaq zamanı gəldi, nə də olsa qadının vəzifəsidir...”, “adam sanki yaxşıdır” və sairə olduğu üçündür. Kameradan kameraya keçirsən, bağlılıq obyeklərini və kədərlənmə çeşidlərini dəyişdirirsən, həyat isə, sənin necə davranacağından asılı olmayaraq, elə o eyni iztirablar mənbəsi olaraq qalır. İnsanlar üçün bu tövsiyə tamamilə uyğundur: “nə edirsən et, yenə də peşman olacaqsan”.

Özünü həbsdə tutma üsullardan biri – interpretasiyanın mexaniki olaraq seçimidir, yəni düşüncələr və ya NQ-lar ilə rezonans köməyi ilə deyil, avtomatik olaraq, yəni vərdiş etibarı ilə, NE-lar və məfhumların təsiri altında, ondan sonra interpretasiya hadisəyə bərk yapışır, və mümkün olanlardan biri olaraq deyil, “gerçək özün” ifadəsi olaraq qavranmağa başlayır. Avtomatik interpretasiyalarla əhatə olunmuş məfhumlar xüsusi bir qatılıq qazanır, insan üçün bir “dayanaq” olurlar, bu “dayanağın” ona necə ıztırablar gətirdiyindən asılı olmayaraq, və qorxular artıq zehnin bu sahəyə girməsinə izin vermir. Məsələn, əgər səndə “uşaq dərslərini etməlidir” məfhumu varsa və “bu mənim uşağımdır” interpretasiyası varsa, artıq zavallını heç bir şey qurtarmaz – onun sevincli arzuları necə olursa olsun, o dərslərini nifrət edənə qədər oxuyacaqdır. Fəqət, əgər “mənim uşağım” haqqındakı məfhum araşdırılarsa və “mənim uşağım” interpretasiyası yerinə “öz sevincli arzuları olan, öz həyatını özü seçən sərbəst bir insan, özü öyrənəcək, və bu arada, onun öz seçimi nəticəsi meydana gələn nəticələrdən özü dərs alacaq” interpretasiyası seçilərsə, o zaman sənin “uşaq məcburdur” məfhumun da açığa çıxacaq, araşdırmaq üçün əl çatan olacaq, sənin üzərində əvvəlki hökümətini itirəcək, inanılmaz sayda çeşidli NE-ların mənbəsi olmaqdan çıxacaq və, bundan başqa da, sənin uşağında acımasız zorlamadan qurtulmaq, öz sevincli arzularını yaşamağa və gerçəkləşdirməyə başlamaq, həyatı yaşamağa başlamaq şansı ortaya çıxır.

Bir ət parçasına baxarkən insan ləzzətli bir axşam yeməyini görür, vegetarian isə – heyvan cəsədindən kəsilmiş bir vücud parçasını görür. Hər iki halda da ət parçası eynidir, fəqət interpretasiyalar köklü bir şəkildə bir birindən ayrılırlar və iki halda da insanlar bu interpretasiyanın yeganə gerçək olduğunu sayırlar. HƏR hadisə və hal işıqlandırılır, hətta ən önəmsiz olanı belə.

İnterpretasiyanın seçiminə, məfhumlar və vərdişlər dəstləri rəhbərlik edir, fəqət başqa cür yaşamaq mümkündür. Məsələn, səni işdən çıxardılar.

Əgər sən NQ yaşamırsansa, meydana bu hadisənin NE-ların əmələ gəlməsi üçün bir səbəb olaraq alışıq interpretasiyası gəlir. Əgər mən təcrübə ilə məşğul oluramsa, çox başqa interpretasiyalar əmələ gələr: “a) güclü NE-ları aradan qaldırmada məşq etmək imkanı ortaya çıxdı, və əgər mən onları aradan qaldıraramsa, NE-ları aradan qaldırma vərdişləri daha mükəmməl olar, NQ-lar daha aktiv bir şəkildə təzahür olunmağa başlarlar; b) mən, qüsursuz bir şəkildə aradan qaldıra bilmədiyim çox sayda mexaniki vərdişlərin formalaşdığı bir mühitdən atıldım və yeni şəraitlərdə mən dərhal yeni vərdişlər qurmağa başlaya bilirəm; c) bilinmir – həyat indi necə dəyişəcəq, necə yeni imkanlar qabağıma çıxacaq”. Daha bir misal – NE əmələ gəldi. Birinci interpretasiya: “bu, mənim təcrübəm üçün bir əngəldir”, ikinci interpretasiya: “bu, təcrübəni daha intensiv edir, çünki mən NE-ları aradan qaldırmada bir təcrübə daha qazandım; NE-ların əvvəlki kimi əmələ gəldikləri bir vəziyyəti açığa çıxardım; NQ-lara olan həvəsi bir daha doğdum”.

Mən, düşüncəli aydınlığa zidd olmayan və NQ-larla rezonans edən interpretasiyaları seçirəm, çünki “işin əslində” kimi belə bir qavramanın olmadığını başa düşürəm. Və, bunun bir interpretasiya olması heç də şərt deyildir, onlar bir neçə dənə ola bilərlər, onlar bir birlərinə heç bir şeylə əngəl deyillər. Əgər NE ortaya çıxmışsa, bu “işin əslində” nədir – əngəlmi ya da tramplinmi? Və, “işin əslində” ağac nədir? Yarpaqlarmı və ya aralarındakı açıqlıqlarmı? Və ya həm o, həm də omu? Və ya daha gözəllik hissimi, o da, əgər NE şəklində şirma yoxdusa, bu yerdə, eynən dəyişməyən, görmə, toxunulmaqla duyulan, eşitmə qavramalar kimi, dəyişməz olaraq HƏR ZAMAN ortaya çıxar? Axı mən təsbit edirəm – “gözəllik hissi var”, fəqət “mənim gözəllik hissim” deyilən bir qavrama yoxdur.

Sən, mexaniki olaraq bir interpretasiyanı seçdiyin və onun yeganə doğru olduğuna inanmağa başladığın zaman, sən bir cəsədə dönürsən. Sən, hər şeyi “bilən” bir axmaq olursan. Qabaqcadan duyma, yönəlmə, intizar, onların dalınca da digər NQ-ların ortaya çıxması durur, zehnin səni tərk edir, sevincli arzular təzahür olunmayacaq, kəşflər meydana gəlməyəcək və NE-lar, üzünü bir maskaya, vücudunu da – çox sürətlə yaşlanan ağrılı bir çıbana döndürərək, bölünməz hakimiyyəti qazanacaqlar. Ətrafına bax – sənin əhatəndə olan insanlar hər zaman hər şeyi bilirlər. Sorduğun suala, “bu sualda aydınlığa sahib deyiləm”, və ya “bu mövzu haqqında hökm vermək üçün kifayət qədər əsaslar məndə yoxdur”, və ya “mən bunun haqqında düşündüm, ancaq müəyyən bir fikrə gəlmədim”, və ya “bu anda mənim nöqtəyi-nəzərim belədir, o, filan müşahidə, təhminlərə və filan məlumata əsaslanır və həmin ana bu nöqtəyi-nəzəri dəyişdirmək üçün məndə bir dəlil yoxdur” kimi cümlələri son olaraq nə zaman eşitdin? Mən sənə cavab verirəm – belə cavabları sən heç bir zaman eşitməmisən və eşitməyəcəksən heç kimdən, mənim təcrübəmlə məşğul olanlardan başqa.

Məfhumlardan qurtuluş, NQ-ları yaşamağa gedən yolu azad edir. Məsələn, əgər sevgini, simpatiyanı, heyranlığı, gözəllik hissini yaşamaq istəyi varsa, lakin bu NQ-ları hiss edə biləcəyin bir insan yoxdusa, sən onları yaşamırsan və beləcə bu hissləri ancaq bildiyin, gördüyün, hiss etdiyin konkret bir kimsəyə qarşı yaşamaq mümkün olduğunu iddia edən məfhumun qurbanı olursan. Və düşünürsən: “bunları yaşamaq üçün bir kimsəm yoxdur ...” və burada hər şey bitir, bununla belə bu NQ-ları yaşamağa əslində sənə heç bir şey əngəl olmur.

 Səmimi araşdırma nəticəsində “işin əslində” deyə bir şeyin olmadığına, sadəcə qavramaların və onların məntiqli zidd ola bilən və ya zidd ola bilməyən, NQ-larla rezonans edə bilən və ya etməyən, mövcüd müşahidələrə uyğun ola bilən və ya olmayan, başqa insanların dəlilləri hesaba qatılaraq qurula bilən və ya qurulmayan interpretasiyaların var olduğuna dair aydınlıq meydana gəlir. Bu aydınlıq, hər hansı bir başqa aydınlıq kimi, qəribə bir şey kimi, uçsuz bucaqsız bir genişlik, azadlıq hissi kimi yaşanır.

Mexaniki qavramaların təsyiqindən qurtuluş nəticəsində əmələ gələn aydınlıq, sərbəst nurlu qavramalardır. Bu qavramanı təsvir etdiyimizdə biz sürətlərə və kəlmələrə müraciət edirik, lakin aydınlıq – sürətlər və kəlmələr deyildir. Fərqlər az deyil:

a) “ətrafdakı bütün insanlar arası kəsilmədən yatırlar və ya artıq ölüdürlər” kəlmələrlə rezonans edən aydınlıq əmələ gəldiyi zaman, bir dəqiqədən sonra aydınlıq itə bilər, halbuki düşüncəli aydınlıq qalır, fəqət bu cümləni nə qədər şişirtsəndə, heç bir şey dəyişmir – aydınlığı yenidən doğurmaq ancaq yeni səylər, səmimiyətə yeni ani hücum nəticəsində mümkün olur.

b) aydınlıq, çoxlu sayda çalarlara, səviyyələrə sahibdir, halbuki düşüncəli aydınlığın səviyyəsi sadəcə bir dənədir – düşüncələrin gedişini ya anlayırsan, ya da anlamırsan.

c) aydınlıq, digər NQ-larla rezonans əmələ gətirir, halbuki düşüncəli aydınlıq izolyasiya edilmiş bir qavrama olaraq qalmaqdadır – məhz bunun üçün əqli bilikli insanlar daha çox küt, NE-lara tam batmış olaraq qalırlar.

Və sairə. Məişət dildə “aydınlıq” kəlməsi hər iki hadisəni bildirir və bu qarışdırma böyük bir qarışıqlığa gətirir.

Daha bir misal: bəzi şərtləri təcrübə üçün “münasib olmayan” olaraq işıqlandırmaq vərdişi, madəm ki şərtlər “münasib deyil”, bu halda ya onların “yaxşı olmasını” gözləmək, ya da onları “yaxşılaşdırmasını” başlamaq qalır, buna da bütün həyat gedə bilər, nəticədə də növbəti “münasib olmayan” şərtlər meydana gəlir. “Münasib olmayan” kateqoriyasına düşən şərtlərin sahəsi o qədər genişlənə bilər ki, sonda bütün həyatı əhatə edir və təcrübənin yoxluğuna bir bəhanə olur. Bu xətadan, “münasib olmayan” kəlməsinin dəqiq mənasını müəyyən edərək həmçinin sevincli arzulara əməl edərək, həmçinin şərtləri dəyişdirmək arzuları ilə, və onları dəyişdirməyi dayandırmaq arzuları ilə, və hər cür şərtlər və arzular yanında təcrübədə fikrini toplamaq arzularını izləyərək, qaçınmaq mümkündür. Təcrübə bəzən məhz sənin tərəfindən istənilməyən şərtlərdə əsasən effektiv olur, əgər sənin əzmin və ısrarın lazımi səviyyədədirsə, və o zaman bundan əvvəl münasib olmayan kimi işıqlandırılan şərtləri özün üçün xüsusi yaratmaq arzusu əmələ gələ bilər (ardına stalkinq və asketizm bölümündə bax). Təcrübəçinin mövqesi belədir: hər çür hallar – bunlar, təcrübə üçün çox gözəl şərtlərdir, bu, sevinc və qabaqcadan duyma ilə qəbul etdiyin bir çağırışdır. Təcavüzkar qohumların canını sıxırmı? Bu, cavabi bir NM, qarşı təcavüzü, özünə acımanı aradan qaldırmaq üçün çox gözəl şərtlərdir. Sənə kimsə toxunmur, hər şeyin boldur və heç kim işindən ayırmırmı? Bu, məmnunluğu, can sıxıntısını, bozluğu, mexaniki arzuları aradan qaldırmaq üçün çox gözəl şərtlərdir. Belə olmaqla bərabər, şərtləri dəyişdirmək arzusu digər şərtlərə paralel olaraq da sərbəst bir şəkildə təzahür oluna və  reallaşdırıla bilinər. Məsələ sadəcə onun sevincli olmasında, intizarla müşayiət olmasında, onun özünə acımasındadır və sair NE-lar ilə şərtləşdirilmiş olmamasındadır.

Kastanedadan: “savaşçı, öz talesini alır, o necə olursa olsun, və onu tam bir itaət içində olduğu kimi qəbul edir, fəqət təəssüf və ya qürur üçün bir səbəb kimi olaraq deyil, canlı bir cağırış olaraq”. “Tale” kəlməsini, “yaranmış şərtlər” olaraq adlandırdığın qavramalara və “özüm” olaraq adlandırdığın qavramalara, “itaət” kəlməsini isə, “NE və ME yoxluğu” ilə dəyişdir, “canlı cağırışı” isə – qabaqcadan duyma, yönəlmə ilə rezonans edən şey ilə dəyişdir və o zaman bu cümlənin mənası tamamilə aydın olar.

Bu misallar az ya da çox anlaşılır, indi isə – anlaması sənin səylərini tələb edən qeyri-adi bir misal. Sən, yarpaqları, budaqları və gövdəni ağacın hissələri olaraq sayırsanmı? Sayırsan. Nəyə görə? Çünki yarpaq – ağacın bir hissəsidir, onun altında duran bir avtomobil isə – onun hissəsi deyilmi? Yarpaq, yavaş yavaş böyüdüyü üçünmü? Fəqət avtomobil yavaş yavaş yaxınlaşır, nəyə görə bir tədricilik digərindən daha pisdir? Baxışla yarpağın gövdəyə doğru yolunu arası kəsilmədən izləmək mümkün olduğu üçünmü? Fəqət arabadan da baxışı yer üzərindən gövdəyə doğru arası kəsilmədən keçirmək mümkündür, hələ avtomobil ağaca toxunursa. Sular budağın üstündən yarpağa doğru axdıqları üçünmü? Fəqət avtomobilin təkərlərindən də su ağaca doğru axır. Sonda, ağacın hissəsi nə olduğu sualın anlaşma yolu ilə çözüldüyü və sərhədi keçirmək mümkün olduğu kriteriyalar axtarmasının çətin olmadığı anlaşılır – ağacdan qoparılan yarpaq hər zaman tez dəyişməyə, qurumağa başlayır, halbuki avtomobil, əgər bir metrəyə qədər uzaqlaşarsa, dəyişməz. Yarpaqlar, bilinən dövriliyə uyğun olaraq ağaclarda hər zaman vardır, halbuki tayqada milyardlarla ağac heç bir zaman avtomobillərlə toxunmurlar. İndi belə bir sualı özümüzə verək: ağaca baxarkən yaşadığım gözəllik hissi – bu, ağacın hissəsimi? Hər bir insana bu sual axmaq görsənər, axı cavab tamamilə “aydındır” – təbii ki, xeyr, gözəllik hissi ağacın hissəsi deyildir. Elə bu, qəti bir şəkildə qoyulmuş bir interpretasiyadır. Başqa bir interpretasiyanı da mümkün olduğunu göstərdiyim nümunəvi bir dialoq gətirim:

- Mən, ağaca baxdığım və gövdəni gördüyüm zaman, məndə görmə bir qavrama var – bu, məhz mənim qavramamdır, lakin mən onu “ağacın bir hissəsinin qaraması” deyə adlandırıram, və əgər mən gözəllik hissini yaşayıramsa, onda nəyə görə mən ona da ağacın bir hissəsinin qavraması demirəm?

- Çünki, ağaca baxdığın zaman, sən hər dəfə “gövdəni görürəm” qavramasını yaşayırsan.

- Mən, ağaca baxdığım zaman, hər dəfə gözəllik hissini da yaşıyıram.

- Hər dəfəmi?? Hər hansı bir ağacamı?

- Bəli, hər dəfə, əgər NE yaşamıramsa.

- Hə, demək, əgər NE yaşıyırsansa, gözəllik hissi yoxdur?

- Təbii ki, lakin, əgər gözlərini yumarsansa, o zaman da gövdə qavraması olmaz.

- Lakin ağacın bütün yarpaqları – fərqlidir, onların çeşidliliyi sonsuzdur, gözəllik hissi isə – elə eynidir, bu da o deməkdir ki gözəllik hissi - ağacın bir hissəsi deyil, sənin qavramanın bir xüsusiyyəti olduğunu göstərir, axı, əgər sən çəhrayı gözlük taxarsansa, bu, dünyanın çəhrayı olduğu mənasına gəlməz ki?

- Gözəllik hissi eyni şey deyildir. O da son dərəcə çeşidlidir, lakin sən bütün həyatını NE içində keçirirsən və nurlu qavramalar sənin üçün – nadir bir şeydir, onun üçün bu hissin çalarlarını ayırd etməsində sənin təcrübən yoxdur.

Bax belə bir çox araşdırmalara, kəşflərə yol açan qəribə bir yekun. Bu misalda yanlış interpretasiyanın mövcud olmasının səbəbi, sadəcə “hissə” kəlməsinin mənasındakı qeyri-müəyyənlik deyil, lakin daha da NQ-ları yaşamaq təcrübəsinin yoxluğudur. Rəngi və şəkli ayırd etməsində məşq etməyənlər, bütün yarpaqların eyni oduqlarını deyəcək, lakin bütün uşaqlar rəngi və şəkli ayırd etməyə öyrənməyə məcburdular, çünki əgər ana “bu mavi fincanı gətir” dediyi zaman sən ona göy olanını gətirəcəqsənsə, NE porsiyasını alacaqsan və bu, mavini və göyü ayırd etməyə başlamaq üçün sənə bir stimul olacaq.

Adi, lakin daha nümunəvi bir misal: sən, ofisdə oturduğun zaman, “bilirsən” ki, pəncərənin o biri tərəfində – gürultulu, kirli şəhərdir, divarın arxasında da – axmaq, hirsli insanlardır. Lakin divarın arxasında və pəncərənin qabağında başqa şeylər də vardır – okean var, tayqa, dağlar, heyvanlar vardır – sadəcə bunlar pəncərədən görünmür, fəqət bu orada var və sən bunu bilirsən, çünki səyahət etmişdin və görmüşdün. Nəyə görə o zaman sən NQ-larla rezonans edən şeylər haqqında düşünməməyi seçirsən? Vərdiş olaraq. İnterpretasiyaların ikisi də sənin dünyaya dair təsəvvürlərinə zidd deyillər, onun üçün təcrübəçi, ofis divarının arxasında okeanın, dağ təpələrinin, çəmənlər və meşələrin olmasının bilməsini seçir.

Baxılması çox irəliyə gedən nəticələrə sahib olan daha bir misal. Filosoflar nə deyirlərsə desinlər, ancaq bütün insanlar (və eyni filosoflar da daxil olmaqla) subyektin və obyektin olduğuna həddən artıq inanırlar. Bununla belə bu, sadəcə bizim qavramalarımızın bir interpretasiyasıdır. Açıqlama üzdədir, burada heç bir dərin analiz tələb olunmur. Özün bax: var olan bütün qavramalar – onların var olmalarından başqa barələrində daha nə söyləmək mümkündür? Belə bir şeyi: onların fərqlərinə işarə etmək və bu fərqləri təsvir etmək mümkündür. Bu, şübhəsiz, belədir və bununla biz tez-tez məşğul oluruq da – fərqlərə işarə edirik, fərqli qavrama qruplarına fərqli adlar veririk, onları günlük həyatda və təcrübədə istifadə edirik və istənilən nəticələri əldə edirik. Təbii ki, biz heç bir zaman “sərhəd” deyilən şeyi kəşf edə bilmirik, məsələn: “stul” – ayaqları, ayaqlarda yerləşən oturacağı və oturacağa bərkidilmiş söykənəcəyi olan bir şeydir. Mebel mağazasında “stul” deyə adlandırılan, fəqət özü bizim təsfirimizə tamamilə oxşamayan bir şeyi təmsil edən bir əşyanı tapmaq mümkündür – bu, məsələn, “yumşaq taburet” olacaq – ayaqsız, söykənəcəksiz və “oturacaq” təsvirinə olduqca az uyğun gələn bir şey ilə. Eyni müvəffəqiyyətlə onu “yastıqlar” bölümündən də saymaq olar. Bu, hər kəsə anlaşılır, və belə bir qeyri-müəyyənlik günlük fəaliyyətlərdə öz istəklərimizin reallaşmasına nail olmağa bizə heç də əngəl olmur, onun üçün biz bu üsulu müvəffəqiyyətlə istifadə etməyə davam edirik – biz, qavramaları qruplaşdırırıq və onları necə şərtlənməsi haqqında razılaşırıq.

Davam edək. Mən, “mənim əlim” kəlməsi ilə nəyi adlandırıram? Konkret görmə qavramaların, hisslərin, toxunulmaqla duyulan qavramaların cəmi. Mən, “onun əli” kəlməsi ilə nəyi adlandırıram? Bir az başqa bir qavramalar cəmini. Lakin bu sadece bir işarədir axı, hansı əsaslara dayanaraq biz hər hansı bir “özümüzü” və “onu” fikrinə gəlirik, halbuki “mən” və “o” deyilən heç bir belə qavrama yoxdur? Və, “ağac” necə bir şeydir? Bu da qavramaların müəyyən cəmidir. Və, hansı əsaslara dayanaraq biz “ağacın” bir “obyekt” olduğunu deyirik? Axı, “obyekt” deyilən heç bir belə qavrama yoxdur, sadəcə “ağac” kəlməsi ilə bildirdiyimiz konkret qavramalar vardır, lakin bunlar “mənim” qavramalarımdır – qabıq hissi, yarpağın dadı – axı bunların hamısı burada, “məndə” mövcuddur, “ağac” isə necə bir şeydir? Anlaşılmır. Tamamilə aşkardı ki, “mən”, “sən”, “obyekt” – bu, sadəcə qavramaları bildirmə tərzidir! Eyni ilə belə mən özüm özümlə şahmat oynaya bilirəm, “qaraların” gedişindən sonra əmələ gələn fikirləri “mən”, ağların gedişindən sonra əmələ gələn fikirləri də – “rəqibim” kimi şərti olaraq ayırtaraq.

Və, bundan nə çıxır? Elə bir şey çıxır ki, bu, dünyanı bilinən görmə tərzinin bütün çərçivələrdən o qədər fəlakətli bir şəkildə çıxır ki, biz bunu sadəcə sıxışdırıb cıxardırıq, qəbul etmək istəmirik, atırıq, bununla belə səmimiyyətsizliyi, qorxaqlığı və kütlüyü həyata keçirərək. Fikrin və aydınlığın tamamilə müxtəlif qavramalar olduqlarını xatırlayıram. Düşüncələrin gedişini formalaşdırmaq və düşüncə ilə anlamaq – asandır, aydınlığı yaşamaq üçün isə xüsusi səylər lazımdır – kütlüyü dəstəkləməyinin dayandırma səyləri, səmimiyyətə yönəlmə səyləri. Və, əgər bir kimsə çox, çox səmimi bir insan olsaydı, əgər o, suda boğulan birinin bir qurtum nəfəs almağa atıldığı kimi, aydınlığa yönelsəydi – ona bu cümlələri sadəcə oxumaq kifayət olardı və o dərhal tam bir aydınlığı əldə edərdi, beləcə “qeyri-ikilik anlamanı” eldə edərək. Lakin, belə insanlar olmadığına görə, onun üçün mən aradakı təcrübələrə – aradakı aydınlıq adacıqlarının yaradılmasına – müraciət edirəm.

Əgər bir kimsə “qeyri-ikiliyi anlamasını” söyləyirsə, o bununla heç bir zaman heç bir an NE yaşamadığını və çox parlaq NQ-ları arası kəsilmədən yaşadığını bəyan edir, onun üçün yalançını ifşa etmək, təbii ki, əgər hədsiz-hüdudsuz bir kütlüyə tamamilə qapılmayaraq və insanı, hər cür sağlam əqidəyə qarşı olaraq çəkib qurtarmayaraq, çox asandır.

 

02-01-12) Bir məfhum formalaşdır, məsələn: “Ərim iztirab çəkir, çünki mən dostumla seks ilə məşğul oluram, deməli, mən onun iztirablarında günahkaram”. Onu şübhəyə düçar et: “məgər mən ona iztirab verirəm? Mən sadəcə öz sevincli arzularımın ardınca gedirəm və mən bunu ona anlatmışdım. Mənim davranışımı bir həqarət, ona qarşı bir laqeydlik olaraq izah edərkən, məgər o özü özünə iztirab çəktirmirmi?” Buna qarşı bir dəlil tapmaq mümkündür: “Bəli, o belə izah edir, lakin bu onun natamamlığıdır, nə üçün indi ona acı verilməlidir?” Buna, bir çox adam məndən bir şeylər istəyir, və tam mənası ilə hər davranışımla mən arası kəsilmədən kimlərəsə iztirab “verirəm”, belə iztirablardan insanı qurtarmaq üçün bir üsul yoxdur, o bunu ancaq özü – öz səyləri ilə – edə bilər, deyə etiraz etmək mümkündür. Ərin, 10 qaydaya riayət etməyi tələb edir və sən onları yerinə yetirməyi  sınaya bilərsən, lakin sənin sevincli arzuların qurumağa başlayar və onlarla bərabər həyat sevinci, o isə çox keçmədən yeni qaydalar yaradar və bu qaydaların riayət edilməməsi onda yenə qıcıq, inciklik, həyəcan və sairəni “çağırar”. Bu,sadəcə onun başqa cür yaşamaq istəmədiyini sübut edir. Bir əks dəlil daha: əgər o iztirab çəkir və iztirab çəkmək istəmirsə, onda goy anlatsın – iztirab çəkməmək, dəyişmək üçün konkret olaraq necə hərəkətlər etdi.

Dəlil və əks dəlil göstərmə zəncirini xeyli davam etdirmək mümkündür və məhz bunu etməyi tövsiyə edirəm, dəlillərin, əks dəlillərin, əks dəlillərin dəlillərinin mümkün olduğunca ən tam siyahısını yaradaraq, heç bir şeyin gölgədə qalmaması üçün, bildiyin hər dəlilin baxılması üçün. Digər insanlarla söhbət et – şübhəsiz onlarda sənin tərəfindən tapılmadığın “lehinə” və “əlehinə” olan çox dəlil tapılar.

Nəticədə, heç bir şeyi sübut etmək mümkün olmadığı aydın olacaq – dəlillər və əks dəlillər zənciri sonsuzdur, ancaq bir şey dəyişmədən qalır, o da sənin günah hissin, yəni sən sanki günahın yenə də sübut edilmiş kimi yaşayacaqsan. Məfhumun hücumunu təşkil et: daimə bu mövzuya dön, özünlə qeydlərini al və, təkrar və tekrar dəlilləri gözdən keçir, ərinin iztirablarından sənin “günahkar” olduğunu düşünmək üçün səbəblər olmadığına dair aydınlığı əldə et. Bu vəziyyətdə günah hissini haqqlı saymaq üçün əsasların yoxluğuna dair aydınlığı və günah hissinin yenə də əmələ gəldiyinə dair aydınlığı müqahisə et. Bu məşqi 100 və ya 1000 dəfə təkrarla, günah üçün düşüncəli əsasların olmadığını, günah hissinin isə mövcud olduğunu təsbit et, nəticədə bu vəziyyətdə günah hissindən yeni azadlıq dərəcəsi ilə müşaidə olunan aydınlığın yeni keyfiyyəti əmələ gələnə qədər.

Təbii ki, məfhumu nə sübut etmək, nə də təkzib etmək imkansızdır, axı o, konkret heç bir şeyi bildirməyən terminləri istifadə edir: “günahkardır”, “ədalətlidir”, “lazımdır”. Məsələn, “eşq” kəlməsi altında hər kəs çox vaxt qısqanclıq, təcavüzkarlıq, özünə acıma kimi belə yıxıcı NE-ları da oraya daxil edərək qavramaların sərbəst dəstini nəzərdə tutur. “Eşq” kəlməsi ilə əsil hansı qavramalar dəsti adlandırdığı üzərində heç kim düşünmür. Bu, “eşq” haqqında danışmağa, onun barəsində davalaşmağa, bir birlərini “anlamağa” insanlara əngəl olmur, halbuki sözün əsil nəyin haqqında olduğu müəyyən olunmayadıqca heç bir anlamanın olamayacağı tamamilə aydındır.

Bunun kimi bütün parazit kəlmələri sənin üçün tamamilə müəyyən bir məna daşıyan kəlmələrlə dəyişdirmədən düşüncəli aydınlığa nail olmaq mümkün deyil, və belə olmaqla bərabər, belə bir çalışmanı etmədən belə məfhumların hökmranlığından qurtuluşu yuxarıda anlatılmış metodla əldə etmək mümkündür. Dəlillərin və əks dəlillərin baxılma mərhələsinin birində məfhumun mənasızlığı aydın ola bilər.

Abstrakt məfhumların ardıcıl olaraq analizi də onların mənasızlığını çox tez ortaya çıxarır. Məsələn, belə bir sualı özümüzə verək: “İnsan dəyişdiyi zaman – o, başqa birimi olur, ya da eynimi qalır?” Adi bir sual, düz deyilmi? Biri, əmin bir şəkildə “bu eyni adamdır, sadəcə dəyişmişdir”. Bir başqası da eyni əminliklə “bu başqa bir insandır, axı o dəyişmişdir”, deyərək cavab verir və bu əminlik üzərində digər məfhumlar böyüyür – hər kəsdə özünə görə. Bu suala diqqətlə baxaq.

Əgər fikirlər, emosiyalar, arzular, hisslər dəyişmişsə (bədənin duruşu dəyişdi, deməli, hisslər də və hətta bədənin kimyəvi tərkibi belə dəyişmişdir – molekullarin hansılarısa onu tərk etdi, bir başqaları ortaya çıxdı), deməli, bu yerdə artıq başqa bir qavramalar dəstidir, yəni başqa bir insan vardır, bununla belə fərq çox böyük ola bilər – bəyənmə, bir saniyədən sonra nifrətə dönə bilər, qucaqlamaq arzusu – döymək arzusuna – bütün bunlar, sanki aydındır. Hər şey arası kəsilmədən dəyişir. Lakin, əgər insan dəyişirsə – o zaman, məqsədə birinin yönəldiyi, ona isə bir başqasının nail olduğumu olur? Qaşığı ağzıma mən aparıram, o isə bir başqasının ağzınamı düşəcək? Uğur, başqa bir kimsəyə gəlir, uğursuzluq başqa bir kimsəyə – “mən özüm” artıq heç bir nəticəni əldə etməyəcəyəm, onu əldə edən “o” da artıq ondan faydalanmayacaq – bu, yenə başqa bir insan olacaqdır... Bu nəticə ilə artıq heç kim razı olmayacaq, əgər kimsə razı olduğunu göstərərsə, o zaman ondan soruşmaq mümkündür – nəyə görə o öz məqsədlərinə yönəlməyə davam edir, axı o başqa birisinin nəticəsindən faydalanacaq. O, “mənim üçün fərq etməz” cavabını verirsə, o zaman onun əşyasını özünə al sadəcə – və görərsən ki, başqa birisinin onun əməyinin nəticələrini aparması onun üçün fərq etməz deyildir. Demək, burada heç bir şey aşkar deyil.

İndi insanın eyni qaldığını fərz edək. Ancaq burada ziddiyyət dərhal əmələ gəlir – əgər o eyni olaraq qalırsa, o zaman necə bir dəyişmə haqqında danışırıq? Demək olur ki, nə birinci, nə də ikinci variant mümkün deyil. Bəlkə də insan özü olaraq qalır, lakin dəyişmiş olaraq? Lakin dəyişmədən qalan məhz nədir? “Mən”? Ancaq “mən” qavraması yoxdur axı, mövcud olan qavramaların hamısı isə dəyişkəndir.

Biz, ümüdsüz bir çıxılmaz vəziyyətə gəldik, bunun nəticəsində “insan dəyişir” və “insan dəyişməzdir” abstrakt məfhumları öz əhəmiyyətlərini itirirlər, düşünmələrdən və iç dialoqdan yavaş-yavaş düşürlər.

“Keçmiş və gələcək” məfhumuna baxaq. Biz, “portağal vardır” dediyimiz zaman, sadəcə “portağal” fikrinin və ya “portağal” sürətinin olması deyil, “portağalın dadı”, “portağal qabığının hissi” və sairə kimi adlandırdığımız çox sayda hisslər müxtəlifliyin olmasını da nəzərdə tuturuq. Əgər keçmiş mövcuddursa, o halda “bu bir keçmişdir” fikirlərdən başqa keçmişin digər qavamaları da mövcuddur. Əgər keçmişde mən bir şey hiss edirdimsə, indi isə – başqa bir şey, o zaman biz deyirik ki – dəyişmə baş verdi. Yəni “dəyişmə” anlayışı, keçmişin, indiki zamanın və gələcəyin varlığı haqqındaki abstrakt məfhuma əsaslanır. Müqayisə etmək üçün mənə “dünənki məni” yaşamaq və ondan sonra “indiki mən” ilə müqayisə etmək lazımdır. Lakin bu necə oluna bilər? Dünən yaşadıqlarımı xatırlayaraqmı? Lakin bu keçmiş deyil, bunlar bu an, indiki zamanda mövcud fikirlərdir. Mən deyə bilərəm – dünən mən sevinc yaşadım, lakin bu, “mən dünən sevinc yaşıyırdım” olmayacaq – bu, ya indi mövcud olan bir fikir, ya da yenə məhz indi yaşadığım bir sevinc olacaq. Hər cür qavramalar – bu, məhz indi baş verən şeylərdir və ya, daha dəqiq olaraq desək, bu, var olan şeylərdir, çünki “indi” kəlməsi, “əvvəl” və “sonranın” varlığı məfhumundan çıxır.

Buradan – adı bir nəticə: “indiki zaman”, “keçmiş” və “gələcək” kəlmələri sadəcə “indi” var olan qavramalar qruplarını bildirirlər, “bu an var olmayan” bir şeyi deyil. “Keçmiş” dediyimiz şey, məsələn, “bu dünən idi” fikri ilə müşayiət olunan bir emosiya və eyni fikir ilə müşayiət olunan bir sürət olduğu anlaşılır. “Dəyişmə” dediyimiz şey, sadəcə “belə idi, belə də oldu” fikri ilə müşayiət olunan bir sürət olduğu anlaşılır.

 

02-01-13) Məfhumları aradan qaldırmaq üçün ən sadə üsullardan biri – onları təcrübədə yoxlamaqdır. Lakin bu ən sadə görsənən üsul demək olar ki istifadə olunmur, çünki öz təcrübələrini araşdırmaq yerinə insanlar onları məfhumlara uydurmağa çalışırlar. Əgər səndə “gözəl bir qızla seks ilə məşğul olmaq – bu, çox xoş bir şeydir” məfhumu varsa, buradan gözel saydığın biri ilə seks ilə məşğul olmaq mexaniki arzusu (MA) əvvəlini götürür. Lakin gözəl qız hər dəfə qısqanc, hissiz, küt və seksə qarşı negativ bir münasibəti olan biri olaraq çıxanda sən hər şeyi “xarakter fərqi” ilə açıqlayırsan, qavramadığın şeyləri onda tamamlamağa və qavradığın şeyləri sıxışdırıb çıxartmağa davam edirsən. Səmimiyətsizlik və ardıcıl analiz yoxluğu gerçək ilə toqquşma təcrübəsini sənin almadığına gətirir – sən, ağlında tamamlanmış bir xəyalat ilə tanış olursan və ondan da ayrılırsan, nəticədə məfhum dəyişmədən qalır və hər şey bir dairə içində təkrarlanır.

Sən, əgər fizikçilərin çoxusunun ağıllı olduqlarını düşünürsənsə, bunu sına. Onları araşdır, suallar ver, cavabları analiz et. Sən, əgər filosofların müdrik, yazıçıların da sir dolu olduqlarını düşünürsən, gerçəkliyi, o necə olursa olsun, görməkdən qorxmayaraq, onları səmimi bir şəkildə araşdır .

Heç bir insanla biz gerçək bir varlıqla kimi əlaqə saxlamayırıq. Hər birini biz o və ya bu tərəfə doğru tamamlıyırıq, ondan sonra artıq bu uydurulmuş sürət ilə əlaqə saxlayırıq. Bu, birinci növbədə ən çox “tanıdığımız” adamlara aiddir. Bu xəyalətlərin ətrafında ən müxtəlif kədərlənmələr, dəqiqliyi ilə bağlılıq, qısqanclıq əmələ gəlir, onların ətrafında mexaniki iç dialoqun (İD) tam bir buludları formalaşır, və belə ola bilər ki, sən özün bunu bilmədən onlarca il boyunca öz iç dialoqunda və öz davranışlarında valideynlərinin və tanıdıqlarının önündə özünü haqqlı göstərməyə davam edəcəksən. “Əlaqənin” – həm gerçək danışıqlarda, həm də İD-da – xəyalətlərlə olduğuna görə, heç bir “izahat”, heç bir “razılıq”, təbii ki, heç bir zaman olmayacaq – xəyalət, əvvəlki görünüşü ilə var olmağa və NE mənbəsi olmağa davam edəcək.

Çəkilmələri açığa çıxarmaq və aradan qaldırmaq üçün çox effektiv bir üsul, insanla ardıcıl olaraq gerçəkləşən bir yaxınlaşmadan ibarətdır, bu yaxınlaşmanın hər mərhələsində sən onun “portretini” tərtib edirsən, ona qarşı öz münasibətini müəyyənləşdirirsən – məsələn, internet tanışlıqlarında adamın məktubuna görə tərtib edirsən, sonra – ikinci məktubuna görə, sonra şəklinə görə, sonra ikinci şəkilə görə, sonra daha dərin bir yazışma nəticələrinə görə, sonra da – telefon danışığının nəticələrinə görə, sonra – şəxsi görüş nəticələrinə görə və sairə. Adama qarşı özünün münasibəti müəyyənləşdirmə prosesini keyfiyyətlər siyahısının varlığı asanlaşdırır – siyahını gözdən keçirirsən və qiymətini qoyursan. Ən əvvəldə aralıq nəticələr bir birindən çox fərqli olacaq, lakin çəkilmələrin və sıxışdırıb çıxartmaların aradan qaldırma təcrübəsini əldə edərək sənin adama qarşı ilk münasibətin son olanı ilə daha çox uyğun olacaqdır.

Sən, nə qədər daha parlaq NE-lar yaşayırsansa, davranışların o qədər daha avtomatik olacaqdır, qavramaları ayırd etmək və onların ardıcıl analizini həyata keçirmək o qədər daha zordur.

Məfhumlardan nə qədər daha çox sərbəst olursansa, NQ-larla rezonans edən sevincli arzular o qədər daha sıx və daha parlaq təzahür olunurlar.

 

02-01-14) “Təkliyin” və ya “insanlar arasında olmanın” izahı ilə misala baxaq. “Təklik” kəlməsinə necə bir məna verəcəyinə bağlı olaraq bir izahı bir başqası ilə dəyişdirmək asandır. İnsanlar arasında olaraq özünü yalnız saymaq, eyni adlı NE-nı yaşamaq mümkündür, digər tərəfdən də, boş bir otaqda olaraq özünü bir insan qrupunun parçası saymaq, və seçiminə görə, ya NE, ya da NQ yaşamaq mümkündür.

NE-larla aparılan dövrlü qavrama təcrübəsinə bənzər bir şəkildə biz izahlara qarşı eyni təcrübəni  apara bilirik. Nəticə – izahların əmələ gəlmə avtomatizminin zəifləməsi, düşüncəli aydınlığa nail olma imkanının əmələ gəlməsi və aydınlığı yaşama parıltılarının təzahür olunması.

 

02-01-15) “Mən” kəlməsi ilə adlandıra biləcəyin konkret bir qavrama varmı? Emosiyalar, fikirlər, hisslər, arzular qavralanmayan hansısa “mənə” əlavə edilir, bunun yanında arzunun və ya fikrin bir kimsəyə “aidiyyət” qavraması da yoxdur. Bu vəziyyətin dəqiq təsviri belədir: qavramaların bütün cəmi arasında “mən” kəlməsini daxil edən, konkret heç bir şeyi bildirməyən fikirlər də var, yəni bu fikirlər məfhumlardır. Bu qeyri-müəyyənlikdən uzaqlaşaq və bu kəlməni müəyyənləşdirək. “Mən” –  bir birləri üzərindən heç bir şəkildə müəyyənləşməyən və bir birlərinə birləşməyən bildiyimiz bütün 5 qavrama növünün cəmini qeyd etməsidir. Bu qavrama növlərini müəyyən etmək mümkün deyil, çünki “müəyyən etmək” – başqa bir şeyə endirməkdir, bu isə bu halda mümkün deyil (məsələn, doğulan gündən gözləri görməyən biri “görmək” nədir, bilməz, bunu nə şəkildə başa salmağa çalışsan da). Onun üçün onları sadəcə sıralamaq mümkündür. Bu 5 qavrama növlərindən başqa heç bir şey “mənim” tərkibimə daxil olmaz: hisslər, emosiyalar, arzular, fərqləndirmə.

Fiziki hisslər (bundan sonra – “hisslər”) – “fiziki bədən” anlayışına bizim tərəfdən birləşdiyimiz bütün qavrama növləridir. “Fiziki bədən” fikri – bir məfhumdur, çünki, əgər biz qavramalarımız haqqında səmimi bir sübut çərçivəsində qalırıqsa, deyə biləcəyimiz tek şey – düşüncəmiz tərəfındən “fiziki bədən” anlayışında birləşmiş bir neçə qavrama növünün – görmə, eşitmə, dad, toxunulmaqla duyulan, cinsi və sairə qavramaların – mövcud olduğunu etiraf etməkdir. “Bədəni” görmək – müəyyən görmə hislərə malik olmaq deməkdir. “Bədənə” toxunmaq – müəyyən toxunulmaqla duyulan hisslərə malik olmaq deməkdir. Lakin biz “fiziki bədən” termini ilə hissləri birləşdiyimiz kimi, eyni belə də bütün emosiyaları “emosional bədən” termini ilə birləşdirə bilirik, fikirləri isə – “mental bədən” termini ilə. Vərdiş olaraq biz bunu etmirik və buradan hisslərin fikirlərlə və hisslərlə yalnış müqayisə etməsi əmələ gəlir, bunun da nəticəsində “bədən” gerçək bir şey kimi, “mənim” əsas atributum, emosiyalar, fikirlər və arzular isə – az gerçək bir şey kimi, “mənim” ikinci dərəcəli atributum olaraq sayılır. “Paltarı çıxarıram” qavramasından sonra çox vaxt “döşləri görürəm” qavraması gəlir – bu, “döşləri” “fiziki bədənin” bir parçası saymaq üçün əsas təşkil edir. Lakin bəzən bu qavramalar bir birinin arxasından gəlmirlər – məsələn, “lifçiyi görürəm” qavraması gələ bilir, lakin bu heç bir şeyi dəyişdirmir, çünki düşüncə bütün bunları bir birinə zidd olmayan bir sxemaya yerləşdirir. Və eynən belə də “səfeh” kəlməsini eşidirəm” qavramasından sonra çox vaxt “hiddət emosiyası” qavraması gəlir, bəzən də, “mən gerçəkdən də səfehin biriyəm” haqqındakı fikrin qavraması varsa, o əmələ gəlmir. Mən, hisslər dəstini “hisslərin bədəni” olaraq adlandırmaq, emosiyalar dəstini da “emosiyaların bədəni” deyə adlandırmamaq üçün heç bir məntiqə uyğun əsasların olmadığını göstərmək istəyirəm – bu, sadəcə bir vərdişlik məsələsidir.

Fərqləndirici şüur – NE yaşayan və NQ yaşamayanlar üçün demək olar tutulmaz bir qavramadır, ondan ötrü NE-lardan, məfhumlardan, mexaniki arzulardan qurtulmaq və NQ-lara nail olmaq üçün praktik çalışmada biz onu diqqətsiz buraxırıq və hələlik sadəcə dörd qavrama tipi haqqında danışacağıq.

İndi, misal üçün, meşədən ibarət olan ağaclar və digər bitkilər cəminə baxaq. Her bir adi kişi meşəni, ondan ibarət olduğu şeylərdən başqa, özünə xas olan bir şəkildə mövcud olan bir şey kimi qavramalamadığı açıqdır. Meşə – sadəcə bir addır. “Mən” də belə – 5 “bitki” çeşidindən ibarət olan bir meşənin adıdır. Bu iddia – azadlığa yoldur. Həyat boyunca sən dərin bir “mən”, “mən” hansısa gizli yerlər, şüurüstü, şüuraltı və, girməsi hardasa imkansız olan başqa qaranlıqların var olduqlarını düşünürdün. Bunun son dərəcə çətin, qavranılmaz, qarışıq olduğunu, azadlığa gedən yolun ancaq dahi, “ruhən” çox inkişaf etmiş bir insan tərəfindən tapıla biləcəyini düşünürdün. Və birdən “mənin” sadəcə 4 qavrama çürü olduğu ortaya çıxır. Kədərli olmaq üçün kimsə yoxdur – sadəcə kədərlənmələr vardır. NQ-lara yönəlmək üçün kimsə yoxdur – sadəcə NQ-ları yaşamaq üçün sevincli bir arzu vardır. “Heç kim” küt deyildir – sadəcə, aradan qaldırılması mümkün ola bilən bir kütlük qavraması vardır, bu da əgər onu aradan qaldırmaq arzusu əmələ gələrsə. Bağlı olacaq kimsə yoxdur, azad etmək üçün kimsə yoxdur. Bu, eynən sonsuz divar və kamera sıralarını təsəvvür edən bir məhbusa, “sənin qabağında, arxanda, solunda və sağında, altında və üstündə divar var, ancaq bu qədər”, deyə söyləmək kimidir. Tavanın üstündə “şüurüstü” bir divar yoxdur və, döşəməni deşdiyin zaman, onun altında “şüuraltı” bir divar olmayacaqdır – orada azadlıqdır, orada nurlu qavramaların ucu-bucağı olmayan dünyasıdır. Düşünürsünüzmi – nə qədər sevinc, inam və əzm verir məhbusa bu xəbər? Sən – məhbussan və mən bu sevincli xəbəri sənə bildirirəm: mən bu divarı deşdim və orada azadlıq tapdım, və hər istəyənin istifadə edə biləcəyi bu adi təlimatnaməni yazıram. Bu xəbərdən zövq al, onu düşünərək qavra, onu oxşa və anla: azadlıq – çox yaxın bir yerdədir və əgər işə səbat, diqqət, əzm və qabaqcadan duyma ilə girişsən, sən onu çılpaq əllərinlə ala bilərsən.

“Mən” məfhumunun araşdırmasında yuxarıda təsvir edilən metodlar tətbiq oluna bilinir, ancaq onlara əlavə olaraq mən bir metod daha təklif edirəm – “yoxluğu qavrama” təcrübəsini. Bu təcrübə, “mən” məfhumunun sahib olduğu xüsusiyyətə sahib olan məfhumları dağıtmaq üçün effektiv bir şəkildə tətbiq oluna bilər. Məndə aradan qaldırıla bilməyən bir məfhumun var olduğunu özünə təsəvvür et: guya mənim evimdə bir begemot yaşıyırmış. Çox diqqətli bir şəkildə baxaraq, dinləyərək, iyləyərək mən tez ya da gec begemotun, deyəsən, yenə də olmadığı nəticəsinə gəlirəm, ən azından onun varlığına dair heç bir dəlil tapmıram, onun üçün bu dəlillər çıxana qədər mən, o burada yoxmuş kimi yaşayacağım. Bu çox asandır, lakin hansısa səbəblərə görə biz qavramaların arasında bir heyvanın – “mənin” – var olduğuna hamımız inadla inanırıq.

Ümumiyyətlə mənim təcrübəm çox asandır. Gələcək xəyali “nemətlər” üçün anlaşılmaz şeylər etmək, əgər bu anda istədiyin şeydən vaz keçirsənsə, sənin üçün bu anda anlaşılan olmayan “nemətlərin” gələcəyinə inanmaq, tələb olunmur. Səmimiyyətin yolu – başqadır: sən, əgər bir şeyin xəyal olduğunu görmüşsənsə, geriyə yol yoxdur, kor inama geri dönmək mümkün deyil. Göstərdiyin səylərin nəticələri dərhal görünməkdədir və sən elə indicə onlardan zövq alırsan: əgər elə indi NE aradan qaldırdınsa, o saat NQ-ların şappıltısını yaşadın. Düz yolda məsləkdaşlar yoxdur və liderlər yoxdur. Hər kəs öz sevincli arzularına riayət edir, və nurlu qavrama əmələ gəldiyi zaman, sən özünü ilk kəşf edən kimi hiss edirsən və olursan.

“Mən” kəlməsinin sadəcə bütün qavramaların işarəti olduğu dərk etməni daimi etmək üçün, daimi səylər lazımdır – NE-ları aradan qaldırma üzərində olan hər saniyəlik ümumi nəzarət səylərindən daha az olmayan səylər. Özünə xas bir şəkildə yaşayan bir canavarı fikirləşib tamamlamaq vərdişini qırmaq lazımdır. Bunu, mövcud qavramaları bir bir seçərək, etmək mənim üçün ən asan idi – bu var və bu da var, və bu da vardır, başqa bir şey qavranılmır.

Yoxluğu qavramağa nail olmada əngəllərdən biri bundan ibarətdir: “mən” kəlməsi dilimizə son dərəcə möhkəm girmişdir. Biz, gün boyunca onu yüz dəfələrlə istifadə edirik, beləcə ona bağlı məfhumları dəstəkləyərək. Onun üçün “mən”, “sən”, “o” kəlmələrin istifadəsindən vaz keçmək çox effektivdir, onları ancaq təhmin edilə bilən reaksiyasında sənin marağın olduğu kimsələrlə təmaslarında istifadə edərək (məsələn, işdə). Mənim, “mən” kəlməsi yerinə “bu yer” kəlməsini istifadə etmək xoşuma gəlir, “mən istəyirəm” yerinə isə “istək var”, “mən düşünürəm” yerinə – “fikir var” demək mümkündür.

“Sənin”, “onun” yoxluğunu qavrama təcrübəsi oxşardır – özünə, “popanın görünüşü”, “səsin tonu”, “məmələrin dadı”, “dilin qına toxunması”, simpatiya, zəriflik və sairə qavramaların var olduqlarından, “o” qavramasının isə – olmadığından, hesab verirsən.

Belə bir aydınlığın nəticəsində adi olmayan bir qavrama əmələ gəlir. Onun, “yalnızlıq” olaraq mexaniki interpretasiyası əmələ gələ bilir, lakin bu, yalnızlıq deyildir, çünki “yalnızlıq” – bu, “mən” olduğu və əldə edilməz “sənlər” olduğu, buna dair NE olduğu zamandır. Lakin bu yeni qavrama “sonsuzluq”, “açıqlıq” kəlməsi ilə rezonans yaradır. Sən, yalnızlığın əbədi qorxusundan, bu da onun sadəcə bir sabun qabarcığı olduğu çıxdı, deşib keçən və sevincli olan sərbəstliyi yaşayırsan. Bütün həyatının, məqsədlərinin və dəyərlərinin bir “tamaşaçıya”, bir “başqasına” inam üzərində qurulmuş olduqlarını kəşf edirsən. İnsanlar, mənasız, sonsuz bir tamaşanı doğulandan ölümə qədər oynayırlar. İndi bu xam xəyal partladı, və nə olsun? Sənin qabağında, sanki oynaq şirlər kimi, nurlu qavramalara, “kimin üçünsə” deyil və “belə olduğu üçün” deyil, dayandırıla bilməyən bir həvəsin əsil varlığından dolayı, səni sürükləyən sevincli arzulardır. Bütün həyatın boyunca sən özün özünlə sahmat oynayırdın: bir rəqibi təsəvvür etdin, udurdun, uduzurdun, heyf və ya məmnunluq, qıcıqlanma və ya yaltaqlıq yaşayırdın. İndi isə birdən gözlərini qaldırdın... heç kim yoxdur! Seçim var – ya kədərlənmələr içində çürümə, ya da nurlu qavramaların ucsuz bucaqsız, heyranedici dünyasında səyahət. Üçüncüsü verilməmişdir.

“Subyektlər” və “obyektlər” fikirləşib tamamlamaq vərdişi son dərəcə güclüdür, yeni vərdişi – olmayan qavramaların olmadığına dair, sadəcə var olan qavramaların var olduqlarına dair aydınlığı yaşamaq vərdişini – yaratmaq və möhkəmləndirmək üçün onun daimi səmimiyyət səylərinin göstərilməsi lazımdır (yəni qavramaların olduğu kimi, çəkilmə və sıxışdırıb çıxartma olmadan, senzura və dəyişmiş aynalar olmadan, təsbitləri). Bu, müxtəlif hallarda müxtəlif çalışma ilə verilir. Divanda oturarkən bunu dərk etmək başqa bir şeydir, və danışdığın zaman, qəzəbli bağırmalar və ya mehriban qucaqlamalar qavraması olduğu zaman – başqa bir şeydir. Yalan interpretasiyalar əmələ gəlir, məsələn, “əgər heç kim yoxdursa, zərifliyi yaşamaq nəyə lazımdır?” Sual, bir məna daşımır, çünki “nəyə görə” kəlməsinin özü, hansısa bir subyektin varlığını nəzərdə tutur və  zərifliyi yaşamaq arzusunun olmadığı nəzərdə tutulur. Lakin hər şey çox asandır – zərifliyi yaşamaq üçün sevincli bir arzu var, zəriflikdən hiss edilən zövq var, bu qavramanı qüvvətləndirmək arzusu var, zərifliyi yaşamaq arzusunu qüvvətləndirmək arzusu var, və bu arzuların qüvvəti, hər şeyi olduğu kimi saxlamaq, NE-ların və kütlüyün qaranlığına dönmək arzularının qüvvətinə üstün gəlir.

Bu aydınlığın bərkidilməsi hansı şərtlərdə daha asan bir şəkildə əldə etmək mümkündür – mağara təklyindəmi oturaraq, və ya tərsinə, camaatın girdabındamı firlanaraq – bunu hesablamak imkansızdır. Bu, şərtlərə deyil, sənin sevincli arzuları izləyib izləmədiyinə bağlıdır.

“Mən” xəyalı ilə sən özünü iki çür aldadırsan – bir tərəfdən, səndə və o biri insanda “mənin” var olduğuna inanaraq, digər tərəfdən də, daşda, ağacda, bitkidə onun olmadığına inanaraq, bu da, təbii ki, yalnışdır, çünki “mən yoxam” deyilən elə bir qavrama yoxdur, və sözün nəyin yoxluğu haqqında olduğu da müəyyən olunmamışdır. Əgər kəlmələrdən biri heç bir konkret qavramalar cəmini bildirmirsə, biz bunun haqqında ümumiyyətlə bir şey deyə bilmirik – nə “onun”  var olduğunu, nə də “onun” olmadığını. Emosiya, fikir, hiss – vardır, “mən yoxam” qavraması isə – yoxdur. Bunu anlamaq çətin deyil. Beləliklə, “mən” qavramasının yoxluğuna dair aydınlığa nail olma təcrübəsinin daha bir baxışı, “mən yoxam” qavramasının da mövcud olmadığından sənin özünə hesab verməsindən ibarətdir. Bu təcrübənin təbii inkişafı, nurlu ayırd edici şüur fəsilində təsvir edilən “çay deyil, dağlar deyil” təcrübəsidir.

Bu yanaşmanı ardıcıllıqla istifadə edərək, mexaniki ayırd etmə üzərinə qurulmuş abstrakt məfhumlara dair aydınlığı əldə etmək mümkündür. Biz, dənizdə yatan bir daşa baxırıq, və daşın – bir şey, dənizin isə – başqa bir şey olduğu nəticəsinə gəlirik. Nəticə,buna əsaslanır: dəniz və daş arasındaki sərhəd görünür və bu sərhəd bu gün də, sabah da və bir il sonra da vardır. Zəif bir dumana baxıldığında isə, sisin – bir şey, havanın isə – başqa bir şey olduğunu demək daha çətin olacaq, çünki duman, tutulmaz bir şəkildə havada dağılır. Halbuki, daşın da bir milyon il sonra okeanın içində əriyəcəyi çox yaxşı məlumdur, demək ki, bizim nəticəmiz olduqca şərtləşdirilimişdir. Bir günlük ömrü olan bir varlıq dünya haqqında necə hökmlər verə bilirdi? O, dünyaya dair belə anlayışlar  yarada bilirdi, bu da ki bunlar bizə tamamən mənasız gəlirdi.

Bu suala başqa bir tərəfdən baxaq: biz, iki müxtəlif obyektin varlığına dair nəticəni, onların arasında aydın bir sərhəd olduğu üçün, çıxaraq. Lakin gözün və göz qapağının arasında da sərhəd vardır və bu sərhəd, daşın və dənizdəki suyun arasındakı sərhəddən daha az bəlli deyildir – bu, insanı bir neçə müxtəlif obyektlərdən ibarət olan bir şey saymaq üçün əsas təşkil edərmi? Formal olaraq bunu etmək mümkündür və əyani fəaliyyətlərdə biz belə də edirik, lakin, bununla belə, insanın sadəcə bir neçə obyektin cəmi deyil, çox mürəkkəb bir orqanizm, tək bir şey olduğunu yadda saxlayırıq. Nəyə görə o zaman biz daşı və dənizi iki müxtəlif obyekt olaraq adlandırırıq? Vərdiş olaraq. Bu misalda çox aydın bir şəkildə məfhumsal düşünüşün ikiqat standartı görülür.